Bakının ən gözəl fahişəsi

Bakının ən gözəl fahişəsi
23 yanvar 2015
# 13:21

Bizim bir qonşumuz var idi. Hələ təzə öyrənmişəm ki, vəfat edib. Bu qadın yetmiş yaşlarında vəfat etdi. Onun əxlaqsızlığı və həyasızlığı hər kəsə məlum idi. Hər kəs ona bir damğa vurmuşdu: “Fahişə”


Maləsəf, bu doğru idi. O cavanlığından əxlaqsızlıqla məşğul olub. Deyirdilər cavanlığında o qədər gözəl olub ki, onun üstündə davalar düşürdü. O öldü, amma onun haqqında başqa bir məlumat, elə ölümündən sonra aydınlaşdı.

Bu qadının bir oğlu olur. Öz doğma övladı ola-ola kimsəsiz uşaq evindən bir oğlan uşağı götürür və iki oğlanı təkcə böyütməyə başlayır. Onları bir-birindən ayırmır, onlara təhsil verir, oxutdurur.

Öz doğma oğlu gözəl bir xanımla ailə qurur, ancaq nə qədər çox istəsə də həyat ona bir uşaq qismət etmir. Hər kəsin fahişə kimi tanıdığı ana, öz oğlu və gəlini üçün yenidən uşaq evinə müraciət edir və yenicə atılmış bir qız uşağını öz himayəsinə götürür. Lakin gəlin buna dözə bilməyib, ərindən boşanır.

Qadın artıq, bu qıza özü baxmağa başlayır və heç bir övladından ayırmır. Qız o qadını artıq anası kimi bilirdi. Uşaqlar ata yoxluğunu hiss etmirdilər. Bu qadın pis yolun yolçusu olsa da, uşaqlarına tam qayğı ilə yanaşır və onları sevgidən məhrum etmirdi. İstəyirdi ki, qız da universitet oxusun, bu səbəbdən qoca yaşlarında əlində nə varsa satıb qızı repetitorların yanına qoymuşdu. Amma bu arzusunu görmədən dünyadan köçüb getmişdi.

Keçən dəfə o qızla rastlaşdım. Heç kimdə görə bilmədiyim bir şeyi onda görmüşdüm: Ürəyinin təmizliyi üzündə əks olunurdu. Ancaq, bizim cəmiyyət ona necə bir ad qoya bilər sizcə?

“Qəh… nəvəsi”, “Yetim” və s. Artıq bu damğanı yazıq qızcığaza yapışdırıblar. Yəni bu bizim ümumi mahiyyətimizdir.

Bəzən bizlərin fahişə, əxlaqsız kimi tanıdığımız insanlar digərlərindən daha qəhrəman olurlar. Bu qadın əxlaqsızlıqdan qazandığı pul ilə kimsəsiz uşaq evindən iki uşaq götürərək, onları böyüdür, qayğısına qalır və təhsilləri ilə məşğul olurdu.

Hələ öləndən sonra heç kim geri dönməyib, ona görə dəqiq deyə bilmərəm. Amma əgər cənnət varsa, bu qadın orada olmalıdır.

Bizim insanlar ancaq bir şəxsin pis tərəfini görür və buna görə həmin şəxsi məhkəməyə çəkib asıb-kəsirlər, dedi-qodularla birinin üzərinə beş qoyub danışırlar. Ancaq, heç kim onların yaxşı tərəfini görmür. İnsanın gözü tərəzi olmalıdır, hər şeyi düzgün müqayisə edib ona görə insana dəyər verməlidir. Əgər bu belə olsaydı, qətiyyən heç vaxt cəmiyyətimizdə problem olmazdı.

“Cəmiyyət e” jurnalı

# 2239 dəfə oxunub

Oxşar xəbərlər

“28 il sonra” filminin aktyor heyəti açıqlandı

“28 il sonra” filminin aktyor heyəti açıqlandı

17:30 25 aprel 2024
“Dəniz kənarında” filminin çəkiliş tarixi açıqlandı

“Dəniz kənarında” filminin çəkiliş tarixi açıqlandı

17:00 25 aprel 2024
Məşhur aktyorda xərçəng aşkarlandı

Məşhur aktyorda xərçəng aşkarlandı

16:30 25 aprel 2024
Məşhur rejissor vəfat etdi

Məşhur rejissor vəfat etdi

16:00 25 aprel 2024
Azər Quliyev: "Ölkəmizi təmsil etməyə hazırıq"

Azər Quliyev: "Ölkəmizi təmsil etməyə hazırıq"

15:30 25 aprel 2024
Ermənistan bayrağını niyə yandırmaq olmaz? - Ülvi Bahadır

Ermənistan bayrağını niyə yandırmaq olmaz? - Ülvi Bahadır

15:00 25 aprel 2024
#
#
# # #