“Bərpaçıya məktublar”

“Bərpaçıya məktublar”
14 iyul 2015
# 12:05

Cavanşir YUSİFLİ

Hekayəti molla akademik məst-dəli şah

“Azərbaycan” jurnalında tənqid müzakirəsinə həsr edilir

Hə, Bərpaçı müəllim!

Nə deyim, necə deyim?

İnsanlar eyiblərinin tam olaraq örtülməsini arzuladıqları zaman tənqidi top atəşinə tuturlar. Məşhur bir söz var: yarımdemokratik rejimlərdə tənqid ayrıca bir dilə çevrilir, yəni, sən yolu hansı səmtdən burulsan da, qarşına çıxacaq. Buyur, tut boğazından, sıx... Ancaq... özündən hara qaçacaqsan?

Aləm qarışıb. Baş verən hadisələri bir cür anlayırsan, beynində başqa təəssüratlar yaranır və səni inandırır ki, anladığın şey səhv interpretasiyanın nəticəsidir. Bu o deməkdir, şizofreniya idarə olunmur, əksinə idarə edir.

Sovet dövründə bir pyes oxumuşdum, “Qobustan” jurnalında. Adam güzgülərdən qaçırdı ki, əməlləri ilə üzbəsurət dayanmasın. Qaçmağın da bir məsafəsi, bir həddi var. Cızığı adlayıb keçsən, total saxtakarlıq, misi qızıla çevriən kimyagərlərlə yoldaşlıq etməli olacaqsan. Amma deyilənə görə, bir zamanlar doğrudan da misi qızıla çevirirdilər. Sonra zamanın çarxı quma batdı, palçığa ilişdi (... ilişdi qəm oduna şad gördüyün könlüm...) və ilişdiyi yerdən qurtula bilmədiyini gördükdə bunu təbii faktor kimi qəbul etdi, hesab elədi ki, məhz bu vəziyyətdə özünü qalib saymaq daha əlverişlidir.

Hacı Nuru şair: get dolanginən xamsən, hənuz...

Hacı Nurunu məclisdən qovurlar, Mirzə Cəlilin başqa bir pyesində (“Ölülər”) o, İsgəndər qiyafəsində peyda olur, burda da yerə yıxıb ağzına araq tökürlər, boğulana qədər. Sonra, başqa bir məqamda Molla Abbas kimi dünyaya gəlir. Ancaq bu bədbəxtin bioqrafiyasını elə “işləyirlər” ki, artıq danışa bilmir, içindəki qiyam bir tövür çölə çıxmır.

Bəlkə belə...

Dünya dəyişib artıq.

İsgəndər məzarlıqda adi bir mollaya çevrilib, şeyx Nəsrullah üzdən Hacı Nuruya bənzəyir, insanları odlu-odlu kəlamlarıyla aldadır, sonra kamına çəkir.

Məmləkətdə nə qədər dələduz varsa, onun yanına gətirirlər. Sən dahisən, sən mənim ən istedadlı tələbəmsən, mütəfəkkir alimə eşq olsun! Qardaşlar, ona bir KAMAZ kömür aparın, qoy tüstüsü yaxşı çıxsın.

Hacı Nurunun beynini, psixikasını dəyişiblər.

Beyni, psixikası dəyişdirilmiş Hacı Nuru şairlə şeyx Nəsrullahın izdivacı gözlənilir.

Məclis məmləkətin baş meydanında qurulacaq.

Hər şey dəyişib.

Rumidən və Şəmsdən, sufizm, təsəvvüf... kimi şeylərdən o qədər tərsinə istifadə edildi ki, məşhur kəlam özünə qarşı işləməli oldu. Nə olursansa ol, gəl...

Gəl, sənə bir əl gəzdirəlim..

# 1542 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
# # #