Səsimizə toxunma; nə yarpağın, nə mənim - ŞEİRLƏR

Səsimizə toxunma; nə yarpağın, nə mənim - <span style="color:red;">ŞEİRLƏR
12 iyul 2016
# 17:20

Kulis.Az şairə Hədiyyə Şəfaqətin yeni şeirlərini təqdim edir.

***

...Tanrı, öz varlığın eşqinə,

Mənə uzaqlardan gələn səslərə toxunma,

İçindən keçib get o səslərin,

içindən keçib get...

Hardasa bir yarpaq qopur yerindən,

Hardasa bir mən ölür...

Səninçün nə fərqi var, öz varlığın eşqinə,

Ölən mənmiyəm, yarpaqmıdır?...

Bəlkə heç birimiz deyilik...

Sən öz əzablarını düşün

Hansımızın içində daha çox ağrıyırsan deyə...

Tanrı, öz varlığın eşqinə,

Səsimizə toxunma

Nə yarpağın...

Nə mənim...

***

...Aç qollarını yana

Aç qollarını yana

Qoy qollarına külək toxunsun

Olmasın gələnin, olmasın,

Olmasın

Yollar həsrət üçündür...

Bax Adam,

Bax,

Yıxılmışlıqlar uçanlara yaraşmır,

Uçanlar bir dəfə yıxılır -

Öləndə...

Sıxılmış dodaqların arxasında nə kəlmələr itib gedir...

Sən onları yenə də pıçılda rəsmlərə,

Gizlicə

Duyğular sığındığın yerdədir...

Sən yenə də aç qollarını yana, aç,

Tıpkı bir uşaq kimi,

Tıpkı xoşbəxtlik

Qollarının arasına sığışacaq kimi...

Bəlkə bir gün mən də gəldim...

***

...Saçlarım gecələrə dağılır

Sən bilməzsən...

Toparlayammır gözlərim,

Nəmli gözlərim saçlarımı göy üzündən,

Külək onları kim bilir haralara aparır...

Çöllər saralmağa başlayıb yenə

Çiçəklərin qurumuş dodaqları heç nə pıçıldayammaz...

Heç nə deyəmməz torpağın cadarlanmış sinəsi...

Su...

Su...

Su...

Qurumuş otların ətri üçün dinləyirəm qaranlığı

İşıq böcəkləri oxuyur...

Gecikmiş yolçulara yalvarıram ürəyimdə-

Lütfən

Kibrit çöplərini

Və siqaret kötüklərini söndürün...

***

Sarı-sarı çiçəklərin havasındakı azadlıq...

Ölümə inad

Yaşama inad

Olmaq və olmamaq arasındakı azadlıq...

Duydunmu tövşüyən yolçunun nəfəsini,

Külək qurumuş otları xışıldadır...

Mənim ayaq izlərim

Yoldan bir toz dənəciyi məsafəsində yuxarıdadır...

Getməmək olmur...

Yuxular

Uğuldayan külək səsinə büküləndə

Oyanmaq istəmir adam...

Dan yeri söküləndə

Cəza qaldığı yerdən davam edəcək...

# 895 dəfə oxunub

Oxşar xəbərlər

Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

12:00 17 aprel 2024
Fərqli şeylərin sirli şəkildə qovuşması  - "Sevgi şəhəri" haqqında

Fərqli şeylərin sirli şəkildə qovuşması - "Sevgi şəhəri" haqqında

13:00 16 aprel 2024
"Adamın buna kitab deməyə dili gəlmir..." - Orxan Saffarinin hekayələr kitabı haqqında

"Adamın buna kitab deməyə dili gəlmir..." - Orxan Saffarinin hekayələr kitabı haqqında

12:30 15 aprel 2024
"Necə ömür sürmüsənsə, elə də öləcəksən" - Allahın mühakimə etdiyi məmur

"Necə ömür sürmüsənsə, elə də öləcəksən" - Allahın mühakimə etdiyi məmur

09:15 15 aprel 2024
Bədbəxtlik, nifrət, sevgi - Dini paklığı pozan ehtiras

Bədbəxtlik, nifrət, sevgi - Dini paklığı pozan ehtiras

15:00 13 aprel 2024
Onlar üçün müqəddəs heç nə yoxdur...

Onlar üçün müqəddəs heç nə yoxdur...

17:00 10 aprel 2024
# # #