Faiq Ağayev: “Xiyar-pomidoru yanıma qoymaq lazımdır”

Faiq Ağayev: “Xiyar-pomidoru yanıma qoymaq lazımdır”
28 fevral 2015
# 21:00

Kulis.Az-ın “Yeməli söhbət” layihəsinin qonağı Xalq artisi Faiq Ağayevdir

- Faiq bəy, hansı yeməkləri sevirsiniz?

- Dadlı yeməkləri sevirəm. Təbii ki, favoritlərim var. Ləvəngi, dovğa, balığı lap çox sevirəm.

- Hansı mətbəxi xoşlayırsınız?

- Rus, ərəb, Çin mətbəxlərini sevirəm. Ən dadlı mətbəx mənim üçün Qafqaz mətbəxidir. Yəni Azərbaycan mətbəxi.

Sevdiyim mətbəxlər çox olduğu üçün gəlin mən sizə sevmədiyim mətbəxləri deyim.

Yapon mətbəxini, xüsusən də suşini anlamıram. Koreya mətbəxi mənim üçün çətindir. Çünki həmin mətbəxdə çörək anlayışı yoxdur.

- Ətlə aranız necədir?

- Mən ət yeməsəm doymuram. Qarşıma bir masa tərəvəz qoyun hamısını yeyəcəm, amma doymayacam. Mütləq ət yeməliyəm.

- Təbiətdə yeyib-içməklə aranız necədir?

- Sevirəm. Təbiətdə kabab çəkmək mənə çox ləzzət edir. Əgər yeyib içdiyin məkanın yanından bir çay keçirsə bu mənim üçün çox qiymətli olur.

- Sizdə kabab bişirmək üçün xüsusi bir resept var?

- Bizim kollektivimizdə mənim köməkçim Azər yaxşı kabab bişirir. O, məndən yaxşıdır. Mən istəsəm bir-iki dəfə kaba çəkib öyrənə bilərəm. Amma buna ehtiyac yoxdur.

Rəhmətlik atam çox gözəl kabab çəkirdi.

- Spirtli içki ilə aranız necədir?

- Normal, qədərində. Əhval üçün olar. Niyə də olmasın? Ancaq viski içirəm.

- Dieta ilə aranız necədir?

- Çörək, qənd, un məmulatları, şokolad. Ona görə yox ki, məni kökəldir. O qədər meylim yoxdur. Xoşbəxtlikdən mənim meylim olmayan bu şeylər adamı kökəldir.

- Tələbəlik illərinizdə yemək işlərin necə edirdiniz?

- Mən evin üçüncü uşağıyam. Evdə yeməklə bağlı problem olmayıb. Allah canın sağ eləsin, anam dadlı yeməklər bişirir. Ona görə də, tələbəlik vaxtları yeməklə bağlı heç bir korluq çəkməmişəm. Tələbə yoldaşlarımla arada gedib kafedə yeyirdik. Rəsul Rza küçəsində “Azərittifaq”ın yeməkxanasında çox dadlı tava-kabab bişirirdilər. “28 May” metrosunun yanında indiki “28 Mall”-ın yerində ponçiklər satırdılar. Məktəbdən və universitetdən çıxanda gedib orda ponçik yeyirdik.

O vaxtlar indi kimi dönər filan yox idi.

- Sizə nəyi isə xatırladan yemək var?

- Balıq ləvəngisi yeyəndə nədənsə yadıma Astara düşür.

- Özünüz nə bişirirsiz?

- Mənim yemək bişirməyimə ehtiyac qalmır. Evdə yemək bişirən bir xanım var. Bundan əlavə, anam, gəlinlərimiz, işçilərimin həyat yoldaşları yemək bişirib göndərirlər. Görünür mən onların gözündə çəlimsizəm ki, məni yedizdirmək istəyirlər.

Amma kefim olanda yemək bişirə bilərəm. Mənə elə gəlir ki, aş və plovdan başqa hər şey bişirə bilərəm. Amma ət, toyuq balıq, salatı çox rahat hazırlaya bilərəm.

- Ovla aranız necədir?

- Heç sevmirəm. Diskomfortdur. Otur saatlarla gözlə. Ona səbir lazımdır. Məndə səbir yoxdur.

- Toylarda olan yeməklərlə aranız necədir?

- Mən müğənniyəm, amma toyda idarə edirəm. Toy idarə etdiyim məkanlarda bişirilən yeməklər çox dadlı olur. Amma ətrafımda olan adamlar bilir ki, mən toy idarə edən zaman yemək yemirəm. Mənə mane olur. Mədəm dolur. Diafraqmanı sıxır və mən oxumaq üçün istədiyim qədər nəfəs ala bilmirəm. Toy başlamamışdan qabaq əgər istəsəm bir az pendir və göyərti yeyərəm. Məni tanıyanlar bilir ki, göyərti və xiyar-pomidoru toyda mənim yanıma qoymaq lazımdır. Toy bitəndən sonra bəzən balıq və toyuq yeyirəm. Amma toyda kabab və aş qətiyyən yemirəm.

- Fast-foodla aranız necədir?

- Mən Moskvaya gedəndə mütləq hotdoq yeməliyəm. Orda çox dadlı hazırlanır. Amma burda fast-food restoranlarına getmirəm. Reklam olmasın deyə adını çəkmirəm, amma bir restoran toyuğu çox gözəl hazırlayır. Koreyaya səfərə gedəndə məcburən fast-food yedim. O da ancaq toyuq.

- Sizi xarici səfərlərdə təəccübləndirən yemək olub?

- Sizə yenə Koreyadan danışacam. Onlarda çörək anlayışı yoxdur. Kündə hazırlanır və qaynayan suyun içinə 1 dəqiqəlik atılır. Bu məni təəccübləndirir. Xarici səfərlərdə qurbağa əti filan dadmamışam. Mən belə məsələlərdə çox mız-mızayam. Yeməyin içində olan hər şeylərlə bir-bir maraqlanıram.

# 787 dəfə oxunub

Oxşar xəbərlər

Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

12:00 17 aprel 2024
Marqaret Etvudun fantastika yazmaq istəyənlərə 7 məsləhəti

Marqaret Etvudun fantastika yazmaq istəyənlərə 7 məsləhəti

15:00 16 aprel 2024
Fərqli şeylərin sirli şəkildə qovuşması  - "Sevgi şəhəri" haqqında

Fərqli şeylərin sirli şəkildə qovuşması - "Sevgi şəhəri" haqqında

13:00 16 aprel 2024
"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

18:00 15 aprel 2024
Övlad həsrəti ilə yaşayan şair - Ədəbiyyatımızın kədərli dəqiqələri

Övlad həsrəti ilə yaşayan şair - Ədəbiyyatımızın kədərli dəqiqələri

17:00 15 aprel 2024
Boynumda üşüyən öpüş yerləri - Fəridənin şeirləri

Boynumda üşüyən öpüş yerləri - Fəridənin şeirləri

12:00 14 aprel 2024
# # #