Kürəyinə bıçaq saplanan həqiqət - Rafiq Tağının anım günüdür...

Kürəyinə bıçaq saplanan həqiqət - Rafiq Tağının anım günüdür...
23 noyabr 2017
# 10:01

Bu gün dəyərli yazıçımız Rafiq Tağının anım günüdür. Kulis.az bu münaisbətlə Şərif Ağayarın "Səni heç unutmadıq" yazısını təqdim edirş.

Dünyada kürəyinə bıçaq saplanan nə ilk, nə son həqiqətsən...

Qatili tapılmayan böyük insanlar da olub və nə yazıq ki, olacaq...

Eynəkli doktorlar da çoxdur həyatda...

Doktor yazıçılar da...

Yazıçı doktorlar da...

Gözəl insanlardan da xali deyil dünyamız...

Olmayacaq da...

Amma nə sirdirsə, aradan illər keçdikcə yerinin boşluğu daha çox hiss olunur...

Səndən sonra söz mülkündə bir yetimlik, bir kimsəsizlik, bir güvənsizlik hakimdir!

Hansı ki, bu güvənsizlik elə Seyid Əzim məscid divarına sıxılıb öldürüləndə də, Yusif Vəzir acından qan qusanda da, Məhəmməd Hadi donmuş əlləriylə şeirlərini satanda da vardı...

Səninlə daha da təzələndi, daha da dərinləşdi, daha da zalımlaşdı...

Səndən sonra hamımızın kürəyində bir bıçaq giziltisi, hamımızın arxasında təngnəfəs qaçan, ona çata bilən-çata bilməyən bir qatil hənirtisi, bir qatil vahiməsi var...

Bütün bunlara rəğmən sözün rast gəlinən, adın zikr olunan yerdə həmişə bir işıq parıldayır...

Elə bir işıq ki, dünyanın bütün əclaflıqlarını o işığa bağışlamaq olar...

Arxamızca keçmişin qaranlığına bürünmüş qatilin yüyürür, önümüzcə gələcəyin işığına boyanmış idealların...

Və yolumuz o işığa doğrudur...

Qaranlıq bizə çatmamış, biz o işığa qovuşacağıq.

Bu, sənin hüzurunda namus sözümüz olsun...

Rahat uyu...

23.11.2015

# 1066 dəfə oxunub

Oxşar xəbərlər

Aktyor Səmimi Fərhad:  Kinoya 1 milyon pul ayrılır, onun vur-tut 300 mini filmə xərclənir, 700 min yoxa çıxır - Müsahibə

Aktyor Səmimi Fərhad: Kinoya 1 milyon pul ayrılır, onun vur-tut 300 mini filmə xərclənir, 700 min yoxa çıxır - Müsahibə

20:00 23 aprel 2024
Məşhur yazıçının kitabı satışdan çıxarıldı

Məşhur yazıçının kitabı satışdan çıxarıldı

19:00 23 aprel 2024
“Hər yanı gülşən Azərbaycan”  adlı xor müsabiqəsinə start verildi

“Hər yanı gülşən Azərbaycan” adlı xor müsabiqəsinə start verildi

18:30 23 aprel 2024
Qalib filmlərə nə qədər maliyyə ayrılıb? - Siyahı

Qalib filmlərə nə qədər maliyyə ayrılıb? - Siyahı

18:00 23 aprel 2024
Skripkaçımız Fəxri diploma layiq görüldü

Skripkaçımız Fəxri diploma layiq görüldü

17:30 23 aprel 2024
“Bir arzu gerçəkləşir”  adlı yeni fərdi sərgi keçirilir

“Bir arzu gerçəkləşir” adlı yeni fərdi sərgi keçirilir

17:00 23 aprel 2024
#
#
# # #