Qulu Məhərrəmliyə həsr olunmuş kitab

Qulu Məhərrəmliyə həsr olunmuş kitab
25 dekabr 2014
# 18:08

Bu günlərdə çapdan çıxmış “İşığa doğru” kitabı tanınmış telejurnalist, Azərbaycan jurnalistika elminin və audiovizual mədəniyyətimizin inkişafına böyük töhfələr vermiş nəzəriyyəçi-alim, filologiya elmləri doktoru, professor Qulu Məhərrəmlinin həyat və yaradıcılığına həsr edilib.

Aktual.az-ın məlumatına görə, kitabda görkəmli elm və mədəniyyət xadimləri, sənət adamları, ölkə ictimaiyyətinin bir çox tanınmış nümayəndələrinin yazılarına yer verilib.

Professor Şirməmməd Hüseynov kitaba giriş sözü yazıb. Azərbaycanın böyük söz ustaları – Bəxtiyar Vahabzadə, Sabir Rüstəmxanlı, Ramiz Rövşən, Musa Yaqub və Məmməd Aslanın kitabda yer almış yazılarında Q. Məhərrəmlinin şəxsiyyəti və yaradıcılığı müxtəlif prizmalardan təhlil olunub. Millət vəkilləri Elmira Axundova, Nizami Cəfərov, görkəmli elm və mədəniyyət adamları – Rafiq Əliyev, Nizaməddin Şəmsizadə, Fəxrəddin Veysəlli, Ramiz Abutalıbov, Əjdər Ağayev və başqaları öz məqalələrində professor Q. Məhərrəmlinin çoxşaxəli yaradıcılığı barədə qənandan söz açıblar. Kitabda Azərbaycan mediasının tanınmış simaları, həmçinin kino və televiziya xadimləri – Vasif Babayev, Arif Əliyev, Elçin Şıxlı, Natiq Məmmədli, Rövşən Almuradlı, Oqtay Babazadə, Qüdrət Piriyev və başqaları da professor Qulu Məhərrəmlinin Azərbaycan jurnalistikası və audiovizual mədəniyyətimizin inkişafı naminə göstərdiyi xidmətlərdən söhbət açıblar.

Kitab “Qanun” nəşriyyatında kütləvi tirajla nəşr olunub.

# 732 dəfə oxunub

Oxşar xəbərlər

Avtobusdakı dayının ağ corabları - Ulucay Akif

Avtobusdakı dayının ağ corabları - Ulucay Akif

14:36 24 aprel 2024
"Bu, əsl yazıçılara xas spesifik ustalıqdır" - Hekayə müzakirəsi

"Bu, əsl yazıçılara xas spesifik ustalıqdır" - Hekayə müzakirəsi

12:00 24 aprel 2024
Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

12:19 23 aprel 2024
İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

17:00 22 aprel 2024
Necə yazmaq lazımdır?

Necə yazmaq lazımdır?

12:00 22 aprel 2024
Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

12:00 19 aprel 2024
#
#
# # #