Rəşad Məcidin “Bir də gəlməyəcək...” və “Cığıraçan” kitabları çap olunub

Rəşad Məcidin “Bir də gəlməyəcək...” və “Cığıraçan” kitabları çap olunub
26 fevral 2015
# 12:04

Rəşad Məcidin “Bir də gəlməyəcək...” şeirlər və “Cığıraçan” (yaşananlar və yazılanlar) kitabları işıq üzü görüb.

“Təhsil” nəşriyyatında nəşr olunan “Bir də gəlməyəcək” kitabının naşiri Bəhruz Axundov, redaktoru Yusifdir.

Akademik İsa Həbibbəylinin “Bütün yönləri ilə yaradıcı” məqaləsilə başlanan kitabda Rəşad Məcidin müxtəlif illərdə yazdığı şeirləri toplanıb. Əsasən sevgi şeirlərinin yer aldığı kitabda müəllif maraqlı bir “janr”la oxucuların görüşünə gəlir. Rəşad Məcid şeirləri illər üzrə qruplaşdıraraq onları “hekayə”, “roman”, “dastan” olaraq oxuculara təqdim edilir. Təqdim olunan hekayənin də, romanın da, dastanın da janrın tələblərinə uyğun süjeti, kompozisiyası var. Hər üç əsərin qəhrəmanı şair özüdür. Hər üçündə qəhrəman yola çıxır... Sevgi yoluna. Bu yolda soyuq da var, isti də, işıq da var, qaranlıq da, xöşbəxtlik də var, bədbəxtlik də... Şair başına gələnləri səmimi, sadə, həm də son dərəcə poetik şəkildə oxucusuna nəql edir.

Kitabda şairin ilk gənclik illərində yazdığı digər mövzularda şeirləri də yer alıb.

Rəşad Məcidin qələmə aldığı şeirlər “Tanrının bəxşişi” (dastan, 2011-2014), “Yenə də bahar qayıdır” (roman, 1996), “Martın biri” (hekayə, 1991), “Babalarım torpaq olub” (1979-1987), “Mən əlini buraxmazdım” (1981-1987) bölmələrində oxuculara təqdim olunur.

“Cığıraçan” kitabı “Vektor” Nəşrlər Evində çap olunub. Kitabın tərtibçisi Elçin İsgəndərzadə, redaktoru Pərvindir.

Kitabda ön söz əvəzi Pərvinin “Hamının və heç kimin...” məqaləsi nəşr olunub.

Kitabda Rəşad Məcidin 50 illik yubileyi münasibətilə yazılan təbriklər, esselər toplanıb. İstedadlı şair, nasir, publisist, ictimai xadim Rəşad Məcidi müxtəlif insanların baxış bucağından seyr etmək, fərqli rakurslardan görmək üçün bu kitab gözəl fürsətdir. Rəşad Məcidin “Dəlicəsinə” publisistika toplusu haqqında yazılmış məqalələri də bu kitabda yer alıb. Bu kitabda dost təbrikləri də var, tənqidçilərin dərin, geniş araşdırmaları da, böyüklərin ağsaqqal xeyir-duaları da, gənclərin minnətdarlıq duyğuları da... Və bütün bu yazılar Rəşad Məcidin canlı, real portretinin ayrı-ayrı cizgilərini önə çəkir. /ayb.az/

# 783 dəfə oxunub

Oxşar xəbərlər

Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

17:00 21 aprel 2024
Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

12:00 21 aprel 2024
Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

17:00 20 aprel 2024
Xəzəl vaxtı - Sara İbrahimin yeni hekayəsi

Xəzəl vaxtı - Sara İbrahimin yeni hekayəsi

15:00 20 aprel 2024
"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

14:45 18 aprel 2024
"Cırıb atdım dualarımdan bütün bayraq və vətən fotolarını" - Tural Turandan yeni şeirlər

"Cırıb atdım dualarımdan bütün bayraq və vətən fotolarını" - Tural Turandan yeni şeirlər

17:00 17 aprel 2024
#
#
# # #