Azad Qaradərəlinin imza günü keçirildi

Azad Qaradərəlinin imza günü keçirildi
8 fevral 2016
# 11:01

Fevralın 7-i Azad Qaradərəlinin “Kum-Manıç çökəkliyi” adlı yeni kitabının imza günü keçirilib. Kulisin məlumatına görə Kitabevim.az mağazasında keçirilən tədbirdə yazıçının qələm dostları, oxucular iştirak ediblər.

“Kuma-Manıç çökəkliyi” romanı “XAN” nəşriyyatında çapdan çıxıb. Bu əsər müəllifin kitab halında nəşr olunan üçüncü romanıdır. Bundan əvvəl “Qanun” nəşriyyatında işıq üzü görən “Burda yer fırlanmırdı” kitabında onun ilk iri həcmli əsəri olan “Günəş tutulan yerdə” və yenə həmin nəşriyyatda ayrıca kitab şəklində “Şəhərcik” romanları çap olunmuşdur. “Kuma-Manıç çökəkliyi” ilə əvvəlki iki roman arasında müəyyən məzmun və süjet “qohumluğu” olsa da, bu yeni əsər hadisələrə nüfuz etmək, klassik romançılıqla modern roman məktəbinin sintezini verə bilmək baxımından daha maraqlıdır. “İtirilmiş nəsil” olan 80-90-cı illər gəncliyinin taleyindən və həm də itkin torpaqlarımızdan bəhs edən romanda hadisələr Qarabağ müharibəsinin fonunda cərəyan etsə də, döyüş səhnələri yox kimidir. Simvolik Lalar kəndi kimi bu döyüş səhnələrinin yoxluğu da əslində bir çox yoxluqlardan bizi hali edir. Yox ola-ola hara getdiyimizi anlatmağa çalışır…

Kitabda ön sözün müəllifi Qismət, redaktoru Sevinc Elsevər, rəssamı sürəyya Muğanlıdır.

Fotoları təqdim edirik.

# 893 dəfə oxunub

Oxşar xəbərlər

“Qılınc və qələm” romanının özbək dilində nəşrinin təqdimatı oldu

“Qılınc və qələm” romanının özbək dilində nəşrinin təqdimatı oldu

17:00 24 aprel 2024
Al Paçinonun tərəf müqabili açıqlandı

Al Paçinonun tərəf müqabili açıqlandı

16:30 24 aprel 2024
Yeni qərar - Azərbaycanda "sürətli musiqi" qadağan oluna bilərmi?

Yeni qərar - Azərbaycanda "sürətli musiqi" qadağan oluna bilərmi?

14:30 24 aprel 2024
Filmimiz Kann Festivalının müsabiqəsinə seçildi

Filmimiz Kann Festivalının müsabiqəsinə seçildi

14:00 24 aprel 2024
Musiqili Teatr özbək yazıçısının komediyasını təqdim edəcək

Musiqili Teatr özbək yazıçısının komediyasını təqdim edəcək

13:30 24 aprel 2024
Həmid Herisçinin yeni kitabı çap olundu

Həmid Herisçinin yeni kitabı çap olundu

12:30 24 aprel 2024
#
#
# # #