Rusiya keşişləri dinləmədi: FİLM GÖSTƏRİLƏCƏK

Rusiya keşişləri dinləmədi: FİLM GÖSTƏRİLƏCƏK
16 yanvar 2015
# 13:24

Rusiyanın Murmansk Vilayətinin Hakimiyyəti bölgədə Andrey Zvyaqintsevin “Leviafan” filminin nümayişini qadağan etmək fikrində olmadığını bəyan edib. Bu barədə kulis.az gazeta.ru-ya istinadən xəbər verir. Bundan əvvəl mətbuatda vilayət qubernatorunun təşəbbüsü ilə filmin prokatdan çıxarılması haqda xəbərlər verilmişdi.

“Belə bir qadağa olmayıb və ola da bilməz” deyə bölgə hakimiyyətinin mətbuat katibi bildirib. Xatırladaq ki, bundan əvvəl filmin çəkildiyi Teriberka qəsəbəsinin rəhbəri və Provaslav alimləri assosiasiyası şimal sakinlərini təhqir etdiyinə və provaslav kilsəsini ləkələdiyinə görə, filmin prokatının əleyhinə çıxmışdılar.

Qeyd edək ki, ki, "Leviafan" filmi Nikolay adlı çilingərin həyatından bəhs edir. Nikolayın evi vilayət meri tərəfindən alınır, o, məhkəmələri uduzur, filmin finalında ailəsi dağılmış, evi uçurulmuş, özü həbsə atılmış Nikolayın evinin xarabalığında tikilmiş məbəddə provaslav keşişi merin iştirakı ilə moizə oxuyur.

A.Zvyaqintsevin “Leviafan” filmi müxtəlif nüfuzlu kino festivalının qalibidir.

Bu gün isə “Leviafan” filminin ən yaxşı xarici film nominasiyasında “Oskar”a namizəd olduğu məlum olub.

# 1307 dəfə oxunub

Oxşar xəbərlər

Neftanaziya - Ana və üç qızının müəmmalı qətli

Neftanaziya - Ana və üç qızının müəmmalı qətli

09:00 18 aprel 2024
Allah olmaq çətindir

Allah olmaq çətindir

10:00 11 aprel 2024
Çəkiliş məkanlari üçün icazələr elektronlaşdırılacaq

Çəkiliş məkanlari üçün icazələr elektronlaşdırılacaq

09:30 9 aprel 2024
Pozğun homoseksual yox, onun yaşadığı cəmiyyətdir

Pozğun homoseksual yox, onun yaşadığı cəmiyyətdir

13:00 3 aprel 2024
Kino haqqında qanunun təkmilləşdirilməsi üçün işçi qrupu yaradılır

Kino haqqında qanunun təkmilləşdirilməsi üçün işçi qrupu yaradılır

10:17 3 aprel 2024
Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib

Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib

09:01 3 aprel 2024
# # #