Başçının fotosu nə deyir? – ŞƏRH

Başçının fotosu nə deyir? – <span style="color:red;">ŞƏRH
8 dekabr 2015
# 12:15

Həkim ən ağır xəstəliyi ən adi əlamətlərdən müəyyən edir.

Bəzən qalın bir romanın məğzi bircə cümləsindən bilinir.

İnsan ağzını açıb iki kəlmə danışan kimi “görünür”, bəlli olur.

Aysberqin bir tini kifayət edir ki, onun nə qədər böyük olduğunu təsəvvür edəsən.

Çayın dərinliyi üzündəki naxışdan hiss olunur.

Bu mənada gördüyünüz bu fotoya (aşağıda) gülüb də keçməyin.

Bu adi bir başçı səfehliyi, adi yaltaqlıq və itaət nümayişi deyil.

Heç Allaha şərik qoşma yanına da baxmıram.

Bu fotonun faciəsi:

- 1 min 792 kvadrat kilometr ərazinin, 124 min 900 nəfər əhalinin, qədim tarixi, mədəniyyəti, özünəməxsus təbiəti və coğrafi mövqeyi olan, böyük ziyalılar və mədəniyyət xadimləri yetişdirən bir rayonun belə bir insan tərəfindən idarə edilməsidir;

- axsaqlığın qabağa, yaltaqlığın önə, ayağın başa, cahilliyin rəyasətə yüksəlməsidir;

- mənəvi səfilliyin ixtiyar sahibi olmasıdır;

Bu şəkil utancdır: tarix qarşısında, xalq qarşısında, tərəqqipərvər dünya qarşısında.

Həm də bir aynadır bu şəkil və nə yazıq ki, baxıb özünü düzəltmək ümidimizi çoxdan itirmişik.

Ən dəhşətlisi bu halın, bu cür şəkillər çəkildi çəkilmədi, məmləkətimiz üçün adiləşməsidir.

Adiləşsə də bu cür “katda”lar hələ Xudayar bəy kimi ədəbi qəhrəmana çevrilməyib.

Bu, ədəbiyyatımız üçün yeni tipdir.

Yazıçısını həsrətlə, intizarla gözləyən, zamanımızı bütün dövrlərdə faş etməyə qadir olan unikal bir tip...

Allah bərəkət versin.

“İcra başçısının gül-çiçəkli fotosu haqda  -  Açıqlama

# 902 dəfə oxunub

Oxşar xəbərlər

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

12:00 19 aprel 2024
"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

14:45 18 aprel 2024
Adamın buna kitab deməyə dili gəlmir...

Adamın buna kitab deməyə dili gəlmir...

12:30 15 aprel 2024
Onlar üçün müqəddəs heç nə yoxdur...

Onlar üçün müqəddəs heç nə yoxdur...

17:00 10 aprel 2024
Bu mətnin niyə qələmə alındığını başa düşmədim

Bu mətnin niyə qələmə alındığını başa düşmədim

14:28 10 aprel 2024
Seymur Baycanın qulağından uzaq

Seymur Baycanın qulağından uzaq

15:00 9 aprel 2024
# # #