Cadulama bu sevgini

Cadulama bu sevgini
17 mart 2016
# 17:18

sənə şeir yazmışam açıb oxu gizlicə,

oxumasın qoy heç kəs..

çoxu gizlicə yazılıb şeirlərin...

sənə şeir yazmışam açıb oxu

hər gecə qoy ilham alım səsindən

sevincdən gülümsəyən dodaqlarının nazından

toxuyum gül çələngi qoyum başın üstə

sultanım ol hər gecə...

nə desən başım üstə.

sənə şer yazmışam oxu güllər içində

özün də varsan elə çiçək biçimdə

yetər ki sən dönəsən başımın çələnginə

baxasan dünyamızın xoşbəxtlik adı altda səsləşən ahənginə... sənə şeir yazmışam bağışlandığım üçün...

necə xoşbəxtəm bu gün!!!

gördüm ürəyin gücün!

gördüm böyüklüyünü

gəzdim genişliyini

anladım ki nadanam sındırdım ürəyini

nolar, bağışla məni…

***

dərdləşmək istəyirəm...

hardadı dərd həmdəmim...

hardadır ikinci mən,

bəlkə içimdə mənim...

gizlənib o tapıntı…

qulağımda pıçıltı...

əllərimdə əl izi...

gözlərimin içində gizlənib yəqin özü...

***

ad çıxarma bu sevgidən,

xırdalama bu sevgini,

bu sevginin sonu yoxdu

cadulama bu sevgini..

baş hərfi sənin adın,

son hərfində soyadın

gözümdə yaş da qoymadın...

gül, ağlama bu sevgini...

ürək vurur ağıl yatmır,

sevgi oxu başa batmır

bu nömrəyə zəngdə çatmır

get arama bu sevgini

unutmaqcun ovundun ki,

bəlkə onu unutdun ki!

bu sevgidən nə qoydun ki

qurdalama bu sevgini...

# 957 dəfə oxunub

Oxşar xəbərlər

Dolayaram dikdabanıma dünyanı - Şəlalə Adilqızının şeirləri

Dolayaram dikdabanıma dünyanı - Şəlalə Adilqızının şeirləri

11:30 3 aprel 2024
Mənim səssizliyim  dünyanın gurultusunu susdurar! - Şəms Hüseynli

Mənim səssizliyim dünyanın gurultusunu susdurar! - Şəms Hüseynli

17:29 28 mart 2024
Ev üşüyürdü - Nazilə Gültacın hekayəsi

Ev üşüyürdü - Nazilə Gültacın hekayəsi

16:30 9 fevral 2024
"Ay mənim dilimin bal məhəbbəti..." - Kamran Bağırlının şeirləri

"Ay mənim dilimin bal məhəbbəti..." - Kamran Bağırlının şeirləri

14:00 2 fevral 2024
Gecənin bir yarısı kaş ki, səni tərk edib özümə gələ bilsəm... - İsa Məmməd

Gecənin bir yarısı kaş ki, səni tərk edib özümə gələ bilsəm... - İsa Məmməd

11:14 26 yanvar 2024
"Vallah, televizor şeyxana olub..." - Firidun Ağazadədən şeirlər

"Vallah, televizor şeyxana olub..." - Firidun Ağazadədən şeirlər

10:53 17 yanvar 2024
#
#
# # #