Baba, ata və nəvənin üç halı

Baba, ata və nəvənin üç halı
2 iyun 2016
# 16:12

Bir evdə yaşayan üç nəfər - baba, ata və nəvənin niyə sözləri uyuşmur?

Biri muğama, biri estradaya, o biri repə qulaq asmaq istəyir.

Biri bədii filmə, o biri fantastik, döyüş filmlərinə, o birisi sürrealist filmlərə baxmaq istəyir.

Biri dincəlməyə dağlara, biri Avropaya, o birisə Latın Amerikasının çimərliklərinə getmək istəyir.

Eyni köklü, eyni qanlı bu insanlardan biri geyim mağazalarından kostyum seçir, biri gödəkçə, o birisi isə adı bəlli olmayan başqa bir qəribə geyim götürür.

Biri axşama plov, bozbaş yemək istəyir, biri kolbasa, sosiska, o biri qamburger, xaçapuri.

Nə qədər fərq vardır bu eyni adamlarda?

Bu fərq 20 ildən sonra ikisinin arasında olmayacaq, 40 ildən sonra isə üçü də eyni cür fikirləşəcək.

Amma onda da yaşlısı olmayacaq həyatda, ya da ki, o daha da yaşlanacaq.

Kiçiyi həqiqəti dərk edəndə böyüyün haqlı olduğunu dərk edəcək, özündən kiçiyin haqsızlığından ürəyi qanayacaq.

Budurmu həyat fəlsəfəsi?

Bəs həyat fəlsəfəsi bu qədər acı olurmu?

Xeyr, xeyr, həyat fəlsəfəsi heç vaxt acı olmaz, dərk edə bilsən.

Bir nəsil özündən əvvəlki nəsli qeyd-şərtsiz qəbul etsə, inkişaf dayanar!

Televizorda eyni verilişə üç nəslin maraqla baxdığı, şama eyni ləzzətlə eyni xörəyin yeyildiyi, eyni geyimin eyni rahatlıqla geyildiyi, eyni musiqiyə hamının “bəh-bəh” deyildiyi ev o qədər də xoşbəxt deyildir.

Ömrün müxtəlif çağlarında zövq müxtəlifliyi labüddür.

Sadəcə bu ziddiyyət savaş həddinə çatmamalıdır.

Sadəcə hər dövrdən təzə bir müdrikləşmə dövrünə keçməlisən.

Sadəcə bütün həyat boyu ağıl və tərbiyə qırmızı xətt kimi keçməlidir.

Xoşbəxtləri düşünərək:

...Hamı oturub muğama baxır, amma ikisi öz verilişinin vaxtını səbirsizliklə gözləyir.

...Hamı şama plov yeyir, amma ikisi könülsüz qaşıqlayıb yeməyi sonraya saxlayır.

...Hamı tarixi-qəhrəmanlıq filminə baxır, amma ikisinin beynində ayrı filmlərin səhnələri canlanır…

# 1070 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
#
#
# # #