Tarık Akanı zirvəyə daşıyan film - İZLƏ

Tarık Akanı zirvəyə daşıyan film - <span style="color:red;">İZLƏ
16 sentyabr 2016
# 14:40

Kann festivalında “Qızıl Palma budağı” alan “Yol” filmi 1981-ci ildə çəkildi.

Film bir çox aktyor kimi Tarık Akanın yaradıcılıq karyerasında ciddi rol oynadı. Tarık bəy filmin baş qəhrəmanı Seyid Əlini canlandırırdı. Filmin afişalarına da onun şəkli vurulmuşdu.

Süjet: Film bir həftəliyə həbsdən evə buraxılmış bir neçə məhbusun həyatını nəql edir.

Məhbuslardan biri Seyid Əli evə qayıdanda arvadının fahişəliklə məşğul olduğunu öyrənir. Ailəsi ondan arvadını öldürməklə ləkənin yuyulmasını təkid edir. Seyid Əli əvvəlcə bunu istəsə də, tezliklə fikrini dəyişir.

Amma o, buna nail ola bilmir.

Digər məhbus Mehmet Salih qarətə görə həbsdə yatır. Polis onun qayını olan şərikini güllələyir və günah Mehmetin üstündə qalır. Və ailəsi daha onu tanımaq istəmir. Mehmet arvadı ilə qaçır. Və arvadının ailəsindən olan yeniyetmə tərəfindən ikisi də öldürülür.

Ömər sərhəddə yerləşən kəndinə dönür. O, həbsxanaya dönməmək üçün sərhədi keçməyə cəhd edir. Amma son anda bunu edə bilmir, çünki onun qardaşı qaçaqmalçılığa görə öldürülür və ənənəyə görə o, qardaşının arvadı ilə evləndirilir.

“Yol” art house filmdir. Dokumental, realist manerada çəkilib.

Film 1980-ci il hərbi çevrilişindən sonrakı Türkiyəni göstərir.

Türkiyənin gerçək portreti məhbusların həyatı vasitəsilə təsvir olunur.

“Yol” ölkədə birmənalı qarşılanmadı və 1999-cu ilə kimi qadağan olundu.

Filmin böyük hissəsini rejissor Şerif Gören ssenari müəllifi Yılmaz Güneyin instruksiyasına əsasən çəkib. Çünki o zaman Yılmaz bəy həbsdə yatırdı.

Həbsdən qaçandan sonra Güney filmə baxır və çəkiliş onu razı salmır. O, filmi yenidən işləyir.

“Yol” eyni zamanda fransız tənqidçilərinin də mükafatını qazanıb.

Filmə bu linkdən baxa bilərsiniz: https://www.youtube.com/watch?v=u7HGDE6dGgM

# 1789 dəfə oxunub

Oxşar xəbərlər

Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

12:00 17 aprel 2024
Marqaret Etvudun fantastika yazmaq istəyənlərə 7 məsləhəti

Marqaret Etvudun fantastika yazmaq istəyənlərə 7 məsləhəti

15:00 16 aprel 2024
Fərqli şeylərin sirli şəkildə qovuşması  - "Sevgi şəhəri" haqqında

Fərqli şeylərin sirli şəkildə qovuşması - "Sevgi şəhəri" haqqında

13:00 16 aprel 2024
"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

18:00 15 aprel 2024
Övlad həsrəti ilə yaşayan şair - Ədəbiyyatımızın kədərli dəqiqələri

Övlad həsrəti ilə yaşayan şair - Ədəbiyyatımızın kədərli dəqiqələri

17:00 15 aprel 2024
Boynumda üşüyən öpüş yerləri - Fəridənin şeirləri

Boynumda üşüyən öpüş yerləri - Fəridənin şeirləri

12:00 14 aprel 2024
#
#
# # #