Qız, çox şirin olma udarlar səni - ŞEİR

Qız, çox şirin olma udarlar səni - ŞEİR
26 iyul 2016
# 12:56

Kulis.az Seyid Aynurun yeni şeirlərini təqdim edir.

Sevgililəri ilə görüşə getmədilər o axşam əsgərlər

sevgililəri ilə görüşə getmədilər

o axşam əsgərlər,

“Geri dönün!” - dedi camaat.

Tuşladılar silahı kimə gəldi,

canına hopmasın deyə yüzlərlə günahsızın qanı

bərk-bərk qollarıyla

köklərindən yapışdı ağaclar.

Sevgililəri ilə görüşə getmədilər

o axşam əsgərlər.

Meydan dilə gəldi:

“Qayıdın!”

Sevgililəri ilə görüşə getmədilər

o axşam əsgərlər

Və səhərə yaxın azan eşidildi minarələrdən

dualar oxundu şəhidlərin ruhuna.

Tuşladılar silahı kimə gəldi -

büründü qaraya yol gözləyən sevgililər.

Ancaq dünya,

dünya işıqlıydı!.

Deşib sormağı öy­­rətmişdi

Qaraldımı heç gözlərin yollara bax-baxa,

Sol yanında günəş qürub etdimi?

Mum tək ərisinmi səncə xəyanətkar?

Qurumuş pətəklərə bal toxumağa

gücü çatarmı bir başqa arının?

saçların dəydikcə üzümə

yadıma uşaq evinin buz bağlamış divarları düşür.

Qış - üzsüz və nazik yorğan,

iştahla yeyilən quru çörək dilimləri;

Rəfiqəm acından yata bilməyəndə

şəhadət barmağımı sancaqla deşib sormağı öy­­rətmişdi.

susayarmı heç insan da­­­­ öz qanına?

Məzun olanda müdirəmiz

(hamı mama deyərdi yalandan):

“Qız, çox şirin olma udarlar səni;

acı da olma atarlar!”- deyib, qəhqəhə çəkdi.

Düzü, bilmirəm niyə

saçların dəydikcə üzümə ­­­

yadıma uşaqlığım düşür.

* * *

Axşamlar evə gec gələr əri-

nəzir qutusudur kişinin ayaqqabıları!

Sübh tezdən parıldayanadək

təmizləyər qadın,

nəzir qutusudur kişinin ayaqqabıları!

bir də nəvaziş görsə...

# 900 dəfə oxunub

Oxşar xəbərlər

"Adamın buna kitab deməyə dili gəlmir..." - Orxan Saffarinin hekayələr kitabı haqqında

"Adamın buna kitab deməyə dili gəlmir..." - Orxan Saffarinin hekayələr kitabı haqqında

12:30 15 aprel 2024
"Necə ömür sürmüsənsə, elə də öləcəksən" - Allahın mühakimə etdiyi məmur

"Necə ömür sürmüsənsə, elə də öləcəksən" - Allahın mühakimə etdiyi məmur

09:15 15 aprel 2024
Bədbəxtlik, nifrət, sevgi - Dini paklığı pozan ehtiras

Bədbəxtlik, nifrət, sevgi - Dini paklığı pozan ehtiras

15:00 13 aprel 2024
Evləndi, boşandı, yenə evləndi – Çağdaş İsrail hekayəsi

Evləndi, boşandı, yenə evləndi – Çağdaş İsrail hekayəsi

15:00 12 aprel 2024
Onlar üçün müqəddəs heç nə yoxdur...

Onlar üçün müqəddəs heç nə yoxdur...

17:00 10 aprel 2024
Bu mətnin niyə qələmə alındığını başa düşmədim

Bu mətnin niyə qələmə alındığını başa düşmədim

14:28 10 aprel 2024
#
#
# # #