Uşağın adı “A”

Uşağın adı “A”
10 avqust 2011
# 11:23
Milli Məclisin mədəniyyət məsələləri daimi komissiyasının sədri Nizami Cəfərov adlar və soyadlarla bağlı bir sıra məsələlərə aydınlıq gətirib.

Adlar və soyadlarla bağlı qanun layihəsində vətəndaşların səlahiyyətləri xeyli məhdudlaşdırılıb.

Qanun qüvvəyə minəndən sonra uşaqlara əcnəbi adlar qoymaq xeyli çətinləşəcək.

Məsələn, əgər bir Ledi Qaqa pərəstişkarı övladına onun adını qoymaq istəsə də, buna icazə verilməyəcək.

Nizami Cəfərov deyir ki, mübahisə yaranarsa, məhkəməyə müraciət oluna bilər və bu mübahisə beynəlxalq məhkəməyə qədər uzana bilər. O vaxta uşaq da 18 yaşına dolar.
Nizami Cəfərov uşaqlara nəninki birhərfli adların, heç ikihərfli adların qoyulmasına da razı deyil.

Gənc HOST-çular sabah ailə qurduqda övladlarına sevimli kitabları “A”nın adını vermək istəsələr necə olacaq? Minlərlə HOST-çu bu hüquqlarından məhrummu olsun?

“Bizdə ikihərfli ad qoymaq anlayışı yoxdur” deyir müsahib. O bunu hansı faktlara əsasən söyləyir? Bu vaxta qədər belə anlayış olmayıb bundan sonra olar.

Qanunlar keçmişə nəzərən hazırlanmaz. Qanunlar gələcəkdə baş verə biləcək bütün ehtimallar nəzərə alınaraq tərtib olunar.

Can Yücel adlı türk şairi var. Sabah biri şairin şərəfinə övladına Can adı vermək istəsə necə olacaq?

Və ya daha betəri. Sevimli Can Yücelin qızının adının Su idi. Can Yüceli sevən biri övladına Su adı verə bilməyəcəkmi?

Kimsə övladına Orhan Pamukun “Qar” əsərinin qəhərmanı KA-nın adını vermək istəsə necə olacaq?

Çin, yapon mədəniyyətlərini həyat tərzi seçənlərin durumları necə olacaq?

Daha bir sitat: “Ümumiyyətlə, uşağa valideynin adqoyma azadlığı müəyyən həddə qədərdir. Çünki valideynin övladı, eyni zamanda cəmiyyətin vətəndaşıdır. Yadımdadır, bir azərbaycanlı ailə körpənin adını Binladen qoymuşdu. Bir vaxtlar Kombayn, Traktor kimi adlar da qoyulurdu. Ona görə də, indi valideynlərə ad qoyarkən sərbəstlik verilmir”.

Doğrudur, daha heç kim övladına Kombayn, Traktor adı qoymaz. Müasir dövrümüzün yeni tələbləri, yeni inkişaf rəmzləri var.

Bu yaxınlarda İsraildə bir ailə övladlarına Like (Layk) adı vermişdi. Valideynlər bunu Facebook sosial şəbəkəsindən ilhamlanaraq etdiklərini açıqlamışdılar.

Nizami Cəfərov zəmanət verə bilərmi ki, sabah heç bir azərbaycanlı ailəsində analoji addımı atmaq istəyən olmayacaq?

Belə bir misal var: Ad – bostandır.

Başqa bir misal: bostançının sovqatı kəlik (dəyməmiş, yetişməmiş, kal) olar.

Bu qanun kəlik!
# 2456 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
#
#
# # #