Çılpaq gəzən, köçəri həyat keçirən ruslar - FOTOSESSİYA

Çılpaq gəzən, köçəri həyat keçirən ruslar - <span style="color:red;">FOTOSESSİYA
23 yanvar 2015
# 09:00

Şəhər həyatından bezdiyimizi tez-tez dilə gətiririk. Tıxaclardan, səs-küydən, insan sıxlığından, yorucu ofis işindən, keyfiyyətsiz məhsullardan, çirkli havadan şikayət etməyən yoxdur. Amma özünü cəmiyyətin diktə etdiyi qaydalardan təcrid edə bilən insanlar da var.

Rus əsilli holland fotoqraf Pavel Krokopçik Rusiyada fərqli həyat tərzi yaşayan insanları çəkib. Onlar lap qədim dövrlərdəki kimi yaşayırlar. Bəzi yerlərdə çadır qururlar, tərk edilmiş binalarda məskunlaşırlar, açıq havada gecələyirlər.

Müəllif yazır: “Rusiyada hamı kimi olmayan insanlar var. Onlar alternativ həyat tərzinə üstünlük verirlər. Materialistcəsinə hərəkət edən cəmiyyətdən və siyasətdən uzaq bir həyat. Müstəqil düşüncəli bu insanlar komfort həyatı inkar edirlər. Onlar əşyalara xüsusi ehtirası olan insanlardan uzaqdırlar. Daim nəzarət altında saxlanılan kapitalist cəmiyyətdən uzaqdırlar.

Onlardan bəziləri az maaş ödənilən ofislərdə 9-dan 6-a kimi işləməkdənsə, qanunsuz şeylərin satışına üstünlük verirlər. Bəziləri işlə həyatı bir-birindən tamam ayırır. Onlar 60-cı illərin hippiləri, bit nəslinin davamçıları da deyillər. Baxmayaraq ki, bəziləri özünü Keruakın “Yolda” kitabındakı Dina Moriartinin varisləri hesab edir. Bu, cəmiyyətin buxovlarından qurtuluş axtaran yeni nəsildir”.

“Şəhər həyatı insanı həm fiziki, həm də ruhi baxımdan məhv edir. Burdakı insanları nadir hallarda ofislərdə görə bilərsiniz. Bəs hardan pul qazanırlar? Bəziləri özünü satır, bəziləri narkotik”.

“Tayfanın nümayəndələri kommuna formasında, tərk edilmiş evlərdə yaşayırlar. Evlər tör-töküntü olur. Səliqəyə fikir vermirlər”

“Biz yerüstü nəqliyyatdan istifadə edirik, yer altına girmirik. Pik saatlarda metroda, eskalatorun qabağındakı izdihamı görmüsünüz? Qaranlıqda hərəkət edən biorobotlara oxşayırlar. Biz onlardan deyilik. Siz naxışlı velosipedçilər, motorollerlər, motosikletçilər və ya "magic bus"ları görsəniz, biz onlardan biri ola bilərik”.

“Onların ömrünün yarısı yolda keçir. Dünya böyükdür. Onlar müxtəlif dillərdə danışan xeyirxah insanlarla rastlaşırlar, tanış olurlar, nə üçün çəkildiyi bilinməyən sərhədləri silirlər".

# 984 dəfə oxunub

Oxşar xəbərlər

Kitab oxuyan seksual kişilər FOTOLAR

Kitab oxuyan seksual kişilər FOTOLAR

13:58 14 fevral 2015
Dindar qızın yataq otağındakı əcnəbi <span style="color:red;">FOTOLAR

Dindar qızın yataq otağındakı əcnəbi FOTOLAR

13:36 9 fevral 2015
İran qızlarının yarıçılpaq <span style="color:red;">FOTOLARI

İran qızlarının yarıçılpaq FOTOLARI

11:56 3 fevral 2015
Vaqif Səmədoğlu ilə vida mərasimi <span style="color:red;">FOTOLAR

Vaqif Səmədoğlu ilə vida mərasimi FOTOLAR

14:25 29 yanvar 2015
Nazim Hikmətin çəkdikləri

Nazim Hikmətin çəkdikləri

11:38 15 yanvar 2015
Facebookun qadağan etdiyi <span style="color:red;">FOTOLAR

Facebookun qadağan etdiyi FOTOLAR

11:41 12 yanvar 2015
# # #