“Elm və həyat” jurnalının yeni sayı nəşr olunub

“Elm və həyat” jurnalının yeni sayı nəşr olunub
22 avqust 2016
# 15:32

Azərbaycan Milli Elmlər Akademiyasında yarım əsrdən çox fəaliyyət göstərən “Elm və həyat” jurnalının yeni nömrəsi nəşr olunub.

AMEA-nın “Mətbuat orqanları” şöbəsindən Kulis.Aza verilən xəbərə görə, elmi biliklərin təbliğində, Azərbaycan elminin tanıdılmasında böyük rol oynayan jurnalın bu nömrəsində AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəylinin “Heydər Əliyevin dövlətçilik təlimində ədəbiyyat siyasəti və müasir dövr” adlı məqaləsi yer alıb.

Bundan başqa, jurnalda “AMEA-nın Genetik Ehtiyatlar İnstitutunun elmi potensialı”, “Azərbaycanın dövlətçilik tarixi arxeoloji tədqiqatlarda” mövzularında məqalələr və coğrafiyaçı-alim, şair Oqtay Ələkbərovun Azərbaycan Respublikasının Dövlət Mükafatına layiq görülmüş alimlərə ithaf etdiyi şeiri də öz əksini tapıb.

Qeyd edək ki, jurnalın baş redaktoru AMEA-nın prezidenti, akademik Akif Əlizadə, baş redaktorun müavinləri AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli və AMEA-nın İctimaiyyətlə Əlaqələr və Elmin Populyarlaşdırılması İdarəsinin rəisi Zülfüqar Fərzəliyev, məsul katib isə AMEA-nın “Mətbuat orqanları” şöbəsinin rəis müavini Turan Rəhimovadır.

# 892 dəfə oxunub

Oxşar xəbərlər

"Ümid nəğməsi" tamaşasının premyerası keçirildi

"Ümid nəğməsi" tamaşasının premyerası keçirildi

11:30 20 aprel 2024
Gəncədə yeni kitab evi istifadəyə verildi

Gəncədə yeni kitab evi istifadəyə verildi

10:40 20 aprel 2024
Cəfər Cabbarlının 125 illik yubileyi qeyd olundu

Cəfər Cabbarlının 125 illik yubileyi qeyd olundu

10:15 20 aprel 2024
"Qəribə uşaqların evi" - Orxan Adıgözəl

"Qəribə uşaqların evi" - Orxan Adıgözəl

10:00 20 aprel 2024
Daha bir serial yekunlaşır

Daha bir serial yekunlaşır

18:00 19 aprel 2024
Spilberqin yeni filminin mövzusu açıqlandı

Spilberqin yeni filminin mövzusu açıqlandı

17:40 19 aprel 2024
# # #