İntellektual olmadan necə intellektual görünmək olar- MƏSLƏHƏTLƏR

İntellektual olmadan necə intellektual görünmək olar-<span style="color:red;"> MƏSLƏHƏTLƏR
15 avqust 2016
# 09:00

Kulis.Az mütaliə etmədən intellektual görünməyin 10 yolunu təqdim edir.

1) Həmişə əlinizdə kitab olmalıdır. Metroda, avtobusda, küçədə, kafedə və s. Özü də kitab qalın olsa daha yaxşı olar. Üstəlik kitabla şəhərin ən tanınmış yerlərində gəzmək məsləhətdir.

2) Kitabı, ya da filmi sosial şəbəkələrdə paylaşmaq lazımdır. Paylaşdığınıza diqqət etmək gərəkdir: kitabın şəkli və yanında mütləq bir kofe fincanı olmalıdır. Bu sizin hətta istirahət anında belə kitabdan ayrı düşmədiyinizi göstərəcək. Qısacası, göstərə-göstərə oxumaq və filmə baxmaq.

3) Dostlarla, xüsusilə intellekti olan adamlarla bir süfrə arxasında oturanda çalışın çox danışmayın. Daha çox dinləyici mövqeyində durun. Onların danışdıqlarından yığdığınız məhsulları daha sonra təkrar özlərinə qaytarın. Özünüzü həmişə şagird kimi göstərməkdə yarar var.

4) Tez-tez sosial şəbəkələrdə, görüşdüyünüz insanlarla nədənsə danışanda mütləq sitatlar gətirin. Məsələn: “Tolstoy demişdir ki...”

5) Yazıçıların, rəssamların, bəstəkarların həyatı haqqında kimsə danışanda kövrəlməyi unutmayın. Hərdən söhbətin sonunda belə də deyə bilərsiniz: “Ah, Kafka...”

6) Hansısa mövzu haqqında danışanda – bu filmdən də, kitabdan da ola bilər – çalışın detallara varmayasınız. Həmişə ümumi danışmaq lazımdır. Yoxsa müsahibiniz sizin detallarda ilişdiyinizi görüb intellektualcasına sizinlə zarafatlaşa bilər.

7) Məşhurların adını onların doğma dillərində deyin. Məsələn, Kamyu yox, Camus, Prust yox Proost və s. Bu sizi daha intellektual göstərər.

8) Çox adamın tanımadığı yazıçı, şair, rəssam adları öyrənin. Tez-tez onlardan danışın. Sosial şəbəkələrdə yenicə adını eşitdiyiniz bəstəkarın musiqisini paylaşın. Onsuz da bu vaxt sizin Baloğlan Əşrəfovu dinlədiyinizi bilməyəcəklər.

9) Geyiminizə də xüsusi fikir verməlisiniz. İngilis dilində yazılmış kofta ya da başınızda bir kepka buna misal ola bilər. Üstəlik, eynəyi də unutmayın, gözləriniz zəif olmasa belə...

10) Ən əsası bir məqamı heç vaxt unutmayın. Dostlarla oturub yeyib-içərkən, ya da qızla görüşərkən sosial şəbəkələrdə kitab oxuyan və filmə baxan bir imiciniz olmalıdır. Əsas da elə imicdir.

# 2212 dəfə oxunub

Oxşar xəbərlər

Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

12:19 23 aprel 2024
Qarışqanın ruzisi - Həmid Piriyevin yeni hekayəsi

Qarışqanın ruzisi - Həmid Piriyevin yeni hekayəsi

09:00 23 aprel 2024
Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

17:00 21 aprel 2024
Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

12:00 21 aprel 2024
Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

17:00 20 aprel 2024
Xəzəl vaxtı - Sara İbrahimin yeni hekayəsi

Xəzəl vaxtı - Sara İbrahimin yeni hekayəsi

15:00 20 aprel 2024
# # #