Kitabını reklam etmək üçün təyyarəyə bomba qoydu

Kitabını reklam etmək üçün təyyarəyə bomba qoydu
30 iyul 2015
# 11:18

Ankaradan İstanbula uçan Zəfər Alcan adlı yazıçı kitabını reklam etmək üçün qeyri-adi üsula əl atıb. Kulisin türk mətbuatına istinadən verdiyi məlumata görə o, təyyarənin müxtəlif yerlərinə bomba yerləşdirdiyini söyləyib.

Hadisədən sonra həbs olunan Alcan haqqında cinayət işi açılıb. O, 16 ilə qədər azadlıqdan məhrum edilə bilər.

7 iyun 2015-ci ildə Ankara-İstanbul reysi ilə hərəkət edən təyyarənin müxtəlif yerlərinə partlayıcı maddə yerləşdirdiyini söyləyən TRT Xəbər Mərkəzinin təqaüddə olan işçisi Zəfər Alcanın haqqında aparılan təhqiqat işi artıq tamamlanıb. Alcan yazdığı kitabların reklamı üçün belə elədiyini söyləyib. Hazırda təcridxanada olan Alcan 20 illik müxbirlik fəaliyyəti ilə bağlı xatirələrini təqaüdə çıxandan sonra kitab halına salmağa başlayıb.

Alcanın bildirdiyinə görə dörd kitab yazıb çap etdirib: “Qalan ikisi də çapa hazırdır. Mən kitablarımın Bakıda çap olunmasını istəyirdim. Cavab gözləyirdim. Kitablarım əsasən tarixi hadisələr barədədir. Çapla bağlı gözlədiyim dəstək gəlmədikdə mən də “Təyyarədə bomba var” deməklə diqqəti öz üzərimə çəkmək istədim.”

O, Atatürk Hava Limanına eniş etməyə hazırlaşan təyyarənin arxa hissəsinə gedərək stüardessaya bildirib ki, pilotla əlaqə saxlayaraq bildirsin: “Təyyarənin müxtəlif hissələrində bomba yerləşdirib. Ruminiya Buxarest Aeroportunda bir məlumat açıqlandıqdan sonra işləri yekunlaşdıracam. ”

Həqiqətdə isə təyyarədə bomba olmayıb. Təyyarə enişi tamamlandırdıqdan yarım saat sonra arxa hissədən daxil olan polis heyəti Alcanı həbs edib. O, ifadəsində nə sərnişinlərə, nə də təyyarəyə zərər vermək fikrinin olmadığını, sadəcə kitabının reklamını həyata keçirmək üçün bu addımı atdığını bildirib.

Zəfər Alcanın işi baxılmaq üçün məhkəməyə göndərilib. Məhkəmə Zəfəri günahkar hesab edərsə o, “reklam” üzündən 15 il həbsdə yatmalı olacaq.

# 883 dəfə oxunub

Oxşar xəbərlər

Mehdi Hüseynin kostyumu - Məşhur şairin Bakı xatirələri

Mehdi Hüseynin kostyumu - Məşhur şairin Bakı xatirələri

14:00 25 mart 2024
Ənvər Məmmədxanlı:  "Mircəfər Bağırov məktubumu özündə saxladı, məni həbs etmədilər" - EKSKLÜZİV VİDEO

Ənvər Məmmədxanlı: "Mircəfər Bağırov məktubumu özündə saxladı, məni həbs etmədilər" - EKSKLÜZİV VİDEO

12:32 28 fevral 2024
250 illik sirr: Əsgəran qalasını kim tikdirmişdi? - QARABAĞDAN REPORTAJ

250 illik sirr: Əsgəran qalasını kim tikdirmişdi? - QARABAĞDAN REPORTAJ

12:00 13 fevral 2024
Su altında qalmış sivilizasiya – Türklərin ilk məskəni

Su altında qalmış sivilizasiya – Türklərin ilk məskəni

09:00 2 fevral 2024
Həmid Herisçinin vəziyyəti açıqlanıb

Həmid Herisçinin vəziyyəti açıqlanıb

11:00 29 yanvar 2024
“Füzuli sənətkarlığı” kitabı təqdim olundu

“Füzuli sənətkarlığı” kitabı təqdim olundu

09:36 29 yanvar 2024
# # #