Dilimizə yeni sözlər gəlir: akkreditiv, audensiya, siyasi radar, fəməl-yəməl

Dilimizə yeni sözlər gəlir: akkreditiv, audensiya, siyasi radar, fəməl-yəməl
1 iyul 2015
# 15:06

Azərbaycan dilinin orfoqrafiya lüğətinə yeni sözlərin daxil ediləcəyi gözlənilir.

Lent.az-ın məlumatına görə, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Tətbiqi dilçilik şöbəsinin müdiri, Dövlət Dil Komissiyasının üzvü İsmayıl Məmmədov Trend-ə bildirib ki, Azərbaycan dilinin son orfoqrafiya lüğəti 2013-cü ildə nəşr edilib. Bu lüğətə 110 min 563 söz daxil edilib.

Hazırda yeni orfoqrafiya lüğətinin hazırlanması üçün işlərin aparıldığını deyən İ.Məmmədovun sözlərinə görə, yeni lüğətdə leksik vahidlərin sayının daha da artırılması nəzərdə tutulur.

Dilçi alim bildirib ki, onun özü tərəfindən indiyədək 1000-dən artıq yeni söz toplanıb: "Əsasən, başqa dillərdən alınan bu sözlərin İnstitutun Elmi Şurasında müzakirə edildikdən sonra yeni lüğətə daxil edilərək çap edilməsi nəzərdə tutulur".

İ.Məmmədov dilimizə daxil edilməsi gözlənilən yeni sözlərin bəzilərini də açıqlayıb. Həmin sözlər geriçağırılma, akkreditiv, gərdək qurma, audensiya, konfidant, kompromat, impiçment, viaqra, siyasi radar, siyasi landşaft, kortej, dinləmə, inauqurasiya, federis, kambio, kambist, kamerger, təxmis, müsəbbi, şürud, təəssüfnamə, təkbeyt, fəməl-yəməl, izoqlos, xoyratlar, kurfırst, sorfinq, sorfinqçi, notifikasiya, nostrifikasiya, kvazidelikt, kvazizufurukt, rezervit, rezervist, kannibal, kannibalizm, raskol, raskolçu, ratusia, reversiya, revukasiya, reqressat, psixotrop, psixoaktiv, penologiya, mini-poema, südücə, sağrı mərkəzi və s-dir.

İ.Məmmədov bildirib ki, yeni lüğətə coğrafi adların, o cümlədən tarixi Azərbaycan ərazisindəki coğrafi adların da daxil edilməsi təklif edilib.

# 1211 dəfə oxunub

Oxşar xəbərlər

Mehdi Hüseynin kostyumu - Məşhur şairin Bakı xatirələri

Mehdi Hüseynin kostyumu - Məşhur şairin Bakı xatirələri

14:00 25 mart 2024
Ənvər Məmmədxanlı:  "Mircəfər Bağırov məktubumu özündə saxladı, məni həbs etmədilər" - EKSKLÜZİV VİDEO

Ənvər Məmmədxanlı: "Mircəfər Bağırov məktubumu özündə saxladı, məni həbs etmədilər" - EKSKLÜZİV VİDEO

12:32 28 fevral 2024
250 illik sirr: Əsgəran qalasını kim tikdirmişdi? - QARABAĞDAN REPORTAJ

250 illik sirr: Əsgəran qalasını kim tikdirmişdi? - QARABAĞDAN REPORTAJ

12:00 13 fevral 2024
Su altında qalmış sivilizasiya – Türklərin ilk məskəni

Su altında qalmış sivilizasiya – Türklərin ilk məskəni

09:00 2 fevral 2024
Həmid Herisçinin vəziyyəti açıqlanıb

Həmid Herisçinin vəziyyəti açıqlanıb

11:00 29 yanvar 2024
“Füzuli sənətkarlığı” kitabı təqdim olundu

“Füzuli sənətkarlığı” kitabı təqdim olundu

09:36 29 yanvar 2024
# # #