Əxlaqsız kimdir: qaçan gəlin, yoxsa jurnalistlər?

Əxlaqsız kimdir: qaçan gəlin, yoxsa jurnalistlər?
24 yanvar 2015
# 09:00

Vəziyyət çox qəlizdir. O qədər qəliz ki, şəxsi məlumatların toxunulmazlığı heç kimin yadına düşmür. O qədər qəliz ki, jurnalistlər şəxsi məlumatların toxunulmaz olduğunu bilmirlər.

Halbuki şəxsi həyatın toxunulmazlığını pozma cinayət məsuliyyəti yaradır.

Cinayət Məcəlləsinin 156-cı maddəsi “Şəxsi həyatın toxunulmazlığını pozma” adlanır, pul, cərimə və həbs cəzasını nəzərdə tutur.

Oxşar məsələlər “KİV haqqında qanun”un 60-cı maddəsində də təsbit olunur.

Peşə əxlaqı və peşə etikası baxımından da şəxsi həyat toxunulmazdır.

Şəxsi məlumatların yayılması ona görə cinayət məsuliyyəti yaradır və ona görə yolverilməzdir ki, bu, son nəticədə böyük faciəyə yol aça bilər.

Evdən gedən xanım haqqında xəbəri əksər saytların yazmasından, onu əxlaqsız kimi təqdim etməsindən sonra o xanımın intihar etməsi kimi...

Hələ onu demirəm ki, xəbərdə mövqe ortaya qoymaq qeyri-peşəkarlığın dibidir.

Hələ onu demirəm ki, yüzlərlə kişinin evi tərk etməsinin sosial-psixoloji səbəbləri haqqında araşdırma aparmağa səviyyəsi, bacarığı çatmayan adamlar niyə bir xanımın evi tərk etməsindən xəbər düzəldib, şou yaradırlar?!

Evdən qaçan qadını əxlaqsız kimi təqdim edirlər. Bəlkə, kiminsə şəxsi həyatına burun soxmaqdır əxlaqsızlıq?

Hər halda düşünməyə dəyər...

# 1095 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
#
#
# # #