"Oskar"ı bu filmlər alacaq FAVORİTLƏR

"Oskar"ı bu filmlər alacaq <span style="color:red;">FAVORİTLƏR
16 yanvar 2015
# 11:36

Yanvarın 15 –də Los-Ancelesdə Amerika Kino Akademiyasının 87-ci "Oskar" kinomükafatına nominantların elan edilməsi mərasimi keçirilib. Bu barədə Kulis.az gazeta.ru-ya istinadən xəbər verir.

"Ən yaxşı film" nominasiyasında Rejissor Klint İstvudun "Snayper", Riçardf Linkleyterin "Yeniyetməlik", Ues Andersonun "Qrand Budapeşt" oteli", Morten Tildumun "İmitasiya oyunu", Ava Dyuvernin "Selma", Ceyms Marşın "Stiven Hokinqin kainatı", Aleksandre Qonsales İnyarittunun "Bördmen", Demien Şozelin "Tutqu" filmi yarışacaq.

"Ən yaxşı qadın rolu" nominasiyasında Marion Kotiyyar (“İki gün, bir gecə”), Felisiti Cons (“Hər şey nəzəriyyəsi”), Culianna Mur (“Hələ də Elis”), Rozamund Payk (“İtkin”),Riz Uizerspun (“Vəhşi”) Oskar uğrunda mübarizə aparacaq.

"Ən yaxşı kişi rolu" nominasiyasında Stiv Karell (“Tülkü ovçusu”), Bredli Kuper “Amerika snayperi”), Benedikt Kamberbetç (“İmmitasiya oyunu”), Maykl Kiton (“Bördmən”), Eddi Redmeyn (“Hər şey nəzəriyyəsi”) iştirak edir.

"Ən yaxşı rejissor" nominasiyasında Alexanro Qonsales İnyarritu (“Bördmən”), Riçard Linkleyter (“Yeniyetməlik”), Bennett Miller, Ues Anderson ("Qrand Budapeşt" oteli”), Morten Tildum (“İmmitasiya oyunu”) Oskara namizəddir.

"Xarici dildə ən yaxşı film"ə "İda"(Polşa), "Mandarinlər"(Estoniya), "Timbuktu"(Mavtaniya), "Vəhşi hekayələr"(Argentina), "Leviafan" (Rusiya) iddialıdır.

"Ən yaxşı ssenari" uğrunda "Bördmen", "Yeniyetməlik", "Tülkü Ovçusu", "Qrand Budapeşt" oteli", "Strinqer" filmləri yarışacaq.

"Ən yaxşı adaptasiya olunmuş ssenari" nominasiyasında Oskar mükafatı "Amerika snayperi", "İmitasiya oyunu", "Anadangəlmə günah", "Stiven Hokinqin kainatı", "Tutqu" filmlərindən birinə veriləcək.

"Ən yaxşı animasiya filmi" adı uğrunda "Əjdahanı necə əhliləşdirmək olar 2","Qəhrəmanlar şəhəri", "Bədheybətlər ailəsi", "Şahzadə Kaquya barədə əfsanə", "Dəniz mahnısı, "Ən yaxşı sənədli film" üçün isə "Vətəndaş dörd", "Vivian Mayerin axtarışında", "Vyetnamda son günlər",

"Yerin duzu", "Virunqa"filmləri yarışır.

Qeyd edək ki, Oskar mükafatının aktyor Nil Patrik Harrisin aparıcılığı ilə baş tutacaq 87-ci mükafatlandırma mərasimi fevralın 22-də Hollivudda keçiriləcək.

# 1318 dəfə oxunub

Oxşar xəbərlər

Özünü ruhi xəstə kimi qələmə verən məhkum - Romanları vizuallaşdıran 8 ən yaxşı film

Özünü ruhi xəstə kimi qələmə verən məhkum - Romanları vizuallaşdıran 8 ən yaxşı film

17:00 24 aprel 2024
Hitlerin evində gizlətdiyi qadın - III Dünya müharibəsi başlayır?

Hitlerin evində gizlətdiyi qadın - III Dünya müharibəsi başlayır?

09:00 24 aprel 2024
Neftanaziya - Ana və üç qızının müəmmalı qətli

Neftanaziya - Ana və üç qızının müəmmalı qətli

09:00 18 aprel 2024
Allah olmaq çətindir

Allah olmaq çətindir

10:00 11 aprel 2024
Çəkiliş məkanlari üçün icazələr elektronlaşdırılacaq

Çəkiliş məkanlari üçün icazələr elektronlaşdırılacaq

09:30 9 aprel 2024
Pozğun homoseksual yox, onun yaşadığı cəmiyyətdir

Pozğun homoseksual yox, onun yaşadığı cəmiyyətdir

13:00 3 aprel 2024
# # #