“Yuxarıdakılar bilirdi ki, insanlar belə filmə baxanda heç nə anlamayacaq” - MÜSAHİBƏ

“Yuxarıdakılar bilirdi ki, insanlar belə filmə baxanda heç nə anlamayacaq” - <span style="color:red;">MÜSAHİBƏ
7 sentyabr 2016
# 09:00

Müasir rus kinematoqrafının təmsilçilərindən olan Yuriy Bıkov sosial faciə janrında olan filmləri ilə tanınır. “Axmaq”, “Mayor”, “Yaşamaq” filmləri sosial təhlükənin içində yaşayan insanı, onun çıxılmaz vəziyyətini, çabalarını, insanların bu təhlükənin altında nəyə çevrildiklərini göstərir. Kulis.az rejissorun Rusiyanın “Teatral” jurnalına verdiyi müsahibəni təqdim edir.

- Yuriy, sizin “Zavod” adlı filminiz başqa kəskin sosial filmlər kimi dövlətin maliyyə dəstəyini ala bilmədi. Bəlkə indi problem kinosunun vaxtı deyil?

- Mən əksini deyərdim... Ölkədə problem çoxdur və onlar haqda danışmaq lazımdır. Amma “Leviafan”(A.Zvyaqintsev)dan və “Axmaq”(Y.Bıkov) dan sonra Mədəniyyət nazirliyinin dəstəyini almaq çətin məsələdi. Yeri gəlmişkən, sizi düşündürmür ki, niyə bu filmlərə qədər heç kimi “arthouse” maraqlandırmırdı?

- Düzü yox.

- Çünki əvvəl arthaus çətin şifrələnən idi. Konkret ad çəkməyəcəyəm, amma “yeni dalğa”dakılar mürəkkəb kino dili olan kinorejissorlar idi. Yuxarıdakılar bilirdi ki, insanlar belə filmə baxanda heç nə anlamayacaq, darıxdıqlarından ona baxmayacaqlar da. Ona görə yox ki, “Rusiya üçün yaxşıdır, ya pisdir” ona görə ki, heç nə anlamayacaqlar. Bu hamının işinə yarayırdı. Amma “Leviafan” çıxanda... Ardını siz bilirsiniz...

- Düşünürsünüz ki, tamaşaçının problem kinosuna ehtiyacı var?

- Əlbəttə, əgər, problem kinosu çəkilsə, tamaşaçıya çatsa, onu düşünməyə, analiz etməyə vadar etsə, biz ağıllı auditoriya qazanardıq. Tamaşaçı nəyin yaxşı, nəyin pis olduğunu anlayan vətəndaş olmalıdır. Fantastik mənada yox ki, durub desin, mən sabahdan daha yalan danışmayacağam və ya polisə rüşvət verməyəcəm, yox, sağlam mənada. O (tamaşaçı), özündən soruşmalıdır ki yalan nədir, həqiqət nədir. Hakimiyyətə düşünən insanlar lazım olmaması haqda konspiroloji nəzəriyyəni eşitmişəm. Mənim fikrimcə, belə deyil. Hakimiyyət başında oturanlar hamını necə kütləşdirmək barədə düşünən yaşıl rəngli yadplanetlilər deyil. Sadəcə bir çox məmur anlamır ki, xalqın həyat keyfiyyətinin aşağı düşməsi sözsüz ki, zamanla məmurların özünə də təsir edəcək. Onlar da zamanla mühasirəyə düşəcəklər, əgər ölkəni tərk etməsələr, əlbəttə. İnqilabdan, üsyandan, hərc-mərclikdən qorxacaqlar.

- Haqlısız, bu templə konflikt uzaqda deyil.

- Hakimiyyət məncə anlamalıdır ki, böyük sayda sadə, canlı insan kütləsi ilə əlaqədədir. İnsan, kəsə desək, aşağılanmış, aldanmış olmaq istəmir, xüsusən acından ölmək istəmir. Kəskin reaksiya partlayışa çevrilər. Bu isə kimə lazımdır?

- Yaxşı, əgər müəllif kinosu tamaşaçını düşünməyə vadar edirsə, ola bilsin dövlət “lazımi intellegensiya”nın yetişdirən layihələri dəstəkləmək istəyəcək?

- Bizdə artıq bir dəfə idarə olunan intellegensiya yaratmaq cəhdi olub. Amma tarix göstərir ki, bu cəhdlər hamısı boşa çıxıb. İntellegensiya azad olmalıdır. Onun mahiyyəti budur, o qeyri-obyektiv ola bilməz. İnsanlar hansı tərəfdə dayanmaq lazım olduğunu özləri seçməlidirlər. Məsələn, mən özümü həmişə sosialist hesab etmişəm, bəzən hətta ağını çıxarmışam. Görə bilməmişəm ki, liberallar əksini deyir, amma dedikləri tamamən ədalətlidir. Əgər mən maksimalist olsam, deyərəm ki, məndən qorxdular. Amma mən deyirəm, “imtina küləyin hansı tərəfə əsdiyini bilməyə cəhd etməkdir.”

- Bəlkə belə hay-küy salmaq lazım deyildi? Onsuz da müəllif kinosu kifayət qədər dar çevrə üçündür...

- Müəllif kinosuna demək olar ki, heç kim baxmır. Digər tərəfdən unutmayaq ki, kino intellektual elitaya təsir edir, bu da öz növbəsində cəmiyyətdə əsas qərarların qəbuluna təsir edir. Bu isə azdır. Təsəvvür edin bu elita olmasa nə olar? Əgər siz bizə şərti desək, müxaliflərə qapalısınızsa, onda dövlət maraqlarını təbliğ edən sənətkarları dəstəkləyirsiz. Amma axı dövlət də müəyyən bir vaxtdan sonra bu sahəyə baxan məmurundan soruşacaq: “Nəticə hanı? Dövlət himayəsində olan kinematoqrafıyanın tərbiyəsini görmüş adamlar haradadır? Hanı o? -Dövlətin əxlaq və davranış doktrinasına uyğun olan cəmiyyət quruculuğu?” Düzdü, cəfəng səslənir, amma məntiqlə yanaşanda...

Hərçənd, əsl incəsənət siyasi müstəvidə olmur. O, həqiqət və ilham müstəvisindədir. Əgər sənətkar insanları sevirsə, o onlara heç vaxt zərər verməz. Sadəcə olaraq o, həmişə problemi tədqiq edir, çünki bu reallıq olmasa dramatik sənət ola bilməz.

- Tarix göstərir ki, sənətçi və hakimiyyət barrikadanın müxtəlif tərflərindədir.

- Çox vaxt, amma həmişə yox. Məsələn I Nikolay bütün mübahisələrə rəğmən, Puşkini dəstəkləyirdi. Stalinə birmənalı mənfi münasibət olsa belə onun Stanislavskini, Bulqakovu, Eyzenşteyni dəstəkləməsi faktdır. Sənətçi tərəfindən bu düzgün idi, ya yox, bu, başqa söhbətdir. Özü də mən kiməm ki, bunu o nəhənglərdən hesab soram.

- Yuri, dövlət bu filminizi dəstəkləməsə də siz maliyyə tapdınız. “Zavod” çəkiləcək?

- Film baş tutacaq. Çəkilişə maliyyə tapmışıq. Bu məsələ məntiq və düzgün maliyyədən asılı işdir.

- Müəllif və kommersiya kinosunu balanslaşdırmağa necə nail olursunuz?

- Elə birbaşa soruşun ki, məndə şəxsiyyətin ikiləşməsi hissi varmı? Var, əlbəttə.

- Mən başqa bir şeyi nəzərdə tuturam: işi kommersiya kinosuna bağladıqca müəllif filmi üçün olan materialın verdiyi mahiyyətindən uzaqlaşmırsız ki?

- Olur. Amma mən özümə böyük sənətkar kimi ciddi yanaşa bilmərəm. Elə təəssürat var ki, olmayan yerdə mənə də yarlıq vurublar. Mən heç sonadək aydınlaşdırmamışam ki, kiməm. Sizə tamamən açıq deyə bilərəm, kommersiya fəaliyyəti baş qatmaq və pul qazanmaq üçündür. Müəllif filmi çəkməksə böyük emosional yükdür. Üstəlik özünlə bağlı ciddi sualların yaranır? Düzgündürmü? Periodik olaraq apatiya yaranır.

Mənə bir dəfə biri demişdi: “Necə olub ki, sənətlə məşğul ikən ölməmisən?” Siz heç düşünmüsünüz ki, niyə rus rok ifaçılarından yalnız Tsoy sakral, kanonlaşmış fiqur ola bildi?

- Deyim də. Çünki Tsoy sadədir, başa düşüləndir və gənc ikən dünyadan getdi.

- Fiqurun əfsanəviləşməsi mübahisəli prosesdir. Mahiyyətcə, bircə əlamətdar film, bircə əlamətdar kitab, ya yaxşı mahnı yazmaq kifayətdir... Mən məsələn, əfsanə olmaq üçün ölmək istəyərəmmi? Yox, istəmirəm. Qass Van Sentin gözəl bir filmi var, orada Mett Deymonun qəhrəmanının sonda seçimi var: ya riyaziyyat dahisi olmalıdır, ya da sevdiyi ilə çıxıb getməlidir. O, ikincini seçir və haqlıdır... İnsan xoşbəxt olmaq üçün doğulub. Bu o demək deyil ki, o narkotikdən həzz almalı, eyş-işrətdə yaşamalı, gününü səyahətdə keçirməlidi – Yox! Amma insan bu dünyaya “böyük ölüm” üçün gəlməyib. Hərçənd biz xeyli sayda dahi tanıyırıq ki, adi əcəllə ölməyiblər. Sokratdan tutmuş Yeseninədək. Amma yenə də dahiliyin bədəli – dəhşətli ikrah, tənhalıq, ətrafdakılara nifrətdirsə, lənətə gəlsin belə dahilik.

- Yəni siz, sənətə həyatını verən adamlardan deyilsiniz?

- Əgər mən yaşamaq istəyən insan və sənətçi kimi özümlə kompromis tapmasam, seçməli olsam, yəqin birincini seçərəm. Mən əzabkeş olmaq istəmirəm. Bu mənasızdı. Özündə cavab tapmayanlar əzabkeş olurlar. Bir ikona tapıb ona yalvarırlar. Tale mənə belə bir xətt cızsa, bütün gücümlə müqavimət göstərəcəm. Mənim gözümün qarşısında böyük sayda faciələr baş verib. Amma əminəm ki, ruh düşkünlüyü içində, əsrlər boyunca anlaşılmayan dahi kimi qalmaq mənlik deyil. Bir xeyli adam üçün mayak olmaq daha gözəldir. Özüm hara getdiyimi bilmirəmsə, adamları niyə ardımca aparmalıyam?..

- İncə ruhlu olmaq asan başa gəlmir.

- Bunu elə özümdən bilirəm. Əzablar, şübhələr, depressiyalar və sair. İnsandan səfillikdə əzab çəkməyi, mənafe güdmədən sənətlə məşğul olmağı tələb etmək qeyri-insani hərəkətdir. O, özü özündən tələb edə bilər, amma kiminsə durub deməsi ki, sən hələ bu sənətdə sağ qalmısan? Qeyri-əxlaqidir. Hələ ən az istedadlı adam da iztirab çəkir, nəsə axtarır, ona onsuz da çətindi. Mənə inanın. Mən belə çəkirəmsə, gör həqiqətən Allah vergisi olan adamlar nə çəkir?

Öz həmkarlarıma baxıram: kimsə içir, kimsə çəkir, kimsə həb içir. Çoxu bədbəxt adamlardı. Arvadı atıb gedən, uşaqları ölən, səfillikdə yaşayan, amma əsən əlləri ilə fırça tutan sənətkar yalnız sənədli, ya bədii filmdə maraqlıdır. Pafoslu və gözəl görünür, amma real həyatda dəhşətlidir bu. Əlbəttə, şirin insanı parçalamasına baxmaq maraqlıdır, bəs bu səninlə olsa necə olarsan, əziz tamaşaçı? Ona görə də tamaşaçı diqqətini qiymətləndirirəm, düzdü, amma əzabkeş peyğəmbər olmağa razı deyiləm. Bir də, Mixalkov demişkən, insan sadəcə istedadına bələdçilik edir, vəssalam. Olur ki, adam dahiyanə şeylər edir, amma sonra mənasız işlər görür. Niyə belədir? Bilən yoxdu. Amma hamı soruşur: niyə yazmırsan, niyə çəkmirsən?! Mən hardan bilim? Bəlkə istedadı alıb məndən Allah, qurtarıb, məsələ də bitib?... Neyləməliyəm indi? Ölməliyəm? Yox. Həmişə həyatda məna axtarmaq lazımdır. O məna yalnız incəsənətdə deyil, bəlkə heç incəsənət də o qədər deyil...

# 846 dəfə oxunub

Oxşar xəbərlər

Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

12:00 17 aprel 2024
Marqaret Etvudun fantastika yazmaq istəyənlərə 7 məsləhəti

Marqaret Etvudun fantastika yazmaq istəyənlərə 7 məsləhəti

15:00 16 aprel 2024
Fərqli şeylərin sirli şəkildə qovuşması  - "Sevgi şəhəri" haqqında

Fərqli şeylərin sirli şəkildə qovuşması - "Sevgi şəhəri" haqqında

13:00 16 aprel 2024
"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

18:00 15 aprel 2024
Övlad həsrəti ilə yaşayan şair - Ədəbiyyatımızın kədərli dəqiqələri

Övlad həsrəti ilə yaşayan şair - Ədəbiyyatımızın kədərli dəqiqələri

17:00 15 aprel 2024
Boynumda üşüyən öpüş yerləri - Fəridənin şeirləri

Boynumda üşüyən öpüş yerləri - Fəridənin şeirləri

12:00 14 aprel 2024
# # #