Aleksandra Kaveliusun əsəri Azərbaycan dilində

Aleksandra Kaveliusun əsəri Azərbaycan dilində
10 dekabr 2015
# 17:57

Almaniyalı yazıçı Aleksandra Kaveliusun “Leyla” romanı Azərbaycan dilində çap olunub. Kulisin məlumatına görə “Parlaq imzalar” nəşriyyatında çap olunan kitabı alman dilindən Gülarə Heydərova çevirib.

On altı yaşlı Leyla paytaxt Sarayevo yaxınlığında yerləşən kiçik, dinc şəhərdə böyür. O, digər gənc qızlar kimi musiqi dinləyir, məhəbbət romanları oxuyur, gələcək haqqında xoş xəyallar qurur. Amma Bosniyada başlayan amansız müharibə öz qorxunc tərəfləri və dəhşətləri ilə onun bütün xəyallarını çilik-çilik edir... O məsum qız filmlərdə belə baxa bilmədiyi dəhşətlərin içərisinə düşür və iki il ərzində əsir düşərgəsində qalaraq ağlagəlməz işgəncələrə məruz qalır...

İndi Leyla müharibənin qaranlıq və ört-basdır edilən səhifələrini gün işığına çıxartmaq üçün öz hekayəsini danışır. Onun verdiyi canlı, amansızcasına açıq və səmimi hesabatı sizi dəhşətə gətirəcək. Bu faciələri oxuduğunuz zaman bəzən insan olduğunuzdan utanaraq bu hadisələrin həqiqət olmamasını arzu edəcək, bəzən nifrətinizdən dişlərinizi sıxacaq, bəzən göz yaşlarınızı saxlaya bilməyəcəksiniz. Eyni zamanda kitabda baş verənlərin Qarabağ hadisələrinə bənzərliyi sizi daha da sarsıdacaq və günlərlə təsirindən çıxa bilməyəcəksiniz.

“Leyla” artıq paytaxtın kitab mağazalarında satışdadır.

# 972 dəfə oxunub

Oxşar xəbərlər

Mehdi Hüseynin kostyumu - Məşhur şairin Bakı xatirələri

Mehdi Hüseynin kostyumu - Məşhur şairin Bakı xatirələri

14:00 25 mart 2024
Ənvər Məmmədxanlı:  "Mircəfər Bağırov məktubumu özündə saxladı, məni həbs etmədilər" - EKSKLÜZİV VİDEO

Ənvər Məmmədxanlı: "Mircəfər Bağırov məktubumu özündə saxladı, məni həbs etmədilər" - EKSKLÜZİV VİDEO

12:32 28 fevral 2024
250 illik sirr: Əsgəran qalasını kim tikdirmişdi? - QARABAĞDAN REPORTAJ

250 illik sirr: Əsgəran qalasını kim tikdirmişdi? - QARABAĞDAN REPORTAJ

12:00 13 fevral 2024
Su altında qalmış sivilizasiya – Türklərin ilk məskəni

Su altında qalmış sivilizasiya – Türklərin ilk məskəni

09:00 2 fevral 2024
Həmid Herisçinin vəziyyəti açıqlanıb

Həmid Herisçinin vəziyyəti açıqlanıb

11:00 29 yanvar 2024
“Füzuli sənətkarlığı” kitabı təqdim olundu

“Füzuli sənətkarlığı” kitabı təqdim olundu

09:36 29 yanvar 2024
# # #