Azərbaycan filmi ABŞ-da

Azərbaycan filmi ABŞ-da
3 aprel 2015
# 16:35

2014-cü ildə Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında lentə alınan Asif Rüstəmovun “Axınla aşağı” tammetrajlı bədii filmi Amerika Birləşmiş Ştatlarında keçiriləcək iki beynəlxalq festivala dəvət alıb. Bu barədə Kulisə “Azərbaycanfilm”dən məlumat verilib.

10-19 aprel tarixlərində Hyustonda keçiriləcək məşhur Worldfest-Houston International Film Festivalı çərçivəsində filmin Amerika təqdimatı baş tutacaq. “Axınla aşağı” festivalın əsas proqramında yer alıb. Film həmçinin 30 aprel – 7 may tarixlərində Los Ancelesdə keçirələcək SEEfest Film Festivalında nümayiş etdiriləcək. Festival Amerika Kino Akademiyasının xüsusi dəstəyi ilə keçirilir və seçilmiş Avropa filmlərinin ABŞ-da tanınmasında böyük rol oynayır.

Məlumat üçün bildirək ki, “Axınla aşağı” filminin ssenari müəllifləri Asif Rüstəmov və Otar Pertaxia, quruluşçu operatoru Ayxan Salar, quruluşçu rəssamı Rafiz İsmayılov, bəstəkarı Xəyyam Mirzəzadə, icraçı prodüseri Nadir Əliyev, prodüseri Müşfiq Hətəmovdur. Filmdə baş rolları Namiq Ağayev, Mehriban Zəki, Aleksandra Andrejevski, Teymur Məmmədov və digərləri canlandırır. Filmin dünya premyerası 1263 kino mütəxəssisinin - ümumilikdə 12 min 433 akkreditasiya olunmuş ziyarətçinin qatıldığı nüfuzlu Karlovy Vary Beynəlxalq Film Festivalı (Çexiya) çərçivəsində “East of the West” müsabiqə proqramında gerçəkləşib.

# 785 dəfə oxunub

Oxşar xəbərlər

Neftanaziya - Ana və üç qızının müəmmalı qətli

Neftanaziya - Ana və üç qızının müəmmalı qətli

09:00 18 aprel 2024
Allah olmaq çətindir

Allah olmaq çətindir

10:00 11 aprel 2024
Çəkiliş məkanlari üçün icazələr elektronlaşdırılacaq

Çəkiliş məkanlari üçün icazələr elektronlaşdırılacaq

09:30 9 aprel 2024
Pozğun homoseksual yox, onun yaşadığı cəmiyyətdir

Pozğun homoseksual yox, onun yaşadığı cəmiyyətdir

13:00 3 aprel 2024
Kino haqqında qanunun təkmilləşdirilməsi üçün işçi qrupu yaradılır

Kino haqqında qanunun təkmilləşdirilməsi üçün işçi qrupu yaradılır

10:17 3 aprel 2024
Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib

Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib

09:01 3 aprel 2024
# # #