“Ölülər” tamaşasının premyerası keçirilib

“Ölülər” tamaşasının premyerası keçirilib
1 iyun 2016
# 10:17

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində Cəlil Məmmədquluzadənin “Ölülər” pyesi əsasında hazırlanmış eyniadlı iki hissəli tamaşanın premyerası keçirilib.

Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tamaşa teatrın direktoru və bədii rəhbəri, xalq artisti Azər Paşa Nemətin quruluşu əsasında səhnələşdirilib. Səhnə əsərinin rejissorları Anar Sadıqov və Əlif Cahangirlidir.

Tamaşada SSRİ xalq artisti Qara Qarayevin “Ölülər” əsəri üçün bəstələdiyi musiqi yeni versiyada təqdim olunub. Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə hazırlanan tamaşanın elmi məsləhətçisi akademik İsa Həbibbəylidir.

Tamaşada Şeyx Nəsrullah rolunda xalq artisti Nurəddin Mehdixanlı, Kefli İsgəndər rolunda isə aktyor Anar Heybətov çıxış edib. Tamaşada digər rolları xalq artistləri Laləzar Mustafayeva, Rafiq Əzimov, Hacı İsmayılov, əməkdar artistlər Aslan Şirin, Elşən Cəbrayılov, Əli Nur, Hicran Nəsirova, Sabir Məmmədov, Elxan Quliyev, Məzahir Cəlilov, Kazım Həsənquliyev, Firuz Xudaverdiyev, Mirzə Ağabəyli, Əjdər Həmidov, aktyorlar Elçin Əfəndi, Mətləb Abdullayev, Ramin Şıxəliyev, Vüsal Mustafayev, Elnur Qədirov, Rüstəm Rüstəmov, Xədicə Novruzlu, Ləman İmanova, Rada Nəsibova, Canəli Canəliyev və başqaları canlandırıb.

Xronometrajı 130 dəqiqə olan səhnə əsərində rəsmlərin quruluşu Azər Paşa Nemətə məxsusdur. Əsərdəki mənəvi əsarət, fanatizm və cəhalət aktyorların ifasında özünəməxsus çalarlarla açılıb.

# 854 dəfə oxunub

Oxşar xəbərlər

Neftanaziya - Ana və üç qızının müəmmalı qətli

Neftanaziya - Ana və üç qızının müəmmalı qətli

09:00 18 aprel 2024
Allah olmaq çətindir

Allah olmaq çətindir

10:00 11 aprel 2024
Çəkiliş məkanlari üçün icazələr elektronlaşdırılacaq

Çəkiliş məkanlari üçün icazələr elektronlaşdırılacaq

09:30 9 aprel 2024
Pozğun homoseksual yox, onun yaşadığı cəmiyyətdir

Pozğun homoseksual yox, onun yaşadığı cəmiyyətdir

13:00 3 aprel 2024
Kino haqqında qanunun təkmilləşdirilməsi üçün işçi qrupu yaradılır

Kino haqqında qanunun təkmilləşdirilməsi üçün işçi qrupu yaradılır

10:17 3 aprel 2024
Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib

Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib

09:01 3 aprel 2024
# # #