Məşhur aktyor: “Öz hökuməti ilə fəxr etməyin nə olduğunu unutmuşam”

Məşhur aktyor: “Öz hökuməti ilə fəxr etməyin nə olduğunu unutmuşam”
24 sentyabr 2015
# 08:00

Kulis 46 yaşlı hollivud aktyoru Edvard Nortonun həyat qaydalarını təqdim edir.

Mən uşaq televiziyasının qızıl dövründə böyümüş adamam. Karyerama teatrdan başlamışam, gəncliyimin orada yaşamışam, əlbəttə bilet yoxlayan kimi.

Uşaqlıqda biz adi ev videokamerasında, “Pauza” düyməsinin köməyi ilə film çəkirdik. Bizim bir kasetimiz, “Pauza” düyməmiz və yaxşı reaksiyamız var idi. Sadəcə, vaxtında “Pauza” düyməsini basmalı idik, sonra o biri səhnəyə keçirdik. Alınmayanda bunu dəfələrlə edirdik. Yenidən çəkib yenidən “Pauza”nı basırdıq. Bu filmləri biz dostumla çəkirdik, hamısı da spaqetti-vesternə və kunq-fuya parodiya ilə müşayiət olunan “Əjdahanın gəlişi” idi. Uzun illər sonra mən Nyu-Yorkda” Kriminal qiraət” filminin premyerasında olanda gülməkdən özümü saxlaya bilmirdim, çünki ekranda uşaqlıqda dostumla arxa küçənin həyətində çəkmək istədiyimiz film gedirdi.

İndi heç kimə heç nə sübut etməli olmadığım bir vaxtda həyat mənə dəhşətli dərəcədə komfortlu gəlir.

Mənim nəslim orta yaş böhranını 20 yaşında yaşamış adamlardır.

Karyeram boyunca bir dəfə də olmadı ki, oynadığım rola şəxsi təcrübəm lazım olsun.

Aktyor olmaq yaxşı işdir, əgər o işə alınsan. Ümumiyyətlə, istənilən işi olan bir adam vəziyyətini yaxşı hesab edə bilər. Amma adamın işi varsa və üstəlik o işindən həzz alırsa, o, dünyada ən xoşbəxt adamdır.

Mən öz peşəmə qaçış imkanı kimi baxıram: hər qapıya düşən gizli açar kimi. İstənilən reallığa daxil olub, onun ab-havasını duymaq imkanı olan xüsusi buraxılış kimi baxıram. Mən sadəcə bu pulsuz buraxılış imkanından həzz alıram.

“Birdman”da necə rol almışam?” Ən sadə şəkildə deyim: ssenarini oxudum, sonra Alexandro İnyarittu ilə səhər yeməyi yedik, axırda ona dedim ki, razılaşma əlaməti olaraq əlini sıxmamış onu kafedən heç hara buraxmayacam. O, da dedi ki, sənin məhz belə deyəcəyini gözləyirdim”.

Kinoya çəkilən adamların elə çəkiliş meydanındaca əla dalaşmaları olur. Mənə elə gəlir ki, bu konfliktlər sadəcə olaraq vacib bir şeydir. Sakit və hamar gedən çəkilişlər inanılmaz banal nəticələrə gətirib çıxarır.

Mənə elə gəlir ki, müstəqil kino özün əsl mənasında müstəqil kino olmaqdan çıxıb, ona görə ki, hər iri Hollivud studiyası artıq çoxdan özünə balaca bir arthaus yarlığı alıb.

Məncə adamların səndən bütün işlərinin eyni dərəcədə yaxşı olmasını tələb etmək haqqı yoxdur.

Karyeram boyunca “Smuçini öldürməli” filminin musiqi və şerlərinin həmmüəllifi olduğum üçün aldığım 40 dolların çeki qədər məni qürurlandıran səbəb olmayıb. Bu pulları mən ssenari müəllifi, sözsüz dahi Adam Rezniklə bölüşdüm, etiraf edim ki, bu, mənim karyeramın zirvəsi idi.

Mən hansısa tip və ya personajla dəqiq assosiasiya olunan aktyor olmaq istəməzdim. Məncə, sən nə olursa olsun onu ən çoxu bir dəfə sınaqdan keçirə bilərsən, amma eyni şeyi bir neçə filmdə etdinsə, o sənə soyunmaq mümkün olmayan kostyum kimi oturacaq.

“Döyüş klubu” mənim ən adi filmim deyil. Amma o, inanılmaz bir ilin - 1999-cu ilin bir parçasıdır. “Matritsa”, “Üç kral”, Maqnoliya”, “Con Malkoviç olmaq” ilinin...

Hər il çəkilmirəm. Məsələn, 2010-cu ildə çəkilmədim, çünki mini serial üçün ssenari yazırdım. Kinoda da həyatdakı kimidir, adamlar səninçün darıxsalar yaxşıdır, nəinki gündə görsələr.

İnandırım sizi ki, sosial şəbəkələr bizim səhər nə yediyimiz barədə dünyanı məlumatlandırmaq üçün yaradılmayıb.

Mən ümumiyyətlə, öz hökuməti ilə fəxr etməyin nə olduğunu tamamən unutmuşam.

Amerika xüsusi xidmətinin son 50 ildə nə etdikləri barədə oxumaq ən az heyrətləndirir. Heyrət və dəhşət.

Dəhşətli şeylərin əksəriyyəti insanlara qayğı şəklində edilir.

Təhlükəsizlik göründüyü kimi birmənalı şey deyil. Məsələn, eşşək arıları vəhşi quşlar kimi hər gün kimisə öldürürlər. Onlara baxıb özünüzə sual verin: siz istəyirsiniz ki, sizin təhlükəsizliyinin belə təmin olunsun?

Yaxşı kino suallara cavab verməli deyil, tamaşaçını sual verməyə məcbur etməlidir.

Amerikalı filosof Cozef Kembl deyib ki, həyatda nə kədərli, nə də şən əhvalatlar yaxşıdır, yaxşı əhvalat şəffaf əhvalatdır. Elə şəffaf ki, adamlar onun içindən keçib özlərini görə bilsinlər. Komediyadan fərqli olaraq dram insanlara ekrandakını hiss etmək imkanı verir, o, insanların inamsızlığını asanlıqla aradan götürür.

Müzikl uşaqlıqdan mənə yad olub. Mən son tamaşadan yadında qalan musiqini mızıldayanlardan olmamışam.

Mənim ən sevimli bədxah qəhrəmanlarım “Supermen”dəki Cin Hekmen və “Çin məhəlləsində” ki, Con Hyustondur. Mən o yaramazları sevirəm ki, onlarla hər cür cəfəngiyat danışaraq şam yemək maraqlı olsun.

Amerikalı şairə Doroti Parkerin sözünü yadınıza salın: istənilən aktyoru yaxşı-yaxşı silib-sürtsəniz altından aktrisa çıxar. Onun nəyi nəzərdə tutduğunu yalnız güman edə bilərəm.

Heç vaxt deməmişəm ki, yaxşı aktyoram, amma mən insanları müşahidə edib sonra göstərə bilirəm. Mimikriya mənim əsas vasitəmdir. Bunu belə də yadınızda saxlayın.

Bir də, şöhrəti... Şöhrət pasdan da pis məhv edir.

# 1293 dəfə oxunub

Oxşar xəbərlər

"Cırıb atdım dualarımdan bütün bayraq və vətən fotolarını" - Tural Turandan yeni şeirlər

"Cırıb atdım dualarımdan bütün bayraq və vətən fotolarını" - Tural Turandan yeni şeirlər

17:00 17 aprel 2024
Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

12:00 17 aprel 2024
Marqaret Etvudun fantastika yazmaq istəyənlərə 7 məsləhəti

Marqaret Etvudun fantastika yazmaq istəyənlərə 7 məsləhəti

15:00 16 aprel 2024
Fərqli şeylərin sirli şəkildə qovuşması  - "Sevgi şəhəri" haqqında

Fərqli şeylərin sirli şəkildə qovuşması - "Sevgi şəhəri" haqqında

13:00 16 aprel 2024
"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

18:00 15 aprel 2024
Övlad həsrəti ilə yaşayan şair - Ədəbiyyatımızın kədərli dəqiqələri

Övlad həsrəti ilə yaşayan şair - Ədəbiyyatımızın kədərli dəqiqələri

17:00 15 aprel 2024
# # #