Varlı qadın ərini niyə atır?

Varlı qadın ərini niyə atır?
31 yanvar 2015
# 12:20

“Ən qalmaqallı filmlər” layihəsində fransız rejissoru Lui Malın “Sevgililər” filmini təqdim edirik.

Varlı ailədə doğulan Lui Mal (1932-1995) Sorbonna universitetində siyasi elmləri öyrənib, amma sonra valideynlərinin narazılığına baxmayaraq kinoməktəbini seçib. Rejissor Jak Kustonun ekspedisiyasına qatılaraq praktik kino vərdişlərini öyrənib. Və onunla birlikdə işlədiyi “Səssizlik dünyasında” sənədli filmi “Oskar” və Kannda “Qızıl palma budağı” alıb.

Sonra isə məşhur fransız rejissoru Rober Bressonun assistenti olub.

Onun ilk bədii filmi “Eşafot üçün lift” (1958) əsəridir.

Fransız yazıçısı Noel Kalefin eyni adlı romanı əsasında ekranlaşdırılan film sevgililərin neft maqnatını qətlə yetirməsindən danışır.

Venesiya festivalında xüsusi mükafat alan “Azan işıq” (1963) qəhrəmanın intihara hazırlıq prosesindən danışır. O, intihara kimi dostları ilə görüşür, yaşamaq üçün səbəb, ümid tapmaq istəyir. Amma onu əhatə edən adamların boş, canlı meyit olduğunu anlayır. Və həyatda qalmaq üçün səbəb tapa bilmir.

Bir neçə il sonra Mal Parisdən yorulur, Hindistana səyahət edir və “Hindistan-kabus”, “Kəlküttə” sənədli filmlərini lentə aldı.

O, sonra yenidən bədii filmə qayıdır. “Ürəyin səs-küyü” (1971) dramının qəhrəmanı 14 yaşlı Lorandır. İnsest temasına toxunan Mal ürəyi xəstə yeniyetmənin yaşantları, ilk seks təcrübəsi haqda danışır.

“Lakomb Lyüsen” (1974) filmində hadisələr İkinci Dünya Müharibəsi illərində cərəyan edir. Gənc kəndli Lyüsenin faşistlərlə əməkdaşlıq etməsi və müəllifin ona birmənalı münasibət bəsləməməsi Fransada müzakirələr doğurdu.

“Hələlik, uşaqlar” (1987) avtoboqrafik filmi İkinci Dünya Müharibəsi zamanı Katolik internatda təhsil alan uşaqların həyatındandır. Çox saylı mükafatlara layiq görülən filmi rejissor öz xatirələrinə əsasən çəkib.

“Milu mayda” (1990) komediyası əyalətdə qarının ölümündən sonra qohumlarının ondan qalmış mirasa görə mübahisəsindən gedir. Həmin vaxt isə Paris tələbə etiraz dalğası ilə qaynayır. Müəllif satira, fars elementlərindən istifadə edib. “Kiçik burjua apokalipsisi” haqda hekayət Jan Renuarın “Oyun qaydalar”ı ənənəsini davam etdirir, eyni zamanda əsər Bunuelin antiburjua satirasını xatladır. Təsadüfi deyil ki, ssenarini Bunuelin “Gündəlik gözəlçə”, “Burjuaziyanın təvazökar cazibəsi” filmlərininin ssenaristi Jan Klod Karyer yazıb.

“İtki”(1992) sevginin cəmiyyətdə nüfizlu adamın, onun ailəsinin rahat həyatını alt- üst etməsini anladır.

Malın son filmi “42 ci küçədəki Vanya”dır (1994) . Nyu-Yorkun 42-ci küçəsində yerləşən yoxsullaşmış teatrın aktyorları Çexovun “Vanya dayı” pyesini məşq edir. Məşq etdikcə, kostyum, butaforiya, dekorasiya əksikliyini də unudurlar.

1970-ci illərin sonunda Mal Amerikada da işləyir və burda bordeldə çalışan fahişənin qızının hekayətini anladan “Əziz övlad” (1977) filmini lentə alır.

Rejissorun Amerikada çəkdiyi digər film, Venesiya festivalında baş mükafat alan “Atlantik Siti” (1980) kriminal dramı qanqsterin həyatı haqdadır.

Layihədə ən müxtəlif janr və üslublarda flmlər çəkən rejissorun “Sevgililər” (1958) filmini təqdim edirik.

Burjua sinfindən gənc qadın Janna monoton həyatından, ərindən yorulub. O, təsadüfən yolda gənc kişi ilə tanış olur. Və qadın ani bir qərarla lüks həyatını, burjua ərini ataraq onunla gedir.

Venesiya festivalının xüsusi mükafatını alan “Sevgililər” yasaq sevgi motivinə, seksual kontekstinə, dövrünə görə açıq saçıq sayılırdı.

Ona görə film bir çox ölkələrdə senzuraya məruz qaldı, bəzi ölklərdə isə qadağan olundu.

Amerikada isə filmi nümayiş etdirdiyi üçün kinoteatr sahibi məhkəməyə verilmişdi.

İddiaçılar filmin pornoqrafik olduğu üçün ona qadağan qoulmasını tələb edirdilər. Amma Amerika Ali Məhkəməsi filmin porqnorafik olmadığı haqda qərarı verdi.

Baş rolun ifaçısı Janna Moronun obrazının kostyumları Koko Şanelə aiddir.

Film fransız diplomatı, yazar Dominik Vivantın 1777-ci ildə yazdığı erotik romanının motivlərinə əsaslanıb.

Lui Mal bu filmi 25 yaşında çəkib.

# 1900 dəfə oxunub

Oxşar xəbərlər

Neftanaziya - Ana və üç qızının müəmmalı qətli

Neftanaziya - Ana və üç qızının müəmmalı qətli

09:00 18 aprel 2024
Allah olmaq çətindir

Allah olmaq çətindir

10:00 11 aprel 2024
Çəkiliş məkanlari üçün icazələr elektronlaşdırılacaq

Çəkiliş məkanlari üçün icazələr elektronlaşdırılacaq

09:30 9 aprel 2024
Pozğun homoseksual yox, onun yaşadığı cəmiyyətdir

Pozğun homoseksual yox, onun yaşadığı cəmiyyətdir

13:00 3 aprel 2024
Kino haqqında qanunun təkmilləşdirilməsi üçün işçi qrupu yaradılır

Kino haqqında qanunun təkmilləşdirilməsi üçün işçi qrupu yaradılır

10:17 3 aprel 2024
Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib

Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib

09:01 3 aprel 2024
# # #