Şəki Beynəlxalq Teatr Festivalında “Ölülər”

Şəki Beynəlxalq Teatr Festivalında “Ölülər”
5 sentyabr 2016
# 16:30

Akademik Milli Dram Teatrı II Şəki Beynəlxalq Teatr Festivalında çıxış edəcək. Sentyabrın 15-də başlayacaq “Üç məkan” II Şəki Beynəlxalq Teatr Festivalında teatrın kollektivi “Ölülər” tamaşası ilə çıxış edəcək.

Kulis.Az-ın xəbərinə görə, Cəlil Məmmədquluzadənin “Ölülər” əsəri əsasında hazırlanan səhnə əsərinin quruluşçu rejissoru teatrının bədii rəhbəri və direktoru, xalq artisti Azər Paşa Nemətdir. Səhnə əsərinin rejissorları isə gənc rejissorlar Anar Sadıqov və Əlif Cahangirlidir.

Tamaşada görkəmli bəstəkar, SSRİ xalq artisti Qara Qarayevin “Ölülər” əsəri üçün bəstələdiyi musiqi yeni versiyada təqdim olunub. Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə hazırlanan səhnə əsərinin elmi məsləhətçisi akademik İsa Həbibbəylidir.

Xatırladaq ki, “Ölülər”in Şeyx Nəsrullahı xalq artisti Nurəddin Mehdixanlı, Kefli İsgəndəri isə aktyor Anar Heybətovdur. Tamaşada digər rolları xalq artistləri Laləzar Mustafayeva, Rafiq Əzimov, Hacı İsmayılov, əməkdar artistlər Kazım Abdullayev, Sabir Məmmədov, Elxan Quliyev, Elşən Rüstəmov, Məzahir Cəlilov, Əlvida Cəfərov, Kazım Həsənquliyev, Firuz Xudaverdiyev, Mirzə Ağabəyli, Əjdər Həmidov, Aslan Şirin, aktyorlar Elçin Əfəndi, Ramin Şıxəliyev, Vüsal Mustafayev, Canəli Canəliyev, Elnur Qədirov, Rüstəm Rüstəmov, Xədicə Novruzlu, Ləman İmanova, Rada Nəsibova və başqaları canlandırır.

# 956 dəfə oxunub

Oxşar xəbərlər

Qarışqanın ruzisi - Həmid Piriyevin yeni hekayəsi

Qarışqanın ruzisi - Həmid Piriyevin yeni hekayəsi

09:00 23 aprel 2024
Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

17:00 21 aprel 2024
Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

12:00 21 aprel 2024
Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

17:00 20 aprel 2024
Xəzəl vaxtı - Sara İbrahimin yeni hekayəsi

Xəzəl vaxtı - Sara İbrahimin yeni hekayəsi

15:00 20 aprel 2024
"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

14:45 18 aprel 2024
#
#
# # #