“Ayxan gərək yediyi qaba tüpürməsin” ŞAİRƏ ETİRAZLARI

“Ayxan gərək yediyi qaba tüpürməsin” <span style="color:red;">ŞAİRƏ ETİRAZLARI
23 yanvar 2015
# 16:43

Kulis.az gənc yazar Ayvaz Ayxanın ev qalmaqalı ilə bağlı vaxtı ilə onunla birlikdə Azərbaycan Yazıçılar Birliyindən istefa verən yazarların fikirlərini təqdim edir.

Şairə Rəbiqə Nazimqızı

- Əslində, deyə bilərəm ki, hər hansı təşkilata üzv olmaq və oranı tərk etmək fərdin seçimidir. Fərqi yoxdur, gedib bir də qayıdır, ya yox. Amma...

Məsələ budur ki, xoşagəlməz tendensiya yaranır. Adamlar özləri barədə xoşagəlməz rəy yaradırlar. Adama deyərlər, niyə bir dəfə getmişdin, sonra niyə qayıdırsan və niyə bir də gedirsən. Tək Ayxan deyil, dostlardan çoxu ilə belə hallar baş verir.

Ümumiyyətlə, bir məsələni də deyim, ya kimdənsə kömək istəmə, ya qəbul edirsənsə, yediyin qaba tüpürmə... Daha yaxşı olmazmı, Ayxan bədii mətn yazsın və bununla gündəmdə olsun?

Bilirəm, bundan sonra yenə müsahibəsində qadın yazarların yerini mətbəxdə gördüyünü söyləyəcək, onları içi mən qarışıq istedadsız hesab etdiyini deyəcək, prinsipcə, bunu bir dəfə deyib, sonra üzrxahlıq edib, canı sağ olsun, bir də desin. Amma yenə təkrar edirəm, Ayxanı çox istəyirəm, atasına böyük hörmətim olub, bununla belə düşünürəm ki, bu anda - bu məsələyə münasibət bildirərkən Ayxan da, bu məsləyə münasibət bildirən adamlar da, o cümlədən mən də ədəbiyyatdankənar məsələ ilə məşğuluq. Yaxşı olar ki, ortada mətn olsun və onu müzakirə edək. Ayxana da bir dost kimi, bir bacı kimi, bir böyük kimi məsləhət görərdim ki, aqressiyasını azaltsın, bu aqressivlik onun müsahibələrində də, yazılarında da zaman-zaman hiss olunur, qəzəb isə heç vaxt heç kəsə xeyir gətirmir”.

Şairə Elnaz Eyvaz

- Elə o vaxt, söz-söhbətin daha qızğın çağında da demişdim, yenə təkrar edirəm - hər kəs hara üzv olar, olmaz, tərk edər özü bilər. Kimsəni buna məcbur etmək, kimsəyə buna görə təzyiq etmək olmaz. Əgər son olaylar Ayxanın müsahibədə dediyi şəkildə cərəyan edibsə, çox pis! Ayxan AYB-yə üzv oldu-olmadı, bu ev onun atasının haqqı idi, atası həyatda yoxdur deyə, övladlarının haqqıdır. Bir halda ki, Ayxana ev payı düşür və bunu vermək mümkündür, bunu üzr istəmədən, üzvlüyü bərpa etmədən də etmək olardı demək. Ayxan gəncdir, bəlkə, elə heç bir şərtsiz ona bu yaxşılıq edilsəydi, Ayxan özü AYB və onu idarə edənlər haqqında fikirlərini dəyişəcəkdi. Yaxşılığın qarşısında insan sustalır axı, nə qədər olmasa...”

# 964 dəfə oxunub

Oxşar xəbərlər

Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

12:19 23 aprel 2024
Qarışqanın ruzisi - Həmid Piriyevin yeni hekayəsi

Qarışqanın ruzisi - Həmid Piriyevin yeni hekayəsi

09:00 23 aprel 2024
İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

17:00 22 aprel 2024
Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

17:00 21 aprel 2024
Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

12:00 21 aprel 2024
Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

17:00 20 aprel 2024
#
#
# # #