Aktyorlarımız nə yeyib, nə içir? – SORĞU

Aktyorlarımız nə yeyib, nə içir? – <span style="color:red;">SORĞU
9 avqust 2016
# 17:28

Aktyorların qidalanma rejimi digərlərindən fərqlidir. Peşə gərəyi onlar bəzi qidalardan imtina etməli olurlar. Hətta “aktyor pəhrizi” deyə bir anlayış da var.

Bəs bizim aktyorlar necə qidalanırlar?

Kulis.Az bu barədə tanınmış aktyorlardan münasibət öyrənib. Cavabları təqdim edirik.

Şamil Süleymanlı: “Bu qidadansa mənəvi qida daha yaxşıdır”.

Məmməd Səfa: “Mənə elə gəlir ki, təkcə aktyor deyil, müəllim, həkim, yəni insan faktoru düzgün qidalanmalıdır. Pəhriz sağlamlıqdır. Tək aktyora aid eləməyək bunu. İnsan sağlam olmaq üçün pəhrizlə qidalanmalıdır. Yaş gəldikcə pəhrizi qoruyub saxlamaq lazımdır. Artıq yemək, yağlı yemək olmaz. Yüngül olmaq üçün yüngül yeməklər yeməlisən”.

Nürəddin Mehdixanlı: “Ağır yeməkləri xoşlamıram, yeyə bilmirəm. Daha çox təbii qidalarla qidalanıram. Pəhriz çörəkləri, yumurta, bal – bu sayaq yeməklər. Balıqdan istifadə edirəm. Rayona gedəndə kənd toyuğu alırıq. Evimizdə düyü sevilən qidalardandır. Yağlı yeməkləri xoşlamıram. Mən gündə iki dəfə yemək yeyirəm. Səhər və günorta. Axşam, ümumiyyətlə, yemək yemirəm”.

İlqar Cahangirov: “El dili ilə desək, Allah verəndən. Mənim dilim ilə desək, nə tapsam onunla. Məndə hələ ki, pəhriz olmayıb”.

Anar Heybətov: “Allah verəndən qidalanıram. Pəhrizə xüsusi fikir vermirəm”.

Firəngiz Mütəllimova: “Yağlı yeməklər yemirəm. Ətdə olan piyi, toyuğun dərisini çıxarıram, onları yeməkdən çəkinirəm. Bitki yağından çox istifadə edirəm. Daha sonra tərəvəzlərdən istifadə edirəm. Süfrəmdə kahı, göyərti daim olur. Axşam saat 7-dən sonra isə bircə meyvə yeyirəm. Yəqin ki, çoxları müşahidə edib, neçə vaxtdır formamı qoruyub saxlayıram. Hər gün piyada gəzirəm. Evdə də idman edirəm, müxtəlif alətlərlə. Düzgün qidalanmağa çalışıram. Bir də ən vacibi: altı-yeddi saat yatıram”.

Asya Atakişiyeva: “Mənim qidalanmağım dəhşətdir. Ağartı, yəni xama, kəsmik və ən əsası yoğurtlardan istifadə edirəm. Ət də yeyirəm, ancaq yesəm də çox az olur bu. Çörək və şirniyyat çox az istifadə etməyə çalışıram. Yağlı heç nə yemirəm. Belə çıxır ki, heç nə yemirəm. Qidalanmağa çox diqqət edirəm”.

# 911 dəfə oxunub

Oxşar xəbərlər

Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

12:00 17 aprel 2024
Marqaret Etvudun fantastika yazmaq istəyənlərə 7 məsləhəti

Marqaret Etvudun fantastika yazmaq istəyənlərə 7 məsləhəti

15:00 16 aprel 2024
Fərqli şeylərin sirli şəkildə qovuşması  - "Sevgi şəhəri" haqqında

Fərqli şeylərin sirli şəkildə qovuşması - "Sevgi şəhəri" haqqında

13:00 16 aprel 2024
"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

18:00 15 aprel 2024
Övlad həsrəti ilə yaşayan şair - Ədəbiyyatımızın kədərli dəqiqələri

Övlad həsrəti ilə yaşayan şair - Ədəbiyyatımızın kədərli dəqiqələri

17:00 15 aprel 2024
Boynumda üşüyən öpüş yerləri - Fəridənin şeirləri

Boynumda üşüyən öpüş yerləri - Fəridənin şeirləri

12:00 14 aprel 2024
#
#
# # #