Bu gün Qarabağ filmlərinin premyerasıdır

Bu gün Qarabağ filmlərinin premyerasıdır
8 may 2015
# 10:06

Mayın 8-i saat 19:00-da Nizami Kino Mərkəzində Şuşanın işğal günü ilə əlaqədar “Qara Bağ” və “İnikas” filmlərinin nümayişi keçiriləcək. Kulisin məlumatına görə hər iki qısametrajlı film Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında lentə alınıb.

“Qara Bağ” bədii filminin ssenari müəllifi və rejissoru Amil Məmiyevdir. Film, məcburi köçkünlərin hazırkı yaşayış tərzini, Qarabağ həsrətini bir sıra metaforik simvollarla göstərir. Çəkilişlər, Bakı şəhərində və Hacıqabul rayonunun Qızılburun qəsəbəsi yaxınlığındakı qaçqın şəhərciyində aparılıb.

Rolları Vidadi Əliyev, Elxan Abbasov, Rasim Cəfərov, Ayşad Məmmədov, Məzahir Həşimov, Svetlana Əliyeva, Səbinə Məmmədzadə və Soltan Əhməd canlandırıblar.

Ssenari müəllifi və rejissor Ayşad Səfərəliyevin “İnikas” filmi isə SSRİ dövründə Ağdamda yaşayan azərbaycanlı ailənin başına gələn mistik hadisədən bəhs edir. Babasının çardağından tapdığı köhnə fotoaparat ilə qarşısına çıxan hər şeyi çəkən Cavid şəkilləri aşkarlayanda onu nə gözlədiyini hələ bilmir. Filmdə rolları Elşən Rüstəmov, Tofiq Əliyev, Nargilə Qəribova və başqa aktyorlar canlandırıblar.

Film IV “Qırğızıstan – qısametrajlı filmlər ölkəsi” Beynəlxalq film festivalında “Münsiflər heyətinin xüsusi mükafatı”na layiq görülüb.

Nümayişdən qabaq, rejissorlar Ayşad Səfərəliyev və Amil Məmiyev jurnalist və tamaşaçılara filmlər haqqında fikirlərini bölüşəcəklər.

# 767 dəfə oxunub

Oxşar xəbərlər

Neftanaziya - Ana və üç qızının müəmmalı qətli

Neftanaziya - Ana və üç qızının müəmmalı qətli

09:00 18 aprel 2024
Allah olmaq çətindir

Allah olmaq çətindir

10:00 11 aprel 2024
Çəkiliş məkanlari üçün icazələr elektronlaşdırılacaq

Çəkiliş məkanlari üçün icazələr elektronlaşdırılacaq

09:30 9 aprel 2024
Pozğun homoseksual yox, onun yaşadığı cəmiyyətdir

Pozğun homoseksual yox, onun yaşadığı cəmiyyətdir

13:00 3 aprel 2024
Kino haqqında qanunun təkmilləşdirilməsi üçün işçi qrupu yaradılır

Kino haqqında qanunun təkmilləşdirilməsi üçün işçi qrupu yaradılır

10:17 3 aprel 2024
Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib

Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib

09:01 3 aprel 2024
# # #