Sənət adamları kosmosa uçduğumuz günü xatırladılar - SORĞU

Sənət adamları kosmosa uçduğumuz günü xatırladılar - <span style="color:red;">SORĞU
12 aprel 2016
# 16:08

Bu gün dünyada ilk dəfə Yuri Qaqarinin kosmosa uçdu]u gündür. SSRİ Ali Sovetinin 9 aprel 1962-ci il tarixli qərarı ilə 12 aprel Kosmonavtika günü elan olunub.

Kulis həmin günü xatırlayan sənət adamlarından münasibət öyrənib. Cavabları təqdim edirik.

Fikrət Qoca: “Yuri Qaqarin kosmosa uçduğu vaxt mən Moskvada oxuyub gəlmişdim Bakıya, işləyirdim. Bir yaş böyük idim ondan, 26 yaşım var idi. Bu kosmosa uçuş elmin kəşfi idi. Biz uşaq olanda göydə ulduzlara baxanda ora bizə sirli və qorxulu gəlirdi. Yuri Qaqarin kosmosa uçanda Yerin cazibəsindən çıxmışdı. Biz kosmosa bir addım da irəli getmişdik. Mən həmin gün vahimələndim açığı. Onda düşünürdüm ki, Yer kürəmizi qorumaq lazımdır. Onda təzə-təzə raketlər çıxırdı, dünyanın da pis vaxtı idi. Qorxurdum ki, Yer kürəsini dağıdacaqlar. Axı Yer kürəsi də canlıdı, onun da yaşamağa haqqı var. Bu elmi yaxşılığa doğru aparmaq lazımdır, gözəl nailiyyətlərə doğru. Əvvəlcə Yer kürəsində insanlar arasında məhəbbət yaratmaq lazımdır, sonra isə kosmosa getmək. Məhəbbəti bərpa etməsək, kosmosa yalnız nifrət apara bilərik. Ona görə də qorxurdum. Ancaq bu sovetin böyük uğuru idi, hamı da sevinirdi”.

Vaqif Nəsib: “O vaxt mən tələbə idim. Sovet İmperiyasının təbliğatına görə həmin gün Yuri Qaqarinin kosmosa uçmasına çox sevinirdik. Ancaq indi elmi tərəqqinin əleyhinəyəm. Engelsin bir sözü var, təbiət hər kəsdən intiqamını alacaq. Bu kosmosa uçuş ozon qatını zədələyir, təbiəti korlayır. Ona görə indi bu Kosmonavtika günü mənim üçün heç də sevindirici deyil”.

Mübariz Tağıyev: “SSR-nin ən gözəl vaxtları idi onda. 20-21 yaşım olardı. Mən üzgüçülüklə məşğul olurdum. Belarusiyanın Minsk şəhərində idman yarışları keçirilmişdi, bizi ora aparmışdılar. Qatarda gedirdik, radioda eşitdik ki, Yuri Qaqarin kosmosa uçub. Çox sevinclə qarşıladıq. SSRİ-nin uğuru hesab edirdilər kosmosa uçuşu. Yadımdadır ki, bir həftəyə qədər bayram keçirildi Sovet İttifaqının hər yerində.”

# 1071 dəfə oxunub

Oxşar xəbərlər

Mehdi Hüseynin kostyumu - Məşhur şairin Bakı xatirələri

Mehdi Hüseynin kostyumu - Məşhur şairin Bakı xatirələri

14:00 25 mart 2024
Ənvər Məmmədxanlı:  "Mircəfər Bağırov məktubumu özündə saxladı, məni həbs etmədilər" - EKSKLÜZİV VİDEO

Ənvər Məmmədxanlı: "Mircəfər Bağırov məktubumu özündə saxladı, məni həbs etmədilər" - EKSKLÜZİV VİDEO

12:32 28 fevral 2024
250 illik sirr: Əsgəran qalasını kim tikdirmişdi? - QARABAĞDAN REPORTAJ

250 illik sirr: Əsgəran qalasını kim tikdirmişdi? - QARABAĞDAN REPORTAJ

12:00 13 fevral 2024
Su altında qalmış sivilizasiya – Türklərin ilk məskəni

Su altında qalmış sivilizasiya – Türklərin ilk məskəni

09:00 2 fevral 2024
Həmid Herisçinin vəziyyəti açıqlanıb

Həmid Herisçinin vəziyyəti açıqlanıb

11:00 29 yanvar 2024
“Füzuli sənətkarlığı” kitabı təqdim olundu

“Füzuli sənətkarlığı” kitabı təqdim olundu

09:36 29 yanvar 2024
# # #