Cəlalə Nəzəroğlunun “Danışığınla həyatı qazan” kitabı təqdim olundu VİDEO

Cəlalə Nəzəroğlunun “Danışığınla həyatı qazan”  kitabı  təqdim olundu <span style="color:red;">  VİDEO
18 aprel 2016
# 13:33

Aparıcı və nitq mədəniyyəti üzrə mütəxəssis Cəlalə Nəzəroğlunun “Danışığınla həyatı qazan” kitabının təqdimat mərasimi olub. 3 saylı “ASAN Xidmət” mərkəzində keçirilən tədbirdə millət vəkilləri, tanınmış ziyalılar, o cümlədən, dilçi alimlər iştirak edirdilər.

Tədbirdə çıxış edənlər “Danışığınla həyatı qazan” kitabının ana dilində səlis, sərbəst danışmaq, fikir və duyğuları mükəmməl ifadə etmək, komplekslərdən uzaqlaşmaq, iş və şəxsi həyatda uğur qazanmaq üçün dəyərli vəsait olduğunu vurğuladılar.

Hazırda “ASAN Radio”da aparıcılıq fəaliyyətini davam etdirən Cəlalə Nəzəroğlunun kitabında qüsursuz nitqə sahib olmağın yolları mərhələli şəkildə göstərilib. Kitabda ağız tənbəlliyinin aradan qaldırılması, dolğun səsə sahib olmaq, söz ehtiyatının artırılması yolları, düzgün nəfəs almaq, auditoriya qarşısında sərbəst çıxış etmək, insanlarda xoş təəssürat yaratmaq üçün “Nəyi, harada, necə demək” kimi bir çox vacib məsələlər yer alıb. Kitabda səlis danışığı sayəsində uğur qazanmış insanların həyat hekayələri, bəzi tarixi çıxışlar yer alıb.

Diksiya təlimçisi Cəlalə Nəzəroğlu ərsəyə gətirdiyi kitab haqqında danışarkən bildirdi ki, başqalarının bizi maraqla dinləməsini təmin etmək, razı salmaq, qəbul olunmaq, seçilmək və hədəflərimizə çatmaq istəyiriksə, doğru və təsirli ünsiyyət qurmalıyıq. Bunu təmin edən isə qüsursuz danşıq qabiliyyətidir. Müəllif qeyd etdi ki, bu kitab yaşından, məsləyindən, savdından asılı olmayaraq, bütün oxucuların karyera və şəxsi həyatlarındakı problemlərin səbəbini tapmağa və asan yolla həll etməyə kömək edəcək.

# 1113 dəfə oxunub

Oxşar xəbərlər

Bakıda Qırğız Mədəniyyəti Günləri  keçiriləcək

Bakıda Qırğız Mədəniyyəti Günləri keçiriləcək

16:40 20 aprel 2024
Moskvada Tağıyevin xatirə gecəsi keçirildi

Moskvada Tağıyevin xatirə gecəsi keçirildi

16:00 20 aprel 2024
DokuBaku Beynəlxalq Film Festivalına müaciətlə qəbul olunur

DokuBaku Beynəlxalq Film Festivalına müaciətlə qəbul olunur

15:00 20 aprel 2024
Nəvəsi Cavaşir Məmmədovu yad etdi

Nəvəsi Cavaşir Məmmədovu yad etdi

14:18 20 aprel 2024
Məşhur reper saxlanıldı - Səbəb

Məşhur reper saxlanıldı - Səbəb

13:35 20 aprel 2024
Əməkdar artist Cavanşir Məmmədov vəfat etdi

Əməkdar artist Cavanşir Məmmədov vəfat etdi

13:06 20 aprel 2024
#
#
# # #