Bakıda Beynəlxalq Teatr Konfransı keçiriləcək

Bakıda Beynəlxalq Teatr Konfransı keçiriləcək
8 sentyabr 2016
# 11:37

Noyabrın 6-dan 10-dək Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə IV Bakı Beynəlxalq Teatr Konfransı keçiriləcək. Konfrans “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramının icrası və “Multikulturalizm ili” çərçivəsində təşkil olunacaq.

Konfransın əsas mövzusu “Multikulturalizm və teatr” olacaq. Tədbir çərçivəsində beynəlxalq ekspertlər tərəfindən ustad dərsləri və treninqlərin keçirilməsi də nəzərdə tutulur. Konfransda 40-dan çox ölkədən 150-dək teatr mütəxəssisi iştirak edəcək.

Bu məlumatı mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev beynəlxalq konfransa hazırlıqla bağlı keçirilən toplantıda bildirib. Nazir müavini deyib: “Dünyanın məşhur teatr, incəsənət xadimləri – rejissorlar, aktyorlar, dramaturqlar, ssenaristlər, bir neçə ölkənin teatr xadimləri ittifaqlarının, beynəlxalq teatr festivallarının, teatrla bağlı tanınmış qurumların, eləcə də müxtəlif ölkələrin teatr rəhbərləri tədbirdə iştirak üçün təşkilat komitəsinə müraciət ediblər. Müzakirə olunacaq mövzular, treninqlərdə dinləniləcək məruzələr, ümumilikdə konfransın gündəliyində yer alan məsələlər teatr bilicilərinin canlı ünsiyyətini təmin etməklə yanaşı, uğurlu nəticəyə, qarşılıqlı yeni əlaqələrin qurulmasına zəmin yaradacaq”.

Ədalət Vəliyev IV Bakı Beynəlxalq Teatr Konfransının yüksək səviyyədə təşkil olunması üçün bir sıra tapşırıqlar da verib. Həmçinin, tədbirin açılış və bağlanış mərasimlərinin təşkili, tərcüməçilərlə təminat, könüllülərin iştirakı, müxtəlif mədəni tədbirlərin keçirilməsi və konfransın mətbuatda geniş işıqlandırılması üçün görülməli olan işləri diqqətə çatdırıb. /AzərTac/

# 818 dəfə oxunub

Oxşar xəbərlər

Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

12:19 23 aprel 2024
Qarışqanın ruzisi - Həmid Piriyevin yeni hekayəsi

Qarışqanın ruzisi - Həmid Piriyevin yeni hekayəsi

09:00 23 aprel 2024
İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

17:00 22 aprel 2024
Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

17:00 21 aprel 2024
Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

12:00 21 aprel 2024
Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

17:00 20 aprel 2024
# # #