O adam olmasaydı di Kaprio Oskar almayacaqdı...

O adam olmasaydı di Kaprio Oskar almayacaqdı...
28 iyun 2016
# 16:16

Rejissor Alexandro İnyarittunun “Sağ qalmış” filmi bu il üç nominasiyada Oskar alsa da tənqidlər ondan yan keçmədi.

Bu filmdəki roluna görə nəhayət çoxdan arzuladığı Oskarı alan Leonardo di Karpionun rolu isə daha çox tənqidlərə məruz qaldı. Hətta sosial şəbəkələrdə “Ayı Oskara Di Kapriodan çox layiq idi” yazanlar da tapıldı.

“Sağ qalmış” filmi xəz dəri əldə etmək istəyən dəstəyə dağ bələdçiliyi edən Hyu Qlassın qışda vəhşi təbiətdə sağ qalmasından bəhs edir. Qrassı ayı yaralayır və dəstə onu ölmək üçün meşədə buraxır. Lakin o, ölmür, üstəlik sağalıb oğlunun qisasını da alır.

Film Maykl Pankın 2002-ci ildə yazdığı eyni adlı roman əsasında Alexandro İnyarittu və Mark L. Smit tərəfindən ssenariləşdirilib.

Çoxlarına filmin süjeti inandırıcı gəlməyə bilər. Axı necə ola bilər ki, ayının ölümcül yaraladığı bir adam sağ qalsın, üstəlik o qarlı-şaxtalı şəraitdə, günlərlə ac-susuz hərəkət edərək gəlib dəstəyə qoşulsun, öldürülmüş oğlunun qisasını alsın!

İlk baxışdan inandırıcı gəlmir. Amma filmin baş qəhrəmanı Hyu Qlass tarixi şəxsiyyət olub.

1783-1833-cu illərdə yaşayan Hyu Qlass ovçuluq, dağ bələdçiliyi edirmiş. Deyilənə görə, irland miqrant ailəsində doğulub.

Gənclik illərindən dənizçiliklə məşğul olan Qlass təqribən 1816-cı ildə dəniz quldurlarına əsir düşür. İki il sonra dəniz quldurlarından xilas olmağı bacaran Qlass açıq dənizdə iki mil üzərək Texasa çıxır, burda pauni hindu qəbilələri tərəfindən yaxalanır. Hindular onu qəbilələrinə qəbul edib vəhşi təbiətdə yaşamaq qaydalarını öyrədirlər. Bir neçə il paunilərin arasında qalan Qlass hətta onların Amerika hökuməti ilə danışıqlarında iştirak edir.

1822-ci ildə xəz dəri kampaniyasının yaradıldığını öyrənən Qlass dağa heyvan ovlamağa gedən ekspedisiyaya qoşulur. 1823-cü ildə mayor Endryu Henrinin başçılıq etdiyi heyət Qrand-River çayı ilə üzü yuxarı hərəkət edir. Ekspedisiya düşərgə saldığı zaman Qlass meşədə giləmeyvə yığırmış. Bu vaxt bir dişi ayı iki balası ilə ona hücum edir. Tüfəngdən atəş açmağa macal tapmayan Qlassı ayı ölümcül yaralayır. Bununla belə ovçu ona bir neçə bıçaq zərbəsi vura bilir və üstəlik hay salıb kömək çağırır. Yoldaşları köməyə gəlib ayını öldürsələr də Qlass artıq huşsuz vəziyyətdə imiş.

Ekspedisiyanın rəhbəri mayor Henri belə qərar gəlir ki, bu cür yara almış insan iki gündən artıq yaşaya bilməz. Buna görə də Qlass öləndən sonra dəfn etmək üçün iki könüllünü onun yanında qoyub ekspedisiyaya hərəkət əmri verir. Könüllülər Con Fitscerald və Cim Bricer idi. Ekspedisiya gedəndən sonra onlar Qlass üçün qəbir qazıb ölməyini gözləyirlər. Beş gündən sonra düşmənçilik elədikləri arikara hindu qəbilələrinin onları tapacağından qorxuya düşən Fitscerald Briceri yola gətirir ki, Qlassı burda qoyub ekspedisiyanın ardınca getmək lazımdır. Ovçunun gec-tez onsuz da öləcəyini düşünən könüllülər onun şəxsi ləvazimatını, üstəlik tüfəngini, tapança və bıçağını özləri ilə götürürlər. Mayorla görüşəndə onlar Qlassın öldüyünü deyirlər.

Qlass isə ölmür. Özünə gələndə görür ki, nə şəxsi ləvazimatı, nə silahı, nə də qida ehtiyatı var. Üstəlik, ayağının biri sınıb, kürəyindəki yaraların dərinliyi qabırğasına çatırmış. Ən yaxın yaşayış məntəqəsi olan Fort Kayova isə 320 km cənub-şərqdə imiş.

Qlass bu yolun çox hissəsini sürünərək qət edir. Yürüş zamanı giləmeyvə və bitki kökləri ilə qidalanır. Bir dəfə bizon cəmdəyi yeyən iki canavarı qovaraq ət yeməyə nail olur. Yolda ona hindu qəbilələri də kömək edirlər.

Qlass xilas olandan sonra Bricceri bağışlayır, Fistcerald isə orduya qoşulduğu üçün ondan qisas almaq mümkün olmur. Sağalandan sonra yenidən bələdçiliklə məşğul olan Qlass 1833-cü ildə iki yoldaşı ilə birlikdə arikara hindu qəbilələri tərəfindən öldürülür.

# 982 dəfə oxunub

Oxşar xəbərlər

Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

12:00 17 aprel 2024
Marqaret Etvudun fantastika yazmaq istəyənlərə 7 məsləhəti

Marqaret Etvudun fantastika yazmaq istəyənlərə 7 məsləhəti

15:00 16 aprel 2024
Fərqli şeylərin sirli şəkildə qovuşması  - "Sevgi şəhəri" haqqında

Fərqli şeylərin sirli şəkildə qovuşması - "Sevgi şəhəri" haqqında

13:00 16 aprel 2024
"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

18:00 15 aprel 2024
Övlad həsrəti ilə yaşayan şair - Ədəbiyyatımızın kədərli dəqiqələri

Övlad həsrəti ilə yaşayan şair - Ədəbiyyatımızın kədərli dəqiqələri

17:00 15 aprel 2024
Boynumda üşüyən öpüş yerləri - Fəridənin şeirləri

Boynumda üşüyən öpüş yerləri - Fəridənin şeirləri

12:00 14 aprel 2024
#
#
# # #