Erkən nikahların tarixi, fəlsəfəsi və bu günü - ARAŞDIRMA

Erkən nikahların tarixi, fəlsəfəsi və bu günü  - <span style="color:red;">ARAŞDIRMA
1 iyul 2016
# 08:30

Bir neçə gün əvvəl internetdə Elşad Mirinin “Aişə (r) Peyğəmbərə neçə yaşında ərə gedib?” adlı videosu ilə qarşılaşdım.

Əvvəla onu deyim ki, Elşad bəylə əks qütublərdə dayanmağımıza və Elşad bəyin Azərbaycandakı ateistləri savadsızlıqda ittiham etməsinə baxmayaraq, (onun ateistlər haqqındakı fikirlərini çıxmaq şərti ilə) bir ateist olaraq dini görüşlərini və dini interpretasiyalarını çox bəyənirəm. Elşad bəyin bu video çıxışında müsəlmanlara verdiyi mesaj təqdirə layiqdir. Quranın fərqli ayələrindən və fərqli hədislərdən istifadə edərək müasir dünyanın, xüsusilə də geridə qalmış və inkişaf etməkdə olan dövlətlərin əsas problemə çevrilmiş erkən yaşda evliliyin İslamla əlaqəli olmadığını sözün həqiqi mənasında izah etdi. Hətta videoya baxan hər bir şəxs əminliklə deyə bilər ki, sən demə İslamda on yeddi yaşdan kiçik qızla evlənmək olmaz!!! Bunun üçün bir Azərbaycan vətəndaşı olaraq mən Elşad bəyə öz minnətdarlığımı bildirirəm.

Ancaq digər tərəfdən, təəssüflə qeyd etmək istəyirəm ki, Elşad bəyin bu videoda istinad olaraq verdiyi dəlillər İslamdakı uşaq yaşda evliliyi Ərəbistanın iqlimi ilə əlaqələndirən insanların gətirdiyi dəlillərə bənzəyir. Avropa ədəbiyyatını və tarixini mütaliə edən insanlar bunu heç bir zaman qəbul edə bilməz. Elşad bəy haqlıdır: bu qanunun İslamla heç bir əlaqəsi yoxdur, ancaq eyni zamanda da bu qanun İslam dinində var.

Bu məsələ müasir dünyanın ən problemli məsələsidir və ən qısa zamanda həll edilməlidir. Lakin bunu həll etmək üçün Elşad bəy kimi fərqli ayələrdəki sözləri müxtəlif cür interpretasiya edərək fərqli məna çıxartmağın düzgün olmadığını düşünürəm. Bu məsələni ələ alarkən V.İ.Leninin bir sözünü unutmamalıyıq: “Tarixi şəxslərə və ya hadisələr qiymət verərkən onları bu günlə müqayisə etməməliyik, onları özlərindən əvvəlkilərlə müqayisə etməliyik!” Zənnimcə, bu məsələni də qiymətləndirərkən Məhəmməd Peyğəmbər zamanındakı sosial mühiti nəzərə almaq lazımdır. Və bir də görəsən həmin zamanlarda digər dövlətlərdə evlilik yaşı neçə idi?!

Bibliya ilə başlayaq. Bibliyada da Quranda olduğu kimi açıq-aydın minimum evlənmə yaşı yazılmayıb. Ancaq Bibliyada Saylar fəsli 31:17-18-də belə bir əmr var: “...İndi bütün oğlan uşaqlarını və kişi ilə yaxınlıq etmiş qadınları öldürün. Yalnız kişi ilə yaxınlıq etməmiş gənc qızları özünüz üçün sağ saxlayın.” Bir çox insan bu ayənin erkən yaşda, özü də zorla, evliliyi legitimləşdirdiyi fikri ilə razılaşır. Çünki ayənin əvvəlində deyir ki, oğlan uşaqlarını və bakirə olmayan qadınları öldürün. Deməli, geridə qız uşaqları qalır (çünki işğalçı ordunun əsgərləri işğal etdikləri şəhərdə hansı gənc qızın əvvəllər kişi ilə yatıb yatmadığını haradan bilər?).

Ümumiyyətlə, yuxarıda dediyimiz kimi Bibliyada konkret yaş göstərilmədiyi üçün evlənmə yaşı xristian dövlətlərində zamana və məkana görə dəyişib. Məsələn, ilk dəfə 1275-ci ildə qanunla İngiltərədə qızlar üçün minimum evlənmə yaşı 12 olub. 1791-ci ildə Fransada Napoleon kodeksində isə 11 yaş olaraq göstərilib. ABŞ-da 1800-cü illərin sonuna qədər on-on iki yaş civarında olub. Hətta Delaver ştatında 1880-ci ilə qədər qanunla evlənmə yaşı qızlar üçün YEDDİ yaş olub.

Əslində, 11 və 12 yaş da nisbidir. Avropa tarixi daha erkən yaşda evlənən şahzadə qızlar və oğlanlarla doludur. Məsələ İngilis tarixçiləri, hələ də VII Henri Tudorun anası Marqaret Boforun 7 aylıqmı yoxsa 7 yaşındamı evlənməsi üzərində mübahisə aparır; lakin 7 yaşında evlənməsinin daha inandırıcı olduğu düşünülər. Dörd dəfə evlənən bu qadın ilk və yeganə övladı, VII Henrini, 13 yaşında olarkən ikinci ərindən dünyaya gətirib. Bir başqa misal olaraq Fransa kralı VII Ludovikin üç dəfə evlənmiş qızı Fransalı Aqnesi göstərə bilərik. Aqnes Bizans kralı ilə evlənərkən 8 yaşında olub. Uşaq yaşda dul qalan Aqnes, ikinci dəfə evlənərkən 12 yaşında, əri isə 62 yaşında olub.

Burada haşiyədən kənara çıxaraq qeyd etmək istəyirəm ki, Avropada uşaq yaşda evlilik xristialıqdan qabaq da olub. Eramızın 46-120-cı illərində yaşamış Plutarx özünün “Müqaisəli Tərcümeyi-hal” adlı əsərində qeyd edir: “.... romalılar öz qızlarını 12 yaş və hətta ondan da az yaşda ərə verirlər; onlar düşünürlər ki, bu yolla onların (qızların) bədənləri kimi ağılları da gələcək ərlərinin (evinə) təmiz və korlanmamış şəkildə gedəcək!”

Orta əsrlərdə yazılmış ədəbiyyatları oxuyarkən isə tamam başqa bir aləmlə qarşılaşırıq. Orta əsrlərdə yazılmış ədəbiyyatlarda bu mövzunun mədh edildiyini, hətta təbliğ edildiyini də görə bilərək. Belə ki, “Dekameron” adlı əsərdə bir yerində on bir yaşlı qızın (səhifə 126) bir başqa yerində isə on iki yaşlı qızın (səhifə 691) evlənməsindən bəhs edilir; və bu zaman aşağıdakı ifadələrdən istifadə edilir: “....ON BİR YAŞLI GÖZƏL QIZINI BÖYÜK CEHİZLƏ ONA ƏRƏ VERDİ....” və ya “...QIZIN ON İKİ YAŞI VAR İDİ, ÖZÜ DƏ MİSİLSİZ GÖZƏL İDİ...” Bilməyənlər üçün deyim ki, “Dekameron” kitabı İtalyan yazıçısı Covanni Bokkaçço tərəfindən 1352-1354-cü illərdə yazılıb.

Uilyam Şekspirin “Romeo və Culyetta” əsərində də erkən evliliyi təbliğ edir. Əsərdə dəfələrlə qızının 14 yaşından az olduğunu deyən Xanım Kapulet (Culyettanın anası) qızına evlənməyi məsləhət görür, və bildirir ki, qızı yaşda olarkən o, ana olub. Yəni nəzərə alsaq ki, Culyetta 14 yaşından azdır, yəni ən azı 13 yaşı var, deməli onun anası xanım Kapulet həmin yaşda ana olması üçün ən gec 12 yaşında evlənməli idi.

Bəs belə evliliyin səbəbi nədir?

Cəmiyyətdə formalaşan hər hansı sosial problem sadəcə bir səbəbdən yarana bilməz. Bu problemin özünün bir neçə səbəbi olmalıdır. Ancaq Qərb Sivilizasiyasına aid oxuduğum kitablar, Riçard Doukinqzin “Selfish Gene” və Peter Drukerin “Management Tasks, Responsiblisties, Practices” kitabını oxuduqdan sonra məndə uşaq yaşda evliliyin səbəbləri haqqında müəyyən fikirlər formalaşdı (lakin qəbul edirəm ki, səbəblər mən sadalayacaqlarımla kifayətlənmir).

Zənnimcə burada ən önəmli səbəblərdən biri insan ömrünün çox qısa olmasıdır. Orta əsrlərdə orta insan ömrü 40 yaş civarında dəyişib. Yəni o vaxtın qırx yaşındakı insanları hazırda 60 yaşlı insanlarla müqayisə edə bilərik. Təbii ki, tarixdə uzun ömürlü insanlar olub, ancaq əksər insanlar 40 yaşını keçə bilməyiblər. Hətta bəzi dövrlərdə, xüsusilə vəba yayılan vaxtlarda insan ömrü 18-30 yaş arasında olub. Unutmayaq ki, yuxarıda adlarını çəkdiyim həm Marqaret Bofor, həm də Fransalı Aqnes 12 yaşına çatmamış dul qalıblar. Orta əsrlərdən bəhs edən kitablarda qızların 10-15 yaşları arasında dul qalmaları tez-tez qeyd edilir. Dolayısı ilə orta ömrün qırx yaş olduğu bir dövrdə insanların 25-30 yaşından sonra evlənməsini gözləmək olmaz. Unutmamalıyıq ki, insanlar da daxil olmaqla bütün canlıların əsas hədəfi sağ qalmaq və nəsil artırmaqdır. Riçard Doukinqz “Selfish Gene” adlı kitabında canlıların öz nəslini davam etdirmək üçün daxili instinktinin nə qədər güclü olmasının çox gözəl izah edir.

Digər ən önəmli səbəblərdən biri isə düşünürəm ki, aclıq olmalıdır. Qərb ədəbiyyatlarında yazılır ki, kartofun Avropaya gətirilməsindən sonra avropadakı insanların sayı çox qısa bir zamanda üç dörd dəfə artdı. Ona görə də kartofu ikinci çörək adlandırırlar. İnsanların kütləvi aclıqdan ölmələri orta əsrlərdə adi bir şey olub. Sosial dövlətin önəmini izah edərkən Peter Druker bildirir ki, “Bir pis məhsul hind və ya çinli kəndlilərin öz qızlarını fahişə kimi satmağa məcbur etməsi üçün kifayət idi. Bir pis məhsul onunla dilənçilik arasında duran bir qarış torpağını itirməsi üçün kifayət idi”. (Burada “pis məhsul” deyərkən bir ildə torpaqdan götürülən məhsulu nəzərdə tutur). Belə olan təqdirdə qızın nə qədər tez ərə getməsi ailə üçün bir o qədər çox sərfəli idi. Çünki evdə yeyən boğazların sayı azalır, həm də bunun qarşılığında “süd pulu” alınırdı.

Əlqərəz, əgər mən müsəlman olsaydım və kimsə gəlib mənim dinimi belə bir şeydə ittiham etsəydi mən müxtəlif ayələri fərqli interpretasiya edərək bu günə qədər Quranın düzgün anlaşılmadığını demək əvəzinə sadəcə deyərəm: “Bəli, İslamda erkən yaşda evliliyə icazə verilib. Ancaq bu bəlanı bəşəriyyətə İslam gətirməyib. İslamdan həm qabaq, həm də sonra, İslamın olmadığı regionlarda da belə evliliklər olub. Ən önəmlisi isə bu gün bu qanuna qarşı çıxan hər kəs Məhəmməd peyğəmbərin zamanında olsaydı onlar da bu qanunu dəstəkləyərdilər. Çünki həmin dövrdə olan sosial-iqtisadi problemlər onları buna məcbur edəcəkdi.”

Mən erkən yaşda evliliyi köləliklə müqayisə edirəm. Quran köləliyə də icazə verir. Köləlik haqqında quranda ayələr var (Bəqərə sürəsi 178 və s). Ancaq köləliyi bəşəriyyətə Məhəmməd Peyğəmbər gətirməmişdi. Köləlik İslamdan əvvəl də var idi, sonra da mövcud oldu. Mənə elə gəlir ki, bu gün heç kim qalxıb müsəlmanları Qurandakı köləlik haqqında olan qanunlarla ittiham etməməlidir

Ancaq məsələnin digər tərəfi ondan ibarətdir ki, başda müsəlman dövlətləri olaraq bütün geridə qalmış və inkişaf etməkdə olan dövlətlərdə köləlik ləğv edilsə də, uşaq yaşda evlilik haqqındakı qanun hələ də qorunub saxlanılır və müsəlmanlar məhz buna görə tənqidə, təəssüflə qeyd etmək istəyirəm ki, bəzən də təhqirə məruz qalırlar. Bu qanunları dəstəkləyən müsəlmanlar nəyə görəsə anlamaq istəmirlər ki, bu praktika artıq köləlik kimi köhnəlib və öz ömrünü başa vurub. Bu qanun cəmiyyətə ziyan vurur.

Qabil Aşurov

# 1807 dəfə oxunub

Oxşar xəbərlər

Mehdi Hüseynin kostyumu - Məşhur şairin Bakı xatirələri

Mehdi Hüseynin kostyumu - Məşhur şairin Bakı xatirələri

14:00 25 mart 2024
Ənvər Məmmədxanlı:  "Mircəfər Bağırov məktubumu özündə saxladı, məni həbs etmədilər" - EKSKLÜZİV VİDEO

Ənvər Məmmədxanlı: "Mircəfər Bağırov məktubumu özündə saxladı, məni həbs etmədilər" - EKSKLÜZİV VİDEO

12:32 28 fevral 2024
250 illik sirr: Əsgəran qalasını kim tikdirmişdi? - QARABAĞDAN REPORTAJ

250 illik sirr: Əsgəran qalasını kim tikdirmişdi? - QARABAĞDAN REPORTAJ

12:00 13 fevral 2024
Su altında qalmış sivilizasiya – Türklərin ilk məskəni

Su altında qalmış sivilizasiya – Türklərin ilk məskəni

09:00 2 fevral 2024
Həmid Herisçinin vəziyyəti açıqlanıb

Həmid Herisçinin vəziyyəti açıqlanıb

11:00 29 yanvar 2024
“Füzuli sənətkarlığı” kitabı təqdim olundu

“Füzuli sənətkarlığı” kitabı təqdim olundu

09:36 29 yanvar 2024
# # #