Qarabağdan bəhs edən film İran festivalında

Qarabağdan bəhs edən film İran festivalında
25 fevral 2015
# 11:48

“Yol” Azərbaycan qısametrajlı filmi İranın Tehran şəhərində keçirilən IX Roy Beynəlxalq Qısametrajlı Film Festivalında iştirak edir. Filmin rejissoru Fehruz Şamıyevin Kulis.az-a verdiyi xəbərə görə “Yol” filmi müsabiqədə festivalın “Müsəlman ölkələri filmləri” kateqoriyasında iştirak edir. Bu proqrama 10 film daxildir.

Fevralın 24-dən başlayan festivalın bağlanış və mükafatlandırma mərasimi fevralın 27-də baş tutacaq. Festival çərçivəsində məşhur kinematoqrafçılarla master-klasslar keçirilir.

Xatırladaq ki, “Yol” filminin rejissorlaru Fehruz Şamıyev, ssenari müəllifləri Fehruz Şamıyev, Elçin Hüseynbəyli, operatoru Rəşad Nuriyev, bəstəkarı Firudin Allahverdidir.

Film “Cinema” Gənc Kinematoqrafçılar Mərkəzində, Mədəniyyət və Turizm nazirliyinin “Bu meydan, bu ekran” qısametrajlı filmlər müsabiqəsi çərçivəsində, 2010-cu ildə çəkilib.

“Yol” Qarabağ müharibəsində torpağından ayrı düşən insanın yaşadıqlarından bəhs edir: Ölümünün yaxınlaşdığını hiss edən qəhrəman atəş xəttini keçərək maneələri aşa-aşa düşmən işğalında olan torpağına gəlir və bir vaxt babası ilə birgə əkdiyi ağacın altında son anlarını yaşayır.

# 854 dəfə oxunub

Oxşar xəbərlər

Qarışqanın ruzisi - Həmid Piriyevin yeni hekayəsi

Qarışqanın ruzisi - Həmid Piriyevin yeni hekayəsi

09:00 23 aprel 2024
Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

17:00 21 aprel 2024
Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

12:00 21 aprel 2024
Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

17:00 20 aprel 2024
Xəzəl vaxtı - Sara İbrahimin yeni hekayəsi

Xəzəl vaxtı - Sara İbrahimin yeni hekayəsi

15:00 20 aprel 2024
"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

14:45 18 aprel 2024
#
#
# # #