Məşhurlar ilk filmlərinə maliyyəni necə tapdılar?

Məşhurlar ilk filmlərinə maliyyəni necə tapdılar?
3 aprel 2015
# 10:03

“İnterstellar” filminin müəllifi Kristofer Nolanın ilk ekran işi ”Təqib” əvvəldən az büdcəli film kimi nəzərdə tutulmuşdu. Bütün aktyor və çəkiliş heyəti hər gün işləyirdi. Nolan hər gün 15 dəqiqə çəkirdi. Filmi rejissor reklam çarxlarından qazandığı pulla maliyyələşdirib. “Təqib”in büdcəsi 6 min idi və bu pulun bir hissəsi 16 mm-lik kinolentin alınmasına sərf olunub.

Çoxsaylı mükafatlar alan Coel və İtan Koen qardaşları “Sadəcə qan” debüt filmini çəkməzdən əvvəl ekşn və zorakılığı vurğulayan treyler çəkiblər. Treyler qısa idi və bahalı deyildi. Bir il ərzində onlar bu treyleri investorlara göstərərək maliyyə tapa bilirlər. Qardaşlar 750 min dollar toplamağı planlaşdırsalar da nəticədə 550 min dollar əldə edə bilirlər. Filmə 65-ə yaxın investor pul qoyur. Onların arasında diş həkimləri, biznesmenlər, işə yeni başlayan sahibkarlar vardı.

Coel Koen deyir: “Əgər siz on dəqiqə kiməsə filminizi maliyyələşdirmək üçün çənə döysəniz, güman ki, imtina edəcək. Amma siz hazır fraqment təqdim etsəniz vəziyyət dəyişər.”

Kann festivalının mükafatçısı Malik Terrensin “Badlands” filminin də çoxlu sponsorları olub və onlar biri-birini tanımırdı. Filmin büdcəsi 500 mindən yuxarı olmayıb. Terrens bu filmə ssenarilərdən qazandığı 25 min dollarını xərcləyib.

Dünya kinosunun parlaq imzalarından biri Stenli Kubrikin “Qorxu və ehtiras” adlı ilk bədii filminə pulu Nyu Yorkda aptek sahibi olan əmisi verib. 53 min dollar büdcəlik filmin çox hissəsi rejissorun mənzilinin yaxınlığındakı məkanlarda çəkilib.

Rayan Conson kino məktəbini bitirəndən sonra 23 yaşında “Kərpic”in ssenarisini yazıb. Amma bu filmin çəkilişlərinə 30 yaşında başlayıb.

“Kimisə filminə maliyyə ayırmağa inandırmaq çətindir. 6 il ərzində layihəyə çox adam qoşuldu və tərk etdi. Və biz 35 mm – ilk lentə çəkməyə imkan verəcək ən minimal büdcə ilə çəkməyi qərara aldıq. Sonra qohum və dostlara müraciət etdik”.

Onlar adlarının titrlərdə qeyd olunması müqabilində pul ayırdılar. Film 450 min dollara başa gəldi. “Kərpic” “Sandens” festivalının mükafatına layiq görülüb.

# 1297 dəfə oxunub

Oxşar xəbərlər

Hitlerin evində gizlətdiyi qadın - III Dünya müharibəsi başlayır?

Hitlerin evində gizlətdiyi qadın - III Dünya müharibəsi başlayır?

09:00 24 aprel 2024
Neftanaziya - Ana və üç qızının müəmmalı qətli

Neftanaziya - Ana və üç qızının müəmmalı qətli

09:00 18 aprel 2024
Allah olmaq çətindir

Allah olmaq çətindir

10:00 11 aprel 2024
Çəkiliş məkanlari üçün icazələr elektronlaşdırılacaq

Çəkiliş məkanlari üçün icazələr elektronlaşdırılacaq

09:30 9 aprel 2024
Pozğun homoseksual yox, onun yaşadığı cəmiyyətdir

Pozğun homoseksual yox, onun yaşadığı cəmiyyətdir

13:00 3 aprel 2024
Kino haqqında qanunun təkmilləşdirilməsi üçün işçi qrupu yaradılır

Kino haqqında qanunun təkmilləşdirilməsi üçün işçi qrupu yaradılır

10:17 3 aprel 2024
# # #