Porno aktyorun bu sözləri hamını həyəcanlandırdı

Porno aktyorun bu sözləri hamını həyəcanlandırdı
9 sentyabr 2016
# 12:22

Məşhur italyan porno aktyor Rokko Siffredi keçirilməkdə olan 73-cü Venesiya Film Festivalının ən çox adı hallanan məşhurlarındandır. Kulis.azın türk mətbuatına istinadən verdiyi xəbərə görə buna səbəb aktyor haqqında çəkilən sənədli film olub.

Rejissorlar Thierry Demaziere və Alman Teurlai tərəfdindən çəkilən “Rokko” adlı sənədli film porno ulduzun həyatından bəhs edir.

Qırmızı xalıya ailəsi ilə birlikdə çıxan porno kralı paparazzilərlə birlikdə heyranlarının da diqqət mərkəzində olub.

52 yaşındakı Siffredinin mətbuat konfransında “Hər dəfə çəkilişdən sonra evə gedəndə günahımı yumaq üçün həyat yoldaşım Roszadan üzr istəyirəm” deməsi hər kəsi həyəcanlandırıb.

O, bunları deyib: “Anam rahib olmağımı istəyirdi. Amma tale məni şeytanın özü olan seksə dartıb apardı. Çox çətin peşəm var. Pirat porno saytlarının da daxil olması ilə daha da çətinləşdi.

Amma hələlik bu sekstor ayaq üstə dayana bilir Ailəmdən böyük dəstək görürəm. Həyat yoldaşım Rozsa ilə çəkiliş vaxtı tanış olmuşam. O, “Bu iş mənlik deyil” deyən kimi ona aşiq oldum. 25 il əvvəl evləndik. İndi hər dəfə çəkilişdən sonra günahımı yuyub ondan əfv diləyirəm. O da məni əfv edir. Yoxsa ailəmlə birlikdə qırmızı xalıda dayanmağa üzüm olmazdı.”

# 1037 dəfə oxunub

Oxşar xəbərlər

“Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar”  mövzusunda ictimai müzakirə təşkil edildi

“Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edildi

16:30 19 aprel 2024
Əməkdar İncəsənət xadimi Məmmədağa Umudovla görüş keçirildi

Əməkdar İncəsənət xadimi Məmmədağa Umudovla görüş keçirildi

16:00 19 aprel 2024
“Sazlı, sözlü kəlağayı günləri”  silsilə tədbirlərlə davam edir

“Sazlı, sözlü kəlağayı günləri” silsilə tədbirlərlə davam edir

15:30 19 aprel 2024
Oxucularını aldadan yazıçı, Əli Kərim sevdalısı qadın və yaddaşımızdakı şeirlər - Reportaj

Oxucularını aldadan yazıçı, Əli Kərim sevdalısı qadın və yaddaşımızdakı şeirlər - Reportaj

15:00 19 aprel 2024
I Gənc mədəniyyət müxbirləri məktəbinə start verildi

I Gənc mədəniyyət müxbirləri məktəbinə start verildi

15:00 19 aprel 2024
"Cırtdan"  Şuşa Teatrının səhnəsində

"Cırtdan" Şuşa Teatrının səhnəsində

14:30 19 aprel 2024
# # #