Azərbaycan Qahirə Kitab Sərgisinin fəxri qonağı olacaq

 Azərbaycan Qahirə Kitab Sərgisinin fəxri qonağı olacaq
30 yanvar 2015
# 14:20

Bu il ölkəmizi 46-cı Qahirə Beynəlxalq Kitab Sərgisində təmsil edən Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi fəaliyyətini uğurla davam etdirir. Ölkəmiz bu beynəlxalq tədbirdə ilk dəfə iştirak etsə də, növbəti ildə bu beynəlxalq tədbirin Fəxri Qonağı qismində təmsil olunacağı qərara alınıb.

Bu məsələ ilə bağlı Misir Kitab Təşkilatının İdarə Heyətinin sədri Əhməd Məcahid və Misir Milli Tərcümə Mərkəzinin səlahiyyətli nümayəndələri görüş zamanı təklif veriblər: “Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi bu il Beynəlxalq Sərgidə öz ölkəsini uğurla təmsil etdi. Stendinizdə nümayiş etdirilən kitablardan da görünür ki, ölkəniz rəngarəng nəşr nümunələri ilə olduqca zəngindir. Gələn il Azərbaycanın Beynəlxalq Qahirə kitab Sərgisində Fəxri Qonaq kimi iştirak etməsini istərdik”.

Növbəti ildə tədbirdə Fəxri Qonaq qismində təmsil olunacaq ölkəmizin nəşrlərini nümayiş etdirmək üçün Azərbaycana 150 m2 sərgi ərazisinin verilməsi və 20 nəfər nümayəndə heyətinin bu mötəbər mərasimə qatılması qərara alınıb. Həmçinin, sərgi müddətində hər gün Azərbaycanın dövlətçiliyi, Qarabağ həqiqətləri, ədəbiyyat və mədəniyyətlə bağlı tədbirlərinin, məruzə və müzakirələrin keçirilməsi üçün ölkəmizə sərginin Fəxri zalının ayrılacağına qərar verilib.

# 800 dəfə oxunub

Oxşar xəbərlər

Qarışqanın ruzisi - Həmid Piriyevin yeni hekayəsi

Qarışqanın ruzisi - Həmid Piriyevin yeni hekayəsi

09:00 23 aprel 2024
Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

17:00 21 aprel 2024
Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

12:00 21 aprel 2024
Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

17:00 20 aprel 2024
Xəzəl vaxtı - Sara İbrahimin yeni hekayəsi

Xəzəl vaxtı - Sara İbrahimin yeni hekayəsi

15:00 20 aprel 2024
"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

14:45 18 aprel 2024
# # #