Ayda torpaq niyə ucuzdur? MARAQLI

Ayda torpaq niyə ucuzdur? MARAQLI
8 aprel 2015
# 08:00

Virtual aləmdə tez-tez Ay və başqa planetlərdə, xüsusən də Marsda torpaq satılması haqqında elanlara rast gəlirik. Özü də olduqca ucuz qiymətə. O qiymətə heç At yalında da torpaq almaq mümkün deyil.

Misal üçün Ayda torpağın 20 sotuna cəmi 43 AZN ödəyə bilərsiz, Marsda isə 22 manat. O torpaqlarda ev tikmək olarmı? Daşı, sementi, işçi qüvvəsini necə aparmalı? Bax bu artıq sizin probleminizdir. Əsas odur ki, torpağın sənədi olur.

Bu ideya isə ilk dəfə Denis Houp adlı bir amerikalının ağlına gəlib. Çoxbilmiş amerikalı görüb ki, göy cisimləri və kosmik obyektlər rəsmi olaraq heç bir dövlətə məxsus deyil. Həqiqətən qanunvericiliyə görə dövlət və şirkətlər heç bir ulduza, planetə sahib ola bilməz. Houp görür ki, qanun fiziki şəxslərə aid deyil. O zaman özünü Yer və Günəşdən başqa Günəş sistemində olan bütün cisimlərin sahibi elan edir.

Houp Amerika Kosmik İnstitutunun mütəxəssislərinin köməyi ilə Ayın görünən tərəfi və digər planetləri sahələrə böldürür. Hər sahənin ölçüsü standart olaraq 1 akr və ya 40 sotdur. Bundan başqa hər bir hissənin dəqiq koordinatları və qeydiyyat nömrəsi var. Beləliklə Dennis kadastr idarəsi kimi bir idarə quru. Ay səfirliyi adlı şirkət bax belə yaranır.

Sövdələşmə zamanı torpaq sahibləri müqavilənin əks olunduğu sertifikatdan əlavə planetin səthinin xəritəsini, konstitusiyanın bir nüsxəsini əldə edirlər. Konstitusiyada Planetlrəarası Respublikanın qaydaları əks olunub.

Houpun bu cür qabaqdangəlmişliyinə baxmayın. O sertifikatların heç bir hüquqi əsası yoxdur. Çünki Beynəlxalq Millətlər Kosmik Fəzanın İdarəedilməsi məsələləri üzrə Təşkilatının 2222-ci qətnaməsinə əsasən kosmik fəza heç bir vasitə ilə mənimsənilib kiminsə mülkiyyətinə çevrilə bilməz. Belə çıxır ki, Ay səfirliyinin təqdim etdiyi sertifikatlar yalnız suvenir xarakteri daşıyır.

Buna baxmayaraq, Ay və digər göy cisimlərində torpaq sahibi olmaq ehtirası azalmaq bilmir. İndi artıq virtual aləmdə təkcə Ay səfirliyi yox, başqa şirkətlər də öz torpaqlarını və ya əvvəllər satılmış torpaqları hissələrə bölüb satırlar.

Nə etməli! Yerdə qəbir yeri üçün 2 min, 3 min manat ödəyən insanın hansısa planetdə geniş torpağa sahib olmasının özü də bir təsəllidir.

# 2617 dəfə oxunub

Oxşar xəbərlər

Mehdi Hüseynin kostyumu - Məşhur şairin Bakı xatirələri

Mehdi Hüseynin kostyumu - Məşhur şairin Bakı xatirələri

14:00 25 mart 2024
Ənvər Məmmədxanlı:  "Mircəfər Bağırov məktubumu özündə saxladı, məni həbs etmədilər" - EKSKLÜZİV VİDEO

Ənvər Məmmədxanlı: "Mircəfər Bağırov məktubumu özündə saxladı, məni həbs etmədilər" - EKSKLÜZİV VİDEO

12:32 28 fevral 2024
250 illik sirr: Əsgəran qalasını kim tikdirmişdi? - QARABAĞDAN REPORTAJ

250 illik sirr: Əsgəran qalasını kim tikdirmişdi? - QARABAĞDAN REPORTAJ

12:00 13 fevral 2024
Su altında qalmış sivilizasiya – Türklərin ilk məskəni

Su altında qalmış sivilizasiya – Türklərin ilk məskəni

09:00 2 fevral 2024
Həmid Herisçinin vəziyyəti açıqlanıb

Həmid Herisçinin vəziyyəti açıqlanıb

11:00 29 yanvar 2024
“Füzuli sənətkarlığı” kitabı təqdim olundu

“Füzuli sənətkarlığı” kitabı təqdim olundu

09:36 29 yanvar 2024
# # #