Mübariz Cəfərli: “Öz cəbhəmdəyəm..."

Mübariz Cəfərli: <span style="color:red;">“Öz cəbhəmdəyəm..."
7 iyul 2016
# 12:00

Kulis.Az Mübariz Cəfərli ilə söhbəti təqdim edir.

- Necə yazıçı oldunuz?

- Yazmağa başladım və davam elədim...

- Sizin üçün yazmaq nədir? Niyə yazırsız?

- Yazmaq axtarışdı... Axtarıb tapa bildiklərimi ağıllı, hazırlıqlı adamlarla (oxucular da demək olar) bölüşmək üçün...

- İçinizdə gizli də olsa məşhur olmaq, dünyada tanınmaq hissi varmı, yoxsa yazmaq içinizdəki ağrını boşaltmaqdır?

- Bu suala yuxarıda cavab verdim.

- Markes deyir külək olmasaydı dünyada çox şey dəyişərdi, amma ədəbiyyat olmasaydı heç nə. Sizcə ədəbiyyat olmasaydı dünyada nəsə dəyişərdi, yoxsa Markeslə şəriksiz?

- Ədəbiyyatın olmaması ümumiyyətlə, yazının olmaması anlamına gəlirsə, Markeslə razı deyiləm...

- Yazmaq üçün nə lazımdır: müşahidə, mütaliə, yoxsa ancaq yazmaq.

- Üçünün vəhdəti, üstəgəl təcrübə...

- Yazıçı vərdişiniz, ritualınız varmı ki, onun eləməmiş yaza bilmirsiz?

- Sözüm olmayanda, yazmaq xatirinə yazı masasına yaxın durmuram. Bir də yayda heç nə yazmıram...

- Uilyam Folkner yazıçılığı məğlubiyyət hesab edirdi? Bəs sizcə yazıçılıq məğlub olmaq deməkdirmi? Hər yeni əsərdən sonra hansı hissləri keçirirsiz?

- Yazılar fərqli olduğu kimi hisslər də müxtəlif olur...

- Mario Varqas Lyosa özünün Nobel nitqində deyir: “Yazıçılıq asan məsələ deyil. Bir də görürsən təsəvvür etdiyin əhvalat kağıza köçürüləndə istədiyin alınmır, sözlər ürəyini isitmir. Onları təzədən necə cana gətirəsən? Xoşbəxtlikdən, ustadlar, müəllimlər, nümunə götürüləsi insanlar yanındadı. Flober mənə istedadın intizam və dözüm olduğunu öyrədib. Folkner formanın (üslub və struktur) süjeti zənginləşdirmək qabiliyyətində olduğunu öyrədib. Martorel, Servantes, Dikkens, Balzak, Tolstoy, Konrad, Tomas Mann romanda vüsət və genişliyin üslub və süjet xətlərinin dəqiq işlənməsindən heç də az əhəmiyyətli olmadığını öyrədib. Sartr sözün iş olduğunu, roman, pyes, ya hekayənin müəyyən məqamlarda və müvafiq şəraitdə tarixin gedişatını dəyişmək iqtidarında olduğunu öyrədib. Kamyu və Oruell əxlaqı olmayan ədəbiyyatın insani olmadığını, Malro isə qəhrəmanlıq və eposun "Odissey" və "İliada"nın arqonavtlarının dövründəki kimi mümkün olduğunu öyrədib.” Sizin üçün belə ustadlar varmı və kimlərdir?

- Yazmağa təzə başlayanda Remarkdan ”yazıçı soyuqluğu“ öyrəndim.

- Siz özünüzü hansı cəbhədə hesab edirsiz: Dostoyevskiçi, yoxsa Tolstoyçu?

- Cəfərliçi...

- Hansı bədii əsərdə yaşamaq istərdiniz?

- Maraqlı sualdı... Amma bu barədə düşünməmişəm...

- Əsərlərinizi hansı “izm”ə aid edirsiz?

- Zənnimcə, bu müəllifdən çox tənqidçi və ədəbiyyatşünaslara ünvanlanası sualdı...

- Hazırkı gənclərin çoxu yaradıcılığa demək olar ki, romanla başlayır. Amma nisbətən yaşlı nəsil bunu onlara irad tutur; əvvəl hekayə, sonra roman. Siz də bu fikirdəsizmi? Axı dünyada nə qədər yazıçı adı çəkmək olar ki, yaradıcılığa romanla başlayıb uğur da qazanıblar.

- Nə yazmağın, nədən başlamağın fərqi yoxdu, söhbət necə yazmaqdan getməlidi...

- İndi hamı kiçik həcmli romanlar yazır. Nə düşünürsüz dövrün tələbidirmi, yoxsa hələ də “Hərb və sülh”, “Sakit Don”, lap elə Murakaminin romanları qalınlığında romanlar yazılmalıdır?

- Həcm əsas deyil, məsələ mükəmməlliyə yaxınlaşa bilməkdədi...

- Sizcə yazıçının köşə yazarlığı, tərcüməçilik kimi kənar işlərlə məşğul olması onun yaradıcılığına kömək edir?

- Yox. Mane olur... Özü də çox...

Ədəbiyyat qəzeti”

# 1813 dəfə oxunub

Oxşar xəbərlər

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

12:00 19 aprel 2024
"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

14:45 18 aprel 2024
Adamın buna kitab deməyə dili gəlmir...

Adamın buna kitab deməyə dili gəlmir...

12:30 15 aprel 2024
Onlar üçün müqəddəs heç nə yoxdur...

Onlar üçün müqəddəs heç nə yoxdur...

17:00 10 aprel 2024
Bu mətnin niyə qələmə alındığını başa düşmədim

Bu mətnin niyə qələmə alındığını başa düşmədim

14:28 10 aprel 2024
Seymur Baycanın qulağından uzaq

Seymur Baycanın qulağından uzaq

15:00 9 aprel 2024
# # #