Britaniyalı rejissorun tamaşası nümayiş olacaq FOTO

Britaniyalı rejissorun tamaşası nümayiş olacaq <span style="color:red;">FOTO
23 iyun 2015
# 12:48

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı 22-24 iyun tarixlərində Martin MakDonaxın “Gözəllik kraliçası”, “Konnemarada bir kəllə” və “Yalqız Qərb” tamaşalarını nümayiş etdirəcək. Teatrın mətbuat xidmətindən Kulisə verilən məlumata görə səhnə əsəri Mədəniyyət və Turizm Nazirliyi, Dövlət Gənc Tamaşaçılar Teatrı və British Council Azərbaycan nümayəndəliyinin birgə layihəsi çərçivəsində hazırlanıb.

Oskar mükafatçısı, dünya şöhrətli yazar Martin MakDonaxın “Lineynin trilogiyası”na daxil olan tamaşaların quruluşçu rejissoru Böyük Britaniyadan dəvət olunmuş teatr rejissoru Yan Uilem Van Den Boş, quruluşçu rəssamı Liza Kuk (Böyük Britaniya), işıq üzrə rəssamı Maykl Manyon (Böyük Britaniya), rejissorları Ayla Osmanova, Sərvər Əliyev, Gülnar Hacıyevadır.

Tamaşalarda teatrın aktyorları, Əməkdar Artistlər Naibə Allahverdiyeva, Şəfəq Əliyeva, Qurban İsmayılov, Elşən Rüstəmov, aktyorlar Zülfiyyə Alhüseynova, Asya Atakişiyeva, Vüqar Məmmədəliyev, Rasim Cəfərov, Manaf Dadaşov, Ramil Məmmədov, Anar Səfiyev, Vüsal Mehrəliyev iştirak edirlər.

Xatırladaq ki, “Yalqız Qərb” tamaşası ötən il Rusiyanın Perm şəhərində dünyada ilk dəfə keçirilmiş I Martin MakDonax Beynəlxalq Teatr Festivalında uğurla çıxış edərək festivalın Fəxri diplomuna və Festival Prezidentinin xüsusi mükafata layiq görülüb.

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında I Avropa Oyunları ilə bağlı xarici qonaqlar üçün nəzərdə tutulmuş tamaşaların nümayişi iyun ayının 29-dək davam edəcək.

# 733 dəfə oxunub

Oxşar xəbərlər

Neftanaziya - Ana və üç qızının müəmmalı qətli

Neftanaziya - Ana və üç qızının müəmmalı qətli

09:00 18 aprel 2024
Allah olmaq çətindir

Allah olmaq çətindir

10:00 11 aprel 2024
Çəkiliş məkanlari üçün icazələr elektronlaşdırılacaq

Çəkiliş məkanlari üçün icazələr elektronlaşdırılacaq

09:30 9 aprel 2024
Pozğun homoseksual yox, onun yaşadığı cəmiyyətdir

Pozğun homoseksual yox, onun yaşadığı cəmiyyətdir

13:00 3 aprel 2024
Kino haqqında qanunun təkmilləşdirilməsi üçün işçi qrupu yaradılır

Kino haqqında qanunun təkmilləşdirilməsi üçün işçi qrupu yaradılır

10:17 3 aprel 2024
Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib

Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib

09:01 3 aprel 2024
# # #