Ramilə Qurbanlının “33 pərdəli dram”ı təqdim edildi

Ramilə Qurbanlının “33 pərdəli dram”ı təqdim edildi
30 noyabr 2015
# 08:50

Noyabrın 28-də Akademik Milli Dram Teatrında Ramilə Qurbanlının “33 pərdəli dram” kitabının təqdimatı olub. APA-nın məlumatına görə, təqdimat mərasimində çıxış edən teatrın bədii rəhbəri-baş rejissoru, xalq artisti Azər Paşa Nemət sənət adamlarının həyat və yaradıcılığına həsr olunan kitabların çapını yüksək qiymətləndirib.

Xalq artisti qeyd edib ki, Azərbaycan mədəniyyəti və ədəbiyyatının inkişafı üçün onun hərtərəfli araşdırmasına və təbliğatına ehtiyac var. Mədəniyyət və incəsənət, o cümlədən ədəbiyyat xadimlərinin sənət və həyat yolları oxucu kütləsi üçün həmişə maraq kəsb edib.

Xalq yazıçısı Çingiz Abdullayev, millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşavirliyi xidmətinin əməkdaşı Sərraf Hüseynov, Bilik Fondunun aparat rəhbəri İsaxan Vəliyev, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid, xalq artisti Fuad Poladov, yazıçı-dramaturq Əli Əmirli və başqaları kitabın dəyərindən, müəllifin mədəniyyət xadimlərinə olan diqqətindən bəhs ediblər.

Qeyd olunub ki, 33 sənətkarın bütün həyat və yaradıcılığını, keçdiyi sənət yolunu canlandırır və bu sahədə gənc nəslin maariflənməsinə xidmət edir.

Təqdimat mərasimində müəllif oxucuları üçün kitab imzalayıb.

# 798 dəfə oxunub

Oxşar xəbərlər

Özünü ruhi xəstə kimi qələmə verən məhkum - Romanları vizuallaşdıran 8 ən yaxşı film

Özünü ruhi xəstə kimi qələmə verən məhkum - Romanları vizuallaşdıran 8 ən yaxşı film

17:00 24 aprel 2024
Hitlerin evində gizlətdiyi qadın - III Dünya müharibəsi başlayır?

Hitlerin evində gizlətdiyi qadın - III Dünya müharibəsi başlayır?

09:00 24 aprel 2024
Neftanaziya - Ana və üç qızının müəmmalı qətli

Neftanaziya - Ana və üç qızının müəmmalı qətli

09:00 18 aprel 2024
Allah olmaq çətindir

Allah olmaq çətindir

10:00 11 aprel 2024
Çəkiliş məkanlari üçün icazələr elektronlaşdırılacaq

Çəkiliş məkanlari üçün icazələr elektronlaşdırılacaq

09:30 9 aprel 2024
Pozğun homoseksual yox, onun yaşadığı cəmiyyətdir

Pozğun homoseksual yox, onun yaşadığı cəmiyyətdir

13:00 3 aprel 2024
# # #