“Türkologiya” jurnalının yeni sayı çapa hazırdır

“Türkologiya” jurnalının yeni sayı çapa hazırdır
13 may 2016
# 16:05

Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin orqanı olan “Türkologiya” jurnalının 2016-cı il üçün 1-ci sayı yaxın günlərdə işıq üzü görəcək. Kulis.Azın məlumatına görə “Türkologiya” jurnalının bu sayında Azərbaycan, rus, ingilis və türk dillərində Rusiya, Türkiyə, Qazaxstan, Türkmənistan, Almaniya, Albaniya və Azərbaycan alimlərinin məqalələri yer alır.

AMEA-nın Rəyasət Heyətinin qərarı ilə jurnal artıq daha geniş istiqamətləri ehtiva edir. Beynəlxalq elmi jurnalın bu sayında “Türkoloji irs”, “Dilçilik problemləri”, “Ədəbiyyat və folklor”, “Mifologiya”, “Fəlsəfə və tarix”, “Yazılı abidələr” rubrikalarında yer alan nəzəri məqalələr, həmçinin “Müzakirə və diskussiya”, “I Türkoloji qurultay”ın 90 illiyi, “Kitabi-Dədə Qorqud” dastanının dünya elminə tanıdılmasının 200 illiyi, “Türkoloji mərkəzlər”, “Elmi həyat”, “Personalia”, “Nekroloqlar” bölmələrində toplanan yazılar oxucuların marağına səbəb olacaq.

Beynəlxalq elmi jurnalın qayəsi “Sovetskaya Türkologiya” jurnalının ənənələrinin davamı və türkologiyanı təkcə bu elmi istiqamətin deyil, digər elm sahələrinin mütəxəssisləri üçün də maraqlı etməkdir.

# 932 dəfə oxunub

Oxşar xəbərlər

Rihanna artıq sarışındır - Foto

Rihanna artıq sarışındır - Foto

18:30 18 aprel 2024
Teylor Svift fanatlarına qarşı dələduzluq etdi

Teylor Svift fanatlarına qarşı dələduzluq etdi

18:00 18 aprel 2024
Tarantino son filmini çəkməkdən qərarını dəyişdi

Tarantino son filmini çəkməkdən qərarını dəyişdi

17:30 18 aprel 2024
Elşən Qaraca “Cəsur ürək” sərgisini təqdim edir

Elşən Qaraca “Cəsur ürək” sərgisini təqdim edir

17:00 18 aprel 2024
Coli boşandıqdan sonra sərvət qazandı

Coli boşandıqdan sonra sərvət qazandı

16:40 18 aprel 2024
Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ilə əlaqədar icmal hazırlandı

Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ilə əlaqədar icmal hazırlandı

16:00 18 aprel 2024
#
#
# # #