Zaur Kamala çətin suallar

Zaur Kamala çətin suallar
29 mart 2015
# 14:16

“Xəzər” televiziyasında yer alan “Beşdə beş”, “Ay Zaur” proqramlarının aparıcısı Zaur Kamaldan müsahibə almaq üçün hardasa bir həftə cəhd göstərdim...

Əvvəlcə, mobil telefonuna zəng vurdum. Telefonu açdı, özümü təqdim edib müsahibə almaq istədiyimi dedim. “Bir azdan zəng vurarsız” dedi. Cavabın könülsüz intonasiyasından hiss elədim ki, növbəti zənglərimdə telefonu açmayacaq.

İntuisiyamın xəbərdarlığına rəğmən, sonradan israrla bir neçə dəfə də zəng vurdum.

Və təbii ki, cavab verilmədi.

Sonra öyrəndim ki, “Xəzər” televiziyasının əməkdaşları kanalın rəhbərliyinin izni olmadan müsahibə vermirlər.

Zaur Kamal da bir tanışıma bildirmişdi ki, müsahibəyə hazırdır, amma öncə rəhbərliyin razılığı olmalıdır.

Ona görə “Xəzər” televiziyasının Proqramlar Departamentinin rəhbəri Rüstəm Məmmədova aşağıdakı məzmunda məktub ünvanladıq:

“Hörmətli Rüstəm müəllim!

“Biz Kulis.az mədəniyyət saytı olaraq, “Xəzər” televiziyasının əməkdaşı Zaur Kamaldan müsahibə almaq arzusundayıq. Müsahibədə Z.Kamalın aparıcısı olduğu verilişlərlə, telejurnalistikada peşəkarlıq, etik məsələlərlə bağlı suallar ünvanlanacaq. Həmkar olduğumuzu nəzərə alaraq, demokratik, fikir azadlığı prinsiplərini əldə rəhbər tutacağınıza inanır, bu müsahibəyə razılıq verəcəyinizə ümid edirik”.

Məktubu həm televiziyanın e-mail ünvanına, həm də poçtla göndərdik. Amma üstündən bir aydan çox vaxt keçsə də məktuba cavab gəlmədi.

Sosial şəbəkələrdə aparıcılığı, davranışı, peşəkarlığı müzakirə olunan, bir qisminin sevdiyi, bir qismində isə qıcıq doğuran, Zaur Kamala aşağıdakı sualları ünvanlamaq niyyətində idim.

- Aparıcılığınız, müsahiblərlə davranışınız, proqramlarınızın məzmunu, səviyyəsi çox müzakirə olunur. Sizin efirdə formalaşan obrazınızı gerçəklik kimi qəbul etməliyik, yoxsa bu obraz arxasında tanımadığımız, fərqli bir Zaur var?

- Azərbaycan teleməkanında sizin kimi uzunmüddətli şou aparıcısı qalmaq üçün hansı keyfiyyətlər tələb olunur?

- Tez-tez vurğulayırsız ki, tamaşaçıları əyləndirməyə çalışırsız. Bir əyləncə və şou proqramının kriteriyaları sizin üçün nədən ibarətdir? Və ya şou yalnız müğənniləri efirə dəvət edib oxutmaq, küsülüləri barışdırmaq anlamına gəlirmi?

- “Beşdə beş” proqramına başlayanda əminliklə deyirsiz ki, hər kəs işdən evə sizin proqramı izləmək üçün tələsir, ailəlikcə baxırlar. Belə iddialı fikir nədən qaynaqlanır? Təbii ki, reytinq amili də var. Amma reytinq göstəricilərinin şübhəli olduğunu nəzərə alsaq, bu, “hamı baxır” iddiasına əsas verirmi?

- Nəyə əsasən deyirsiz ki, sizin proqramlar ailə üçün nəzərdə tutulur? Sizin proqramlarda ailəvi olan konkret nədir?

- Publikanızın kimliyi sizin üçün önəmlidirmi?

- Proqramda deyirsiz ki, sizin üçün səviyyəni qorumaq əsasdır. O zaman sizin proqramları səviyyənin meyarıdırmı?

- Həmkarlarınızdan kimi özünüzə rəqib sayırsız?

- Müsahibələrinizdən birində demisiz ki müğənnilərlə işləmək zülmdür. Alternativ proqramda işləməyi düşünmüsüzmü?

- Sizi başqa şou aparıcılarından hansı keyfiyyətlər fərqləndirir?

- Müsahiblərinizlə bəzən aşağılayıcı tonda danışırsız. Bu, jurnalistika qanunlarına, peşəkarlığa zidd deyilmi?

# 1222 dəfə oxunub

Oxşar xəbərlər

Bakıda “Kəlağayı festivalı”  keçiriləcək

Bakıda “Kəlağayı festivalı” keçiriləcək

18:40 25 aprel 2024
“28 il sonra” filminin aktyor heyəti açıqlandı

“28 il sonra” filminin aktyor heyəti açıqlandı

17:30 25 aprel 2024
“Dəniz kənarında” filminin çəkiliş tarixi açıqlandı

“Dəniz kənarında” filminin çəkiliş tarixi açıqlandı

17:00 25 aprel 2024
Məşhur aktyorda xərçəng aşkarlandı

Məşhur aktyorda xərçəng aşkarlandı

16:30 25 aprel 2024
Məşhur rejissor vəfat etdi

Məşhur rejissor vəfat etdi

16:00 25 aprel 2024
Azər Quliyev: "Ölkəmizi təmsil etməyə hazırıq"

Azər Quliyev: "Ölkəmizi təmsil etməyə hazırıq"

15:30 25 aprel 2024
#
#
# # #