Onun başını başqa bədənə köçürəcəklər

Onun başını başqa bədənə köçürəcəklər
10 aprel 2015
# 15:09

Başının başqa bədənə köçürülməsinə razı olan rusiyalı oğlan: “Bu əməliyyat mənim üçün azadlıq deməkdir”

Ədəbiyyatın, elmi fantastika janrının reallaşması ilk dəfə deyil. Amma yəqin ki, bu, hadisə ən maraqlısıdır. Aleksandr Belyayevin “Professor Douellin başı” əsərini oxuyanlar elə təkcə əsərdə nə qədər maraqlı məqamlar görüblər. Bu ağlasığmaz hadisə lap bu yaxınlarda gerçəkləşə bilər. Kulisin Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, bədəninin məhdudluğu üzündən əlil arabasına ehtiyacı olan rusiyalı proqramist Valeriy Spiridonov italiyalı neyroxirurq Serco Kanevero ilə baş köçürülməsi əməliyyatına ən uğurlu namizəd seçilib. 2017-ci ildə keçiriləcəyi nəzərdə tutulan bu fantastik əməliyyatın 7,5 milyon funta başa gələcəyi qeyd olunur. Neyrocərrah Spiridonovu neyrocərrahların yayda keçiriləcək konfransına çağırıb.

Spiridonova həkimlər Verdinq-Hoffman sindromu diaqnozu qoyulub. Bu xəstəlikdə xəstənin ildən-ilə əzələləri zəifləyir. “Hal-hazırda 200 qramdan artıq əşyanı, adi telefonu qaldıra bilmirəm. Bu qərara iki il əvvəl gəlmişəm və lazımi psixoloji konsultasiyaları da çoxdan keçirəm. Mənim anam psixoloqdur.” - Spiridonov deyib.

Bundan əvvəl baş köçürülməsi əməliyyatı heyvanlar üzərində aparılıb və nəticə uğursuz olub. Neyrocərrah Kanevero bu gün bu əməliyyat üçün bütün lazımi avadanlıqların olduğunu, yalnızca bütün bu nailiyyətləri birləşdirmək lazım gəldiyini deyib. O, bu əməliyyatda keçilməz maneə olan komponenti – “bioyapışqan”ı kəşf etdiyini söyləyib.

Yeni bədən donoru beyin ölümü keçirmiş insanlar ola bilər.

Tənqidçilər Kaneveronun transplantasiya ideyasını fantastik hesab edir, onu yaratdığından özü də dəhşətə gələn Frankenşteynlə müqayisə edirlər.

Spiridonov neyrocərrahı elmi nailiyyətləri izləyərkən tanıdığını, müsahibələrini izlədiyini və onunla özü əlaqə yaratdığını söyləyib. İki şirkətdə çalışan proqramçı Spiridonov ingilis dilini mükəmməl səviyyədə bildiyini deyib. Jurnalistlərin “ekspertlər hətta əməliyyat uğurlu keçəcəyi təqdirdə belə xəstənin psixoloji problemlər keçirəcəyini söyləyiblər. Yad bədəni qəbul etmək belə asan olmayacaq, insanın şəxsiyyəti belə dəyişə bilər. Bunu düşünmüsünüzmü?” - sualına Spiridonov “Mən materialistəm!” - deyə, cavab verib: “Mən ruh və o biri dünya haqqında düşünmürəm. Metafizika mənə yaddır. Allah mövcuddursa, o, insanlara yaxşılıq, xeyirxahlıq arzulayır. Qaldı ki, vərdişlərə, siz təsəvvür belə etmirsiniz, mənə nələrə adaptasiya olmaq və hər dəfə dəyişmək lazım gəlib. Mən naturaca konservatoram, amma hər dəfə dəyişməli olmuşam. Mənim üçün bu əməliyyat növbəti addımdır. Anlayın ki, bu mənim üçün azadlıq deməkdir”.

Donor bədənin kim olmasına gəlincə isə, Spiridonov bunun ondan asılı olmadığını deyib: “Əlbəttə, mən bu bədənin kişi bədəni olmasını istəyirəm. Ola bilsin ki, bu adam ölümcül avtoqəza keçirmiş adam olsun, ya da ölümə məhkum olunmuş şəxs olsun.

Əlbəttə mən qorxuram. Amma mənim artıq 30 yaşım var. Mənim xəstəliyimlə ortalama 20 il yaşamaq mümkündür. Sağlamlığımı get-gedə daha çox itirirəm. Bir də, axı kimsə əvvəl-axır birinci olmalıdır. Niyə bu, mən olmayım? Məsuliyyəti həmişə başqasına yükləmək olmaz. Yəqin kosmonavt Qaqarini də nələrsə narahat edib, amma o, bilib ki, bunu nəyin naminə edir. Bütün hallarda əməliyyat elmə böyük bir baza verəcək. İnsanlar sonralar bu metodikanı daha da təkmilləşdirə bilər”.

# 925 dəfə oxunub

Oxşar xəbərlər

Mehdi Hüseynin kostyumu - Məşhur şairin Bakı xatirələri

Mehdi Hüseynin kostyumu - Məşhur şairin Bakı xatirələri

14:00 25 mart 2024
Ənvər Məmmədxanlı:  "Mircəfər Bağırov məktubumu özündə saxladı, məni həbs etmədilər" - EKSKLÜZİV VİDEO

Ənvər Məmmədxanlı: "Mircəfər Bağırov məktubumu özündə saxladı, məni həbs etmədilər" - EKSKLÜZİV VİDEO

12:32 28 fevral 2024
250 illik sirr: Əsgəran qalasını kim tikdirmişdi? - QARABAĞDAN REPORTAJ

250 illik sirr: Əsgəran qalasını kim tikdirmişdi? - QARABAĞDAN REPORTAJ

12:00 13 fevral 2024
Su altında qalmış sivilizasiya – Türklərin ilk məskəni

Su altında qalmış sivilizasiya – Türklərin ilk məskəni

09:00 2 fevral 2024
Həmid Herisçinin vəziyyəti açıqlanıb

Həmid Herisçinin vəziyyəti açıqlanıb

11:00 29 yanvar 2024
“Füzuli sənətkarlığı” kitabı təqdim olundu

“Füzuli sənətkarlığı” kitabı təqdim olundu

09:36 29 yanvar 2024
#
#
# # #