Merkel Hitlerin qızı deyil, İsrail ordusu isə...

Merkel Hitlerin qızı deyil, İsrail ordusu isə...
9 iyun 2016
# 16:07

Merkel Hitlerin qızıdır, amerikalılar Aya ayaq basmayıb... Bu kimi komplo teoriyalarına mətbuatda tez-tez rast gəlirik. Kulis.az onlardan bəzilərini təqdim edir.

NASA Aya ayaq basmayıb

Bəzi komplo teoriyalarına görə NASA əslində Apollo kosmik gəmisini Aya göndərməyib. Bu görüntülər isə yerdə, kinostudiyalardan birində hazırlanıb. Şəkillər yoxlanıldıqdan sonra bu iddiaların həqiqəti əks etdirmədiyi üzə çıxdı.

Elvis Presli ölmədi

Başqa bir komplo teoriyası da Elvis Preslinin bizə məlum olan tarixdə deyil, çox sonralar ölməsidir. Guya məşhur roknroll ulduzu 1977-ci ildə deyil, 1990-cı illərdə vəfat edib.

Uolt Disney diriləcək

Xəyla gücü sərhəd tanımır. Bəzən “Ölmədi, əslində yaşayır” demək belə bəs etmir. İddiaya görə Uolt Disney də ölməyib və 1966-cı ildə o vaxta qədər məlum olmayan bir cihazla bədənini dondurub, bir müddət sonra yenidən həyata qayıdacaq.

Coca-Colanın bütün gəliri İsrail ordusuna gedir

İnternetdə belə bir fikir dolaşır: “2002-ci ildə Coca-Colanın sahibi açıqlayıb. İyun ayının bütün gəlirlərini və bundan sonrakı ayların paylarını da İsrail ordusuna ödəyəcək.” Bunun heç bir qaynağı yoxdur. Üstəlik Coca-Cola şəxsi deyil, açıq səhmdar cəmiyyətidir. Yəni kim istəsə onun səhmlərini ala bilər. Qısacası, Coca-Coca İsrail əlaqəsi haqqındakı suallar da bu şəkildə cavablanmış oldu.

Merkel Hitlerin qızıdır

Əvvəlcə belə bir iddia ortaya atılmışdı... Sonra Hitlerin ölümü tarixi ilə Merkelin doğumu arasında 9 il fərq ortaya çıxsa da internet yalanları bu dəfə lap ifrata vardı: “Bunda nə var. Spermalarını dondurubmuş.” Hətta Hitlerlə Merkelin Rotşild ailəsinin üzvü olduqlarını deyənlər də oldu. Təbii ki, bununla bağlı fakt yoxdur.

# 857 dəfə oxunub

Oxşar xəbərlər

Bakıda “Kəlağayı festivalı”  keçiriləcək

Bakıda “Kəlağayı festivalı” keçiriləcək

18:40 25 aprel 2024
“28 il sonra” filminin aktyor heyəti açıqlandı

“28 il sonra” filminin aktyor heyəti açıqlandı

17:30 25 aprel 2024
“Dəniz kənarında” filminin çəkiliş tarixi açıqlandı

“Dəniz kənarında” filminin çəkiliş tarixi açıqlandı

17:00 25 aprel 2024
Məşhur aktyorda xərçəng aşkarlandı

Məşhur aktyorda xərçəng aşkarlandı

16:30 25 aprel 2024
Məşhur rejissor vəfat etdi

Məşhur rejissor vəfat etdi

16:00 25 aprel 2024
Azər Quliyev: "Ölkəmizi təmsil etməyə hazırıq"

Azər Quliyev: "Ölkəmizi təmsil etməyə hazırıq"

15:30 25 aprel 2024
# # #