Seksə ciddi münasibət bəsləyən ilk filmi - QALMAQALLI FİLMLƏR

Seksə ciddi münasibət bəsləyən ilk filmi - <span style="color:red;">QALMAQALLI FİLMLƏR
5 sentyabr 2015
# 08:30

Kulıs.az “Ən qalmaqallı filmlər” layihəsində ingilis rejissoru Cek Kleytonun “Yuxarıya yol” filmini təqdim edir.

1921-ci ildə Londonda doğulan Kleyton hələ uşaq ikən filmə çəkilib.

14 yaşından kinostudiyada işləyən Kleyton burda kuryerdən rejissor assistentinə kimi yüksəlir.

1944-cü ildə Neapolun nasisitlərdən azad olnuması haqda sənədli filmini lentə alır.

Müharibədən sonra N.Qoqolun “Şinel” əsəri əsasında “Sifarişli şinel” qısametrajlı filmini çəkir. Onun bədii film sahəsindəki debütü “Ən yaxşı qısametrajlı film” kateqoriyasında həm Venesiya kinofestivalında mükafat alır, həm də Oskara layiq görülür.

“Anamızın evi” və “Balqabaq tıxan” ekran əsərləri ailə problemlərindən bəhs edir.

Kleyton daha sonra Amerikada Fisceraldın “Möhtəşəm Qetsbi” romanını ekranlaşdırır. Ümumilikdə film mənfi rəylər alsa da bəzi müəlliflər, məsələn, dramaturq Tennesi Uilyams filmi romandan daha yaxşı hesab etdiyini demişdi.

1974-cü ildə rejissor “Walt Disney Productions” şirkətinin sifarişi ilə Rey Bredberinin eyni adlı romanı əsasında “Fəlakət yaxınlaşır” filminin çəkilişlərinə başlayır. Lakin şirkət kommersiya məqsədi güdərək çəkiliş prosesinə, rejissor baxışına müdaxilə edir. Bu işbirliyindən sarsılan Kleytonun son işi “Cudit Hernin yalnız əzabı” filmi olur.

Kleyton 1995-ci ildə vəfat edib.

Layihədə rejissorun 1959-cu ildə lentə aldığı “Yuxarıya yol” filmini təqdim edirik.

Hadisələr İkinci Dünya Müharibəsindən sonra baş verir. Bu, özünün yoxsul keçmişindən qaçmaq istəyən, məyusluqlar yaşamış, maddi təminatı üçün çalışan gənc Co Lemptonun hekayətidir.

Co əyalətdən şəhərə karyera qurmaq məqsədilə gəlir. O, bu arzusunu şəhərin ən zəngin adamı Braunun qızı Süzan vasitəsilə edə biləcəyini düşünür. Co Süzenlə evlənməyi planlaşdırır. Onunla yaxınlaşmaq üçün Süzenin oynadığı yerli həvəskar teatrına yazılır. Və burda ərinin xəyanət elədiyi gənc qadın Elislə tanış olur. Ortaq cəhətləri çox olan Co və Elis əvvəlcə dost, sonra sevgili olurlar. Sonradan Co Elisi tərk edərək Süzenlə yenidən yaxınlaşır. Həyatında nəyinsə çatmadığını hiss edən Co Elisi sevdiyini anlayır, ona qayıtmaq istəyir. Amma Süzenin hamilə olması haqda xəbəri hər şeyi dəyişir...

“Yuxarıya yol” Britanya kinematoqrfaiyasında mühüm səhifə açmış azad kino dalğasında yaranmış “Qəzəbli gənclər” cərəyanının ilk filmlərindəndir.

“Qəzəbli gənclər” terminini ilk dəfə Con Obsornun “Qəzəbli olduqda arxaya bax” pyesinə yazılmış resenziyada istifadə edilib.

İkinci Dünya müharibəsindən sonra müsbət dəyişikliklərin baş verməməsi, iqtisadi çətinliklər, ümidsizlik, monotonluq səbəbindən “Qəzəbli gənclər”in filmlərində əsəbilik, narahatlıq, nifrət, sarkazm hakim idi.

Bu filmlər hər şeydən əvvəl sosial motivi önə çəkir, köhnəlmiş dəyərləri, burjua həyat tərzini ittiham edən emosional gücü ilə seçilirdi.

“Yuxarıya yol” filminin qəhrəmanı Co yuxarı vəzifəyə can atsa da, karyerasını qurmaq üçün varlı qızla evlənməyi planlaşdırsa da, o, işdə özünün fəhlə sinfindən olduğunu daim xatırladır və burjualara nifrət edir.

...Kino tənqidçilərinin sözlərinə görə, “Yuxarıya yol” seksə ciddi münasibət bəsləyən ilk Britaniya filmi idi. Həm də ilk dəfə idi ki, bir filmdə sənaye şəhəri olduğu kimi göstərilirdi.

Filmin əvvəlində Co çəhərə gələndə simvolik olaraq sənayeləşmənin insan üçün bir növ yeni dinə çevrilməsi nümayiş olunur: kilsə zəngi çalınır, ekranda isə tüstülənən zavod boruları görünür.

Ekranlara çıxdığı ilk vaxtlarda film Britaniyada mübahisəli qarşılandı. Hətta rəsmi olaraq “Yuxarıya yol” pornoqrafik kateqoriyalı filmlərə aid ebildiyi üçün bir müddət kinoteatrlar onu repertuarlarına daxil eləmədilər.

Amerikada da film senzura tərəfindən pis qarşılandı. Bəzi ştatlarda məsələ məhkəmələrə kimi gedib çıxdı. Senzura üzrə komissiyaların fikrincə, film gənclərdə seksual hissləri gücləndirir, cəmiyyətin standartlarına, ədəb qaydalarına uyğun deyil, gənclər üçün qəbul olunmaz filmdir və s.

Ona görə “Yuxarıya yol” yalnız qeyri-kommersiya kinoteatrlarında nümayiş olunurdu.

Bəzilərinə görə isə bu filmdən ciddi əxlaq dərsi götürmək olardı.

“Yuxarıya yol” bir sıra mükafatlara layiq görülüb. Məşhur fransız aktrisası Simone Sinyore isə Elis roluna görə Kann kinofestivalının mükafatını alıb və Oskara layiq görülüb.

# 1017 dəfə oxunub

Oxşar xəbərlər

"Cırıb atdım dualarımdan bütün bayraq və vətən fotolarını" - Tural Turandan yeni şeirlər

"Cırıb atdım dualarımdan bütün bayraq və vətən fotolarını" - Tural Turandan yeni şeirlər

17:00 17 aprel 2024
Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

12:00 17 aprel 2024
Marqaret Etvudun fantastika yazmaq istəyənlərə 7 məsləhəti

Marqaret Etvudun fantastika yazmaq istəyənlərə 7 məsləhəti

15:00 16 aprel 2024
Fərqli şeylərin sirli şəkildə qovuşması  - "Sevgi şəhəri" haqqında

Fərqli şeylərin sirli şəkildə qovuşması - "Sevgi şəhəri" haqqında

13:00 16 aprel 2024
"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

18:00 15 aprel 2024
Övlad həsrəti ilə yaşayan şair - Ədəbiyyatımızın kədərli dəqiqələri

Övlad həsrəti ilə yaşayan şair - Ədəbiyyatımızın kədərli dəqiqələri

17:00 15 aprel 2024
#
#
# # #